Çox yeməyin ziyanları
Əli(ə.) buyurur:"Çox yemək və çox yatmaq insanı məhv edərək, ziyana doğru sürükləyir";"Çox yeyənin sağlamlığı az, xərci isə çoxdur";"Çox yemək qeyri-təbii iştah üzündəndir. Bu bir növ eyb və bir növ xəstəlikdir".
İmam Sadiq(ə.) buyurmuşdur:"Möminin qəlbi üçün çox yeməkdən daha ziyanlı bir şey yoxdur. Çox yemək iki şeyə-daşürəkliliyə və şəhvətin təhrik olunmasına səbəb olur".
Allahu-Təala Bəni-İsrailə buyurur:"Çox yeməyin! Həqiqətən, çox yeyən çox yatar. Çox yatan az namaz qılar. Namazını azaldan isə qafillərdən sayılır".
Hz.Peyğəmbər(s.ə.s) buyurur:"Çox yeməkdən çəkinin! Həqiqətən, o bədəni məhv edir, müxtəlif xəstəliklərə və ibadətdə süstlüyə səbəb olur.";"Allah yanında dolu qarından daha pis bir şey yoxdur".
Haqq elçisinin yeyib-içmək məsələləri haqqında maraqlı göstərişləri mövcuddur. Bu o həzrətin(s.) tibb elminə aid möcüzələrindəndir:"Ac olduğun zaman yeməyə əl uzat, tam doymadıqda isə ondan əlini çək".
Kitabın adı: İslamda ailə quruluşu
Müəllif: Hüseyn Ənsarian
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.