Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə” surəsi (115-116)
115. ﴿وَلِلّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ فَأَيْنَمَا تُوَلُّواْ فَثَمَّ وَجْهُ اللّهِ إِنَّ اللّهَ وَاسِعٌ عَلِيمٌ﴾
“Şərq də, qərb də Allahındır. Demək, haraya üz tutsanız, üzü Allaha tərəfsiniz. Həqiqətən, Allah əhatə edən vəbiləndir.”
◘Müsəlmanların qibləsi Beytül-Müqəddəsdən Kəbəyə dəyişdikdən sonra yəhudilər ortaya şəkk-şübhə çıxararaq, bu iş üçün dəlil istəyirdilər. Hərçənd əvvəlki ayələrdə icmali şəkildə Allah bu cür etirazların cavabını bildirmişdi. Bu ayədə isə uyğun həqiqət bir daha ortaya qoyulur və bəyan olunur ki, şərq də, qərb də Allahındır, haraya üz tutsanız Allah oradadır. Kəbənin qiblə kimi müəyyənləşdirilməsində məqsəd müsəlmanların birliyini nümayişə qoymaq və İbrahimin şirklə mübarizə xatirəsini təzələməkdir. Kəbənin müqəddəsliyi və möhtərəmliyi də buna əsaslanır.
◘Mərcələrin (din alimlərinin) əhkam risalələrində bildirildiyi kimi, müstəhəb namazlarda qiblə şərt deyil. Hətta yol gedə-gedə, süvari halda da bu namazları qılmaq olar. Uyğun ayəni açıqlayan bəzi rəvayətlərdə də bu məsələyə işarə olunmuşdur. İmam Baqir (ə) buyurmuşdur: “Bu ayə müstəhəb namaz haqqında nazil olmuşdur.”
◘Əgər əvvəlki ayəyə görə, bir müxalif dəstə məscidin xaraba qoyulması yolunda çalışırsa, siz həvəsdən düşməyin ki, Allaha üz tutma yalnız xüsusi bir cəhətə həsr olunmayıb.
◘İstər şərqə, istərsə də qərbə üz tutmaq (qiblə) tərbiyəvi xarakter daşıyır. Əsas məqsəd Allahın xatırlanması və Onunla rabitədir. Quran bir dəstənin haqqında xoş sözlər deyərək buyurur: “Onlar Allahı ayaq üstə, oturmuş vəziyyətdə və yatmış halda yad edirlər.” Qiblənin dəyişməsi ilə bağlı yaranmış hay-küyə cavab olaraq buyurulur: “Ey xalq! Yaxşılıq üzünüzü şərqə və ya qərbə doğru tutmaqda deyil. Yaxşılıq sizin Allaha həqiqi imanınızda və Allah bəyənən işlər görməyinizdədir.”
◘Əvvəlki ayədə məscidlərin xaraba qoyulması ən böyük zülm kimi təqdim olunsa da, bu ayədə müjdə verilir ki, həmin işə görə məyus olmamalı, ümidsizliyə qapılmamalıyıq. Bütün dünya ibadət məhəlli və bütün varlıq aləmi qibləgahdır.
1. Allahın əmri ilə yerinə yetirilən və ilahi rəngə malik olan hər bir iş “vəchullah”, ibadətdir.
2. Allah hər yerdə hazırdır və hər şeyi görür.
116. ﴿وَقَالُواْ اتَّخَذَ اللّهُ وَلَدًا سُبْحَانَهُ بَل لَّهُ مَا فِي السَّمَاوَاتِ وَالأَرْضِ كُلٌّ لَّهُ قَانِتُونَ﴾
“(Kitab əhli və müşriklərdən bəziləri) dedilər: “Allah özü üçün övlad götürmüşdür.” O, (bu sifətdən) münəzzəh, pakdır. Göylərdə və yerdə olanlar Onundur. Hamı Onun qarşısında itaətdədir.”
◘Kitab əhli və müşriklərin hər biri bir şəkildə Allahın övlad sahibi olduğunu düşünmüşlər. Yəhudilər deyirdilər ki, Uzəyr (Üzeyir) Allahın övladıdır.Məsihilər isə həzrət İsanı Allahın oğlu bilirdilər. Müşriklər də öz növbəsində mələkləri Allahın övladları kimi tanıyırdılar.Uyğun ayə bütün bu yersiz və yanlış düşüncələri rədd edir, Allahın zatının bu sayaq sifətlərdən pak olduğunu bəyan edir.
◘Allahı özümüzlə müqayisə etməyək. İnsanın övlada ehtiyac duymasının aşağıdakı səbəbləri var:
1. İnsanın ömrü məhduddur, özünün və nəslinin davamını istəyir.
2. İnsanın qüdrəti məhduddur, onun köməkçiyə ehtiyacı var.
3. İnsan məhəbbətə ehtiyaclıdır və munis axtarışındadır.
Amma Allah bütün bu ehtiyaclardan və çatışmazlıqlardan uzaqdır, pakdır. Əksinə, göylərdə və yerdə olanların hamısı Onun qarşısında təvazödədir.
1. Göylərin və yerin ixtiyarı əlində olan Allahın övlad götürməyə nə ehtiyacı var?!
2. Yalnız varlıq aləminin sahibi qarşısında xüşu və təvazö yerlidir. Bir milçək yaratmaqda aciz olan və kiçik zərəri dəf edə bilməyən zalımların və bütlərin qarşısında təvazökarlıq olmaz.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |