Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Ocak 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
İki suala cavab
Qeyd etdiyimiz ayə barəsində sünnü alimlərindən bəzilərinin işarə etdiyi kimi, iki sual, yaxud iki etiraz qarşıya çıxır. İndi biz bu iki sualı araşdırırıq:
a) Həzrət Yəhya öz atası sağ ikən peyğəmbərliyə çatmışdı, lakin atasından əvvəl şəhid olduğu üçün ondan irs aparmamışdı. Buna əsasən, gərək "yərisuni" kəlməsi mal-dövlətdə varislik yox, "nübüvvətdə varislik" kimi təfsir olunmalıdır.
Cavab: Hər bir halda–istər məqsəd mal-dövlətdə varislik olsun, istərsə də nübüvvətdə - bu etiraza cavab verilməlidir. Çünki nübüvvətdə varisliyin mənası atasının vəfatından sonra nübüvvət məqamına çatmasıdır. Deməli, bu sual ayənin təfsirində olan hər iki nəzəriyyəyə aiddir və "mal-dövlətdə varisliyə" məxsus deyil. Cavabımız budur ki, Yəhyanın Zəkəriyyadan irs aparması onun dua edib-etməməsi ilə bağlı deyildi. Onun duası təkcə bu idi ki, onun varisi olsun deyə, Allah ona pak bir övlad versin. Allah onun duasını qəbul etməsinə baxmayaraq bu övladı istəməklə həzrət Zəkəriyya öz məqsədinə (Yəhyanın ondan irs aparmasına) nail olmadı. Ayədə gələn üç cümləni izah edək:
1) "Mənə bir övlad bəxş et"
2) "Məndən və Yəqubun ailəsindən irs aparsın."
3) "Ilahi, onu bəyənilmiş qərar ver."
Bu üç cümlənin birincisi və üçüncüsü Allahdan istənilir və həzrət Zəkəriyyanın duasını təşkil edir. Yəni o, Allahdan istəyir ki, ona bəyənilmiş bir övlad versin, lakin bu istəyin son məqsədi varislik məsələsidir. Varislik məsələsi duanın bir hissəsi deyildi və Zəkəriyyanın Allahdan istədiyi həyata keçdi, amma onun son məqsədi təmin olunmadı. Yəni onun malını, yaxud nübüvvəti irs aparmış olsun deyə, övladı özündən sonra diri qalmadı. Vərəsəliyin duaya daxil olmamasına və onun istəyinə uyğun olan bir ümid olmasına dair aydın bir dəlil budur ki, duanın və Zəkəriyyanın istəyinin mətni başqa surələrdə bu şəkildə gəlmiş və orada varislikdən söz getməmişdir.
"Bu vaxt Zəkəriyya öz Rəbbini çağırıb dedi:–Pərvərdigara, mənə öz tərəfindən pakizə bir övlad əta et, həqiqətən Sən (bəndələrinin) duasını eşidənsən."("Ali-Imran" surəsi, ayə:8 )
Göründüyü kimi, bu duada vərəsəlik duanın bir qismi deyil və "zürriyyə" (övlad) istəməklə xülasələnir. "Məryəm" surəsində "zürriyyətən" kəlməsinin yerinə "vəliyyən" kəlməsi, "təyyibətən" kəlməsinin yerinə isə "rəziyyən" kəlməsi işlənmişdir.
b) Qeyd olunan ayədə Zəkəriyyanın övladı gərək iki nəfərdən: Zəkəriyyadan və Yəqub ailəsindən irs aparsın. Belə ki, buyurulur: "Yərisuni və yərisu min Ali Yəqubə" Özü ilə Yəqub ailəsinin məcmusundan irs aparmaq nübüvvət vərəsəliyindən başqa bir şey ola bilməz.
Cavab: Ayə Zəkəriyyanın oğlunun bütünlüklə Yəqub ailəsinin varisi olmasını çatdırmır, bir şeyin "bəzisini, bir qədərini" ifadə edən "min" hərfi göstərir ki, Yəqub ailəsinin hamısından yox, bəzisindən irs aparmaq nəzərdə tutulur. Bu mətləbi sübut etmək üçün onun, öz anasından, yaxud Yəqub silsiləsindən olan başqa bir fərddən irs aparması kifayətdir. Amma Yəqub dedikdə məqsədin kim olması və Yəqub ibni Ishaqmı, yoxsa başqası olmasına gəldikdə isə, hələlik bu kimi suallar bizim bəhsimizə aid deyildir.
b) Süleymanın Davuddan irs aparması.
"Süleyman Davuddan irs apardı."("Nəml " surəsi, ayə:16 )
Şəkk yoxdur ki, bu ayədə Süleymanın Davuddan mal-dövlət və səltənəti irs aparması nəzərdə tutulur. Amma məqsədin "elm vərasəti" olması iddiası iki cəhətdən rədd olunur: Əvvəla, "vərisə" kəlməsi bütün terminlərdə elə mal-dövlətdən irs aparmağı ifadə edir, onun elm vərasəti kimi təfsir olunması əsil mənasının əksinədir və qəti bir dəlil olmasa, bu mənada götürmək düzgün olmayacaqdır. Ikincisi, iktisabi (kəsb olunan) elmlər müəllimin vasitəsi ilə şagirdə nəql olunur və məcazi mənada "filankəs öz müəlliminin elmlərinin varisidir" deyilməsi düzgündür, amma nübüvvət və ilahi elmlər iktisabi və irsi olmayan bir nemətdir, Allah onu hər kəsə istəsə verər. Buna görə də qəti bir dəlil olmayınca vərasəti bu kimi elm və mərifət, məqam və mənsəbə yozmaq düzgün olmaz. Çünki, sonrakı peyğəmbər nübüvvəti və elmi atasından yox, Allahdan almışdır. Bundan əlavə, bu ayədən əvvəlki ayədə Allah Davud və Süleyman barəsində belə buyurur:
"Biz Davuda və Süleymana elm, bilik verdik və hər ikisi dedilər: Allaha həmd olsun ki, bizi Özünün imanlı bəndələrinin çoxundan fəzilətli etdi."("Nəml" surəsi, ayə:15 )
Məgər ayənin zahiri mənası bu deyildirmi ki, Allah hər ikisinə elm və bilik bəxş etdi. Yəni Süleymanın elmini Allah bəxş etmişdi və o irsi deyildi. Bu ayə ("Nəhl" surəsi, 16) və əvvəlki ayə ("Məryəm" surəsi, 6) aydın şəkildə isbat edir ki, qabaqkı peyğəmbərlər barəsində ilahi şəriət onların övladlarının onlardan irs aparması əsasında olmamışdır, əksinə onların da övladları başqaları kimi, bir-birindən irs aparırmışlar. Yəhya və Süleymanın atalarından irs aparmalarını göstərən ayələrin bəyan etdiyinə görə Peyğəmbər (s)-in əziz qızı atasının vəfatından sonra məsciddə söylədiyi xütbədə bu iki ayəyə istinad etməklə onların iddalarının tam əsassız olduğunu sübut etdi və buyurdu:
"Allahın Kitabı hakimdir, ədalətlidir, danışandır və (haqla-batili) ayırandır. O, buyurur: "O (Yəhya) məndən (yəni Zəkəriyyadan) və Yəqub ailəsindən irs aparsın" və "Süleyman Davuddan irs apardı."
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |