» » Şeyx Nəcməddinin göstərişləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şeyx Nəcməddinin göstərişləri
    0
    Müəllif: Elya | 2-06-2017, 12:00 | Baxılıb: 864

     

     

    Şeyx Nəcməddinin göstərişləri

     

    Şeyx Nəcməddin Razi yazır: «Bil ki, şəraitinə və ədəbinə malik olmayan zikr demək çox faydalı olmaz. Əvvəlcə tərtib, adab və şərtləri ilə başlamaq lazımdır. Sadiq müriddə bu yolu keçmək məqsədi yaransa, bu onu göstərir ki, zikrlə ünsiyyət tutmuşdur. Bu zaman o, məxluqdan vəhşət hissi keçirib hər bir şeydən üz döndərməli, zikrə pənah aparmalıdır ki, “Qulillahu summə zərhum fi xovzihim yəl’əbun”. Zikrə davam edərsə, gərək günahlardan nəsuh (qəti) tövbəsi ilə tövbə edib haqqa qayıtsın və zikr deyən zaman əgər imkanı olsa, qüsul etsin, əks halda isə dəstəmaz alsın. Çünki zikr etmək eynilə düşmənlə mübarizə aparmaqdır, özü də silahsız şəkildə. Çünki silahsız mübarizə aparmaq çox çətindir, “ Dəstəmaz mö ’ minin silahıdır ”.

    Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) sünnəsinə uyğun olaraq pak-pakizə paltarlar geysin. Paltarın paklığının dörd şərti var: «Birincisi nəcasətdən pak olması, ikincisi, qəsbi olmaqdan pak olması, üçüncüsü, haramdan pak olsun, yə’ni, ipəkdən olmasın. Dördüncüsü, Peyğəmbər (s.ə.v.v) sünnəsinə görə qısa olsun ki, “ və siyabəkə fətəhhir – libasını pakla .” Evi (atrıq əşyalardan) boşaldıb qaranlıq etsin və təmizləsin. Əgər bir qədər ətir verən şey yandırsa, daha yaxşı olar. Üzü qibləyə otursun, hər bir vaxtda diz üstə oturmaq nəhy olunur, yalnız zikr vaxtı icazə verilir. Mərhum Xacə sübh namazından sonra gün çıxana qədər diz üstə oturub zikr deyərdi.

    Zikr deyərkən əllərini budunun üstünə qoysun, hüzuri-qəlb tapsın və tam tə”zimlə “ la ilahə illəllah ” kəlməsini deməyə başlasın. “ La ilahə ” kəlməsi boğazdan çıxanda “ illəllah ” qəlbə ensin. Elə desin ki, zikrin tə’siri və qüvvəsi bütün üzvlərə çatsın. Lakin səsini çox ucaltmasın və bacardığı qədər sakit və gizli yerdə olsun. Belə ki, buyurmuşlar: “Vəzkur Rəbbəkə fi nəfsikə təzərruən və xifyətən və dunəl-cəhri minəl qovl.”

    Buna əsasən, zikri dalbadal desin, qəlbində onun mə’nasını düşünsün və başqa fikir və xatirələri başından çıxartsın. Belə ki, “la ilahə” kəlməsində qəlbə gələn hər növ fikirləri inkar edir, yə’ni, Allahdan başqa heç bir şeyi istəmir, Ondan başqa heç bir məqsədi və məhbubu olmur. Beyinə gələn bütün fikirlər “la ilahə” kəlməsi ilə inkar olunur. “İlləllah” kəlməsi ilə Allah Təalanı yeganə məqsəd, məhbub və istənilən ünvanı ilə isbat edir. Hər vaxt qəlbinə nəzər salsa, qəlbin meyl etdiyi əlaqəli olduğu hər bir şeyi nəzərinə alsın və qəlbini boşaltdıqdan sonra Allaha tapşırsın; “La ilahə” kəlməsi ilə o meylləri aradan aparsın və həmin şeyin məhəbbətini qəlbindən tamamilə çıxartsın. “İlləllah” kəlməsi ilə haqq məhəbbətini o məhbbətin yerinə keçirsin.

    Bu tərtiblə davam etsin ki, qəlbi getdikcə məhbublardan və mə’luflardan (ünsiyyət və ülfət tutulan şeylərdən) boşaltsın. Zikri davam etdirsin. Özünü «ehtizaz» vəziyyətinə salsın. «Ehtizaz» odur ki, zikrin qələbəsi ilə zakirin (zikr edənin) varlığı zikrin nurunda məhv olub aradan getsin və zikr onun vücudundan meylləri və pərdələri götürsün, onu cismaniyyət dünyasından və ruhaniyyətin axırından yüngülləşdirsin. Belə ki, buyurulur: “Siru fəqəd səbəqəl-mufrədun.” Seyr edin, həqiqətən müfrədlər qabağa keçmişlər.”

    Bil ki, qəlb Allah-Təalanın hazır olduğu gizli bir məkandır ki, “ La yəsəuni ərzi və la səmai və innəma yəsəuni qəlbu əbdiyəl - mu ’ min . Nə yerlər , nə də səmalar Mənə özündə yer verə bilmədi , Mənə yalnız mö ’ min bəndəmin qəlbi özündə yer verə bildi .” “Nə qədər ki, qəlb hərəmində başqaları izdiham yaradır, izzət qeyrəti başqasından izzət tələb edər.” Lakin “la ilahə” cümləsi qəlb hərəmini başqalarının izdihamından boşaltdığı zaman “illəllah” sultanının təcəlli etdiyi qədəmlərin intizarı çəkilər ki, “ iza fərəğtə fənsəb və ila Rəbbikə fərğəb .”

    Gördüyünüz kimi, irfan alimləri zikri davam etdirməyi insanı təkamülə aparan yolların ən yaxşısı hesab edirlər. Onlar bu yolu müxtəlif yollarla qət edib ötməyi təcrübə və tövsiyə etmişlər. Çünki, şəriətdə gəlib çatan zikrlərin hamısı zikrin qanun halına salınmasının əsl hədəfinə, yə’ni Allahdan başqalarından qırılıb Allaha tam diqqət yetirməyə zəmanət verir. Bu zikrlər ayrı-ayrı fərdlərin vəziyyətləri və məqamları ilə əlaqədar fərqlənir. Təkamül yolçusunun hansı vəziyyətdə və məqamda olması hansı zikrin onun üçün daha münasib və cazibəli olmasından asılıdır. Məhz belə olan halda tərbiyəçi ustad daha mühüm rol ifa edə bilər.

    Hədis və dua kitablarında çoxlu zikrlər və dualar nəql olunmuş, onların hər birinin özünəməxsus savabı və xüsusiyyəti bəyan edilmişdir. Zikrlər və dualar ümumi halda iki qismdir: Mütləq (qeydsiz-şərtsiz) və müqəyyəd (müəyyən şeylərlə şərtlənən).

    Bə’zi zikrlər üçün məxsus zaman, yaxud xüsusi keyfiyyət, yaxud ədəd tə’yin edilmişdir. Bu barədə təkamül yolçusu imamların (ə) tərəfindən bəyan olunan yolla getməlidir ki, savaba dair məxsus nəticələri görmüş olsun. Lakin bə’zi zikrlər mütləqdir. Yə’ni bu barədə ixtiyar təkamül yolçusunun özünə verilir ki, öz vəziyyət və şəraitinə uyğun olaraq onun sayını, münasib zamanını seçsin və zikri davam etdirsin, yaxud da öz mə’nəvi rəhbərindən və ustadından göstəriş alsın. Siz bu barədə hədis və dua kitablarına müraciət edə bilərsiniz.

    Burada iki məsələyə diqqət yetirmək zəruridir:

    1.Təkamül yolçusu bilməlidir ki, zikr deməkdə əsas hədəf Sübhan Allaha qarşı hüzuri-qəlb, diqqət və halın əldə edilməsidir. Buna əsasən zikrin miqdarı, zamanı və keyfiyyəti seçilərkən bu məsələni diqqət mərkəzində saxlamalı, zikri davam etdirməlidir. Hər vaxt yorulub, rəğbətdən düşürsə, onu boşlamalı, münasib vaxtlarda yenidən başlamalıdır. Çünki Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “ Qəlb bə ’ zən iqbal ( rəğbət ) halındadır , bə ’ zən isə meylsiz və rəğbətsiz haldadır . Meyl və rəğbət olduqda əmələ başla . Çünki qəlb ikrah halında bir əmələ vadar edilərsə kor olar .”

    Əlbəttə, ayrı-ayrı adamların şəxsi vəziyyətləri, məqamları və vaxtları da bu barədə tə’sirlidir.

    2-Bilmək lazımdır ki, riyazət və zikrin davamında əsas hədəf nəfsin təkamülü, onun Allah dərgahına yaxınlaşmasıdır və bundan başqa yolla müyəssər ola bilməz. Əgər insan özünün şər’i və ictimai vəzifəsini öhdəsinə alsa, onları yerinə yetirməli və həmin halda da Allaha diqqət yetirib Onu xatırlamalı, mümkün qədər zikr deməlidir. Boş vaxtlarında da zikri davam etdirə bilər. Əgər riyazət və zikrin davam etdirilməsi bəhanəsi ilə öz şər’i məs’uliyyətlərini yerinə yetirməyib guşənişinlik edərsə, bu cür əməl onun Allah dərgahına yaxınlaşmasına səbəb olmayacaqdır.

    yolun maneələri

    Kamal yolunu qət edib ali məqamlara çatmaq çox da asan bir iş deyildir. O, çox mühüm və çətin bir işdir. Bu yolda çoxlu maneələr vardır ki, müridlər onları cihad meydanında özlərinə rəqib bilərək onlara qarşı mübarizə aparmalıdırlar. Əks halda məqsədə çatmayacaqlar.

     

    Kitabın adı: Nəfsin saflaşdırılması
    Müəllif: Ayətullah İbrahim Əmini

     

     

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.