Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İman və mənəviyyatın inkişafı
İman toxumu
Çalışın uşaqları imanlı edin; Allaha, mütləq həqiqətə, İslama imanlı. Uşaq imanlı tərbiyə olunsa, siz onun qəlbində iman toxumu əkə bilsəniz, gələcəkdə böyük bir şəxsiyyətə çevrilə bilər və hər bir işə uyğun olar.
Mömin yetişdirmək
Uşaq və yeniyetmələri güclü imanla böyütmək lazımdır.
Uşaq tərbiyəsində mənəviyyata xüsusi diqqət
Materialist dünya mənəviyyatın azlığından əziyyət çəkir. Tərbiyəvi işlərdə mənəvi amilə xüsusi diqqət yetirilməlidir. Uşaqların tərbiyəsində və dəyərlərin aşılanmasında bu, ən mühüm vəzifədir.
Mənəvi məsələləri öyrətmək
İnanmalıyıq ki, bizim uşaqlarımız bir çox mənəvi məsələləri dərk edirlər və bu yaşda münasib üsulların köməyilə onlara öyrətmək nəinki mümkün və məntiqli, hətta vacib və əsaslıdır.[30]
Uşağa uyğun mənəvi tərbiyə
Əgər uşağa bədəninə uyğun maddi qida verilirsə, deməli, ruhuna uyğun mənəviyyat da verilə bilər.
Bu gün sübut olunub və tərbiyə alimləri göstərmişlər ki, uşağı bir neçə aylığından tərbiyə predmeti bilmək lazımdır. Çünki onun qavrayış imkanı var və hər şeydən təsirlənir.
Uşaqların təhlükəsizlik amili
Düzdür, düzgün təlim-tərbiyə üçün maddi imkanlar, ictimai və təhsil şəraiti, yaxud Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının ifadəsi ilə desək, ictimai təhlükəsizlik lazımdır. Lakin unutmaq olmaz ki, bu təhlükəsizlik yalnız bəyanat və şüarla əldə edilmir. İlahi etiqada və məktəbə arxalanan inanc insanların, o cümlədən körpələrin daxili və xarici təhlükəsizliyini təmin edib şəxsiyyətlərinin sabitliyinə səbəb ola bilər. Əks təqdirdə, uşaqların ictimai təhlükəsizliyindən ağız dolusu danışılan cəmiyyətlərdə baş verən faciələr arasında hər gün yeni fərdi və ictimai fəsadların şahidi olacağıq.
Quran əzbərləmək
Uşaqlıqdan Quran əzbərləmək
Mənim fikrim budur ki, Quran əzbərləməyə uşaqlıqdan başlanmalıdır.
Düşüncə təməllərinin möhkəmlənməsi ilə eyni zamanda Quran əzbərləmək
Gərək Quran öyrətməklə və əzbərlətməklə eyni zamanda Şəhid Mütəhhərinin və digər böyüklərin əsərləri vasitəsi ilə düşüncə və məntiq təməlləri də möhkəmləndirilsin, uşaq və yeniyetmələr gələcəkdə İslama, Qurana və Əhli-beytə xidmət göstərə bilsinlər.
İslam cəmiyyətinin inkişaf yolu
Lazım və faydalı olan, bizi Quranı anlamağa yaxınlaşdıran məsələləri uşaqlara öyrədin ki, daş üzərindəki naxış kimi ömrünün sonuna qədər yadında qalsın və faydalı işlərə bais olsun. Bizim İslam cəmiyyətimiz bu yolla inkişaf edəcək, möhkəmlənəcək, bu yolla öz müstəqqilliyini təmin edəcək və öz hidayət yolunu İslamda tapıb dünya müsəlmanlarının diqqətini cəlb edəcək.
Allaha yaxınlaşma vasitəsi
Demək istədiyim son məsələ budur ki, ən yaxşı Quran qiraəti həm də əzbərləməklə birgə olandır. Odur ki, yeniyetmələr, uşaqlar, həmçinin onların valideynləri və tərbiyəçiləri Quranı istedadlı və hazırlıqlı beyinlərə yeritməyə çalışsınlar. düşünürəm ki, kimsə Quranı əzbərləsə və Quranla ünsiyyətdə olsa, İslam təlimlərini qat-qat yaxşı anlayar.
İnsan Quranla işləyəndə Quran əzbərləməyin və Quranı mükəmməl bilməyin rolunun nə qədər böyük olduğunu duyur. Mən yuxarı yaşlarımda və Quran əzbərləməyin daha asan olmadığı dövrdə uşaqlıqda Quranı əzbərləmədiyimə görə çox heyfsilənmişəm. Çox yaxşı olar ki, dini məktəblər qəbul etdikləri tələbələrə müəyyən müddət Quran əzbərlətdirsinlər. Yaxud Quran əzbərləməyi dərs proqramlarına salsınlar və bir dini öyrənci 4-5 ildən sonra mütləq Quranı əzbərləmiş olsun. Həmçinin çox yaxşı olar ki, Quran əzbərləmək üçün yaxşı dövr olan ibtidai məktəblər və 6-8-ci siniflər üçün uyğun proqramlar tərtib olunsun. Quranın bir hissəsini, yaxud hamısını əzbərləyənlər bunun qədrini bilsinlər. Bu, çox böyük nemətdir. Heç bir nemət bunun yerini tutmur. Quran əzbərləmə neməti Allaha yaxınlıq və Allahın sözünü dərk etmək üçün bir vasitədir. Odur ki, Quranı yaddan çıxarmasınlar.
Kitabın adı : Uşaq,yeniyetmə və gənc
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |