![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Qadınların hamiləlikdəki vəzifələri
Əziz valideynlər!
Allah istəyən övlad yetişdirək...
Allaha düşmən kəsilən övlad yox!
Unutmayın ki, uşağın gələcəyi sizdən asılıdır!
Bəzi hamilə qadınlar var ki,hamiləlik dövründə ğina(haram musiqi)dinləyir, boş-boş filimlərə baxır,qeybət edənlərlə oturub-durur və nəticədə o uşaq, doğulub böyüyəndə fitnə fəsad edir.
Ata -Ana da deyir ki, İlahi! Niyə belə oldu bu uşaq...Dostları korladı uşağı!
Daha yadına salmır ki,uşaq,hələ bətində olanda onu özü korlayıb,bədbəxt edib!
Kimdir günahkar?
Belə şeylərlə qarşılaşmamaq üçün, aşağıda yazılanları diqqətlə oxuyub,əməl etməyə çalışın:
Mənəvi qidalar
Hz.Muhəmməd(s)buyurub:
"Bədbəxt və xoşbəxt anasının bətnində ikən bədbəxt və ya xoşbəxt olur"
Bu hədisdə bizə çatdırmaq istəyir ki,uşağın böhranlı və ya gözəl günləri hələ ana bətnində olarkən başlanır.Yəni ananın ruh və cismi vəziyyəti körpəyə hökmən öz təsirini qoyur.
Ana bunlara diqqət etməlidir:
Namazını vaxtı-vaxtında qılmalı,
Bacardıqca daim dəstəmazlı olmalı,
Günahlardan çəkinməli,
Qur'ana qulaq asmalı,onu imkan daxilində çoxlu oxumalı,
Dua etməlidir
Hamilə qadın qəlbində mənəvi rahatlıq tapmaq, körpəsini mübarək ayələrin nuru ilə böyütmək istəyirsə, Qur'anı çox oxusun.Əgər ana ərəbcə oxuya bilmirsə,tərcüməsini də oxusa kifayətdir.
Allah qəlblərdən xəbərdardır.
Bəzi hamilə qadınlara ayaq üstə dayanmaq ziyandır. Bu qadınlar namazlarını oturaq vəziyyətdə qıla bilərlər,heç bir müşkülü yoxdur.
Hamiləlik müddətində"Ənbiya"surəsini oxumaq çox faydalıdır.
Doqquz ay ərzində ananın vəzifəsi:
1.Birinci ayda cümə axşamı və cümə günləri"Yasin"və "Saffat"surələrini oxuyub qarına sarı üfürmək.
2. İkinci ay cümə və cümə axşamı günləri"Mülk" surəsini oxuyub qarına sarı üfürmək
3. Üçüncü ay cümə axşamı və cümə günləri "Ali-İmran"surəsini oxuyub
qarına sarı üfürmək.
4.Dördüncü ay cümə və cümə axşamı günlərib"insan" surəsini oxuyub qarına sarı üfürmək.
5. Beşinci ay cümə axşamı və cümə günləri "Fəth"surəsini oxuyubqarına sarı üfürmək.
6. Altıncı ay cümə axşamı və cümə günləri "Vaqiə"surəsini oxuyub qarına sarı üfürmək.
7.Yeddinci aydan sonra 4cü günləri Qur'anın zikrlə başlayan surələrini-"Hədid", "Həşr", "Səff", "Cümə", və "Təğabun"-u oxumaq.
8. Səkkizinci ayda şənbə günləri sübh namazından sonra "Qədr"surəsini on dəfə oxumaq;
Bazar günləri sübh namazından sonra iki dəfə"Tin"surəsini oxumaq;
Bazar ertəsi günləri"Yasin"surəsini oxumaq.
Çərşənbə axşamı.g."Furqan"surəsini oxumaq
Çərşənbə g."İnsan"surəsini oxumaq;
Cümə axşamı g."Muhəmməd"surəsini oxumaq
Cümə g"Saffat"surəsini oxumaq
9.Doqquzuncu ayda:Bu ayda zöhr və əsr namazlarında "Əsr"və "Zariyat" surələrini oxumaq mustəhəbdir.
@islamda_aile
HƏR ŞEY ÖVLADINIZIN GƏLƏCƏYİ ÜÇÜNDÜR.ÇƏTİN GÖRÜNƏ BİLƏR,AMMA ƏMƏL EDƏNLƏR ÜÇÜN ÇƏTİNLİK YOXDUR.
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |