"Beytül-müqəddəsin fəthi"ndə məşvərət
0
Müəllif:
RuQeYyA | 2-12-2017, 12:00 | Baxılıb: 889
"Beytül-müqəddəsin fəthi"ndə məşvərət
Beytül-müqəddəsin fəthində də Ömər Əli (ə)-la məşvərət etdi və o həzrətin göstərişinə əməl etdi. Şamı fəth edəndən bir ay sonra qərara aldılar ki, Beytül-müqəddəsə tərəf irəliləsinlər. İslam qoşunlarının sərkədələri Əbu Übeydə Cərrah və Məaz ibni Cəbəl idi. Məaz Əbu Übeydəyə dedi:–Xəlifəyə bir məktub yaz və Beytül-müqəddəsə tərəf irəliləmək barədə nəzərini soruş.
Əbu Übeydə belə də etdi. Xəlifə məktubu müsəlmanlar üçün oxudu və onların bu barədəki rəylərini soruşdu. İmam (ə) Ömərə dedi ki, qoşun sərkərdəsinə belə yazsın: Beytül-müqəddəsə tərəf hərəkət edin və oranı fəth edəndən sonra hərəkətdən dayanmayıb Qeysər vilayətinə daxil olun. Əmin olun ki, qələbə sizinlədir və Peyğəmbər (s) bu qələbədən xəbər vermişdir.
Xəlifə dərhal qələm-kağız götürüb Əbu Übeydəyə bir məktub yazdı, onu döyüşərək Beytül-müqəddəsə tərəf irəliləmək üçün təşviq etdi və əlavə etdi ki, Peyğəmbərin əmioğlusu, Beytül-Müqəddəsin sənin əlinlə fəth olunacağını bizə müjdə verib.
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.