Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Tale və ixtiyar
Qəza və qədər mövzusunda əsas məsələlərdən biri onun insan azadlığı ilə əlaqəsidir. Elmi qəza və qədərin tələbinə görə Allah öncədən bilir ki, insanların əməlləri hansı xüsusiyyətdə və hansı şəraitdə olacaqdır. Həmçinin feli qəza və qədərə görə insanların əməllərinin formalaşmasında və vücuda gəlməsində Allah iradəsinin dəxaləti vardır. Odur ki, bəziləri belə güman edirlər ki,qəza və qədər insan ixtiyarı ilə ziddiyyət təşkil edir və insanlar bu varlıq aləmində oyunçu yox, öncədən zəruriliyi və qətiliyi təyin edilmiş hadisələri izləyən ixtiyarsız tamaşaçıdırlar. Bizim buna qısa cavabımız budur ki, elmi qəza və qədərdə insanların əməlləri qeyd-şərtsiz şəkildə yox, bütün xüsusiyyətləri ilə birlikdə əks olunur. Bu xüsusiyyətlərə misal olaraq əməllərin ixtiyarlı olmasını, insanın iradə və qüdrətinin əməllərin baş verməsində təsirini göstərmək olar. Beləliklə, Allah əzəldən bilir ki, insan öz ixtiyarı vasitəsi ilə hansı əməlləri yerinə yetirəcək. Belə olduqda, Allahın elmi və "qəza və qədər" insanın ixtiyarınl nəinki istisna etmir, hətta onu təsdiq edir. Allah hansısa bir odun müəyyən zaman və məkanda ixtiyarsız şəkildə istilik yaradacağını əzəldən bilir. Amma əgər iş görən şüurlu və ixtiyarlı olarsa, bu halda qəza və qədər obyekti şəxsin azad şəkildə seçimidir.
Feli qəza və qədər məsələsində də buna oxşar cavab vermək olar. Bəndələrin əməllərinin baş verməsində Allahın feli qəza və qədəri bibaşa yox, səbəblər vasitəsilə və səbəbiyyət qanunu çərçivəsində təsir göstərir. İnsanın iradəsi və ixtiyarı da azad əməllərin səbəblərindən biri olduğu üçün qəza və qədər insanın iradəsi və ixtiyarı yolu ilə öz təsirini göstərir. Beləliklə,azad əməllərin keyfiyyətlərini və xüsusiyyətini təyin edib (feli qədər), onların gerçəkləşməsini zəruri etmək(feli qəza) nəinki ixtiyarı rədd etmir, əksinə ixtiyarladır və onun vasitəsilə təsir göstərir.
Kitabın adı: Kəlam elmi
Müəllifin adı: Dr. Məhəmməd Səidimehr
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |