“Bəqərə” surəsi (264-265)
264. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُبْطِلُواْ صَدَقَاتِكُم بِالْمَنِّ وَالأذَى كَالَّذِي يُنفِقُ مَالَهُ رِئَاء النَّاسِ وَلاَ يُؤْمِنُ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا لاَّ يَقْدِرُونَ عَلَى شَيْءٍ مِّمَّا كَسَبُواْ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
"Ey iman gətirənlər! Öz hədiyyələrinizi minnət və əziyyətlə batil etməyin. O şəxs kimi ki, özünü xalqa göstərmək üçün malını infaq edir, Allah və qiyamət gününə inanmır. Bu şəxs saf daş parçası kimidir. Onun üzərində torpaq olsa, şiddətli yağış yağdıqda bu daşı çılpaq qoyar. (Riyakarlar da) əldə etdiklərindən heç bir bəhrə görməzlər. Allah kafir qövmü hidayət etməz.”
Bu ayədə də təşbehlər işlədilmişdir. Ayədə riya və özünü göstərmək məqsədi ilə infaq edənlərin batini açıqlanır. Onların əməlinin zahiri torpaq kimi yumşaq, batini isə daş kimi bərkdir və nüfuz qabiliyyəti yoxdur. Bu zümrə qəlb daşlığı səbəbindən öz infaqından bəhrələnməz.
1. Fəqirlərə minnət qoymaq və onları incitmək infaq və sədəqənin mükafatını puça çıxarır.
2. Riya Allah və qiyamət gününə gerçək imanın olmadığını göstərir.
3. İnfaq yox, onun səbəbi və infaq edənin ruhiyyəsi mühümdür.
4. Minnət qoyan, riyakar və kafir insanın əməlləri puçdur. "Fəməsəluhu” (Onun misalı) sözü hər üç zümrəyə tətbiq edilə bilər.
5. Riyakar nəhayətdə rüsvay olur. Hadisələr həqiqətləri üzə çıxarır.
6. Riyakar nəinki axirət mükafatından məhrumdur, hətta ruhi inkişafını da əldən vermişdir.
7. Minnət qoyan və riyakar şəxs küfr dairəsindədir və hədələrə məruz qalır.
265. وَمَثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَتَثْبِيتًا مِّنْ أَنفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌ فَآتَتْ أُكُلَهَا ضِعْفَيْنِ فَإِن لَّمْ يُصِبْهَا وَابِلٌ فَطَلٌّ وَاللّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
"Mallarını Allahın razılığı və öz ruhlarının möhkəmliyi yolunda infaq edənlər uca bir nöqtədə olan (saf havadan qədərincə bəhrələnən), gur yağışların suvardığı, iki qat artıq meyvə verən bağa bənzərlər. Əgər yağış gur yağmasa, sısqa yağar, şəbnəm olar (bağ daim təravətli qalar.) Allah etdiyiniz işləri görəndir.”
1. Əgər məqsəd Allahın razılığını qazanmaq ruhən və inkişaf etmək olsa, işlər bəhrəli olar.
2. İxlas (xalislik) asan yolla əldə olunmur. Onun sorağınca getmək lazımdır.
3. Xalisanə işlər uca bir nöqtədə yerləşən, sel təhlükəsindən amanda qalan bağ kimidir.
4. Məqsəd Allah olsa belə, cilvə və camallardan da məhrum qalmırıq. Cəmiyyətdə xalis insanlar riyakar insanlardan daha çox sevilir. Xalisanə infaq münbit torpaqda salınmış əkin kimidir. Bütün xalq onu görür və ləzzət alır.
5. Əsas məsələ imkan deyil, imkanlardan düzgün bəhrələnməkdir. Yağışın sısqa və ya gur yağması mühüm deyil. Mühüm odur ki, torpaq onu uda bilsin.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti