Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Nədən tövbə etməliyiK?
Günah nədir və hansı günahdan tövbə etməliyik? Cavab budur ki, insanın Allah dərgahına yaxınlaşmasına mane olan və insanı dünyaya bağlayıb tövbə edərək Allah dərgahına qayıtmasına mane olan hər bir şey günah hesab olunur və ondan uzaq olmaq, nəfsi belə işlərdən təmizləmək lazımdır. Günahı iki qismə bölmək olar:
1. Əxlaqi günahlar .
2. Əməli günahlar .
1. Əxlaqi günahlar . Rəzil əxlaqi xüsusiyyətlər və çirkin sifətlər insanı günaha aludə edir. Ona insaniyyətin «siratəl-mustəqim» yolunu ötməyə, Allah dərgahına yaxınlaşmağa mane olur. Çirkin sifətlər nəfsdə kök salarsa artıq xasiyyətə çevrilir, insan zatının batinini tamamilə dəyişdirir və hətta insanın nə olmasında belə tə’sir qoyur. Əxlaqi günahların sadəcə olaraq əxlaqi olmasını bəhanə edərək əhəmiyyətsiz və kiçik saymaq və nəfsin onlardan təmizlənməsindən və tövbə etməkdən qafil olmaq olmaz. Əksinə, nəfsin onlardan paklanması zəruri və həyati bir məsələ hesab olunmalıdır.
Rəzil əxlaqi xüsusiyyətlər aşağıdakılardır : Riyakarlıq, münafiqlik, qəsb, təkəbbür, xudbinlik, bədxasiyyətlilik, zülm, hiylə, qeybət, böhtan, söz gəzdirmək, eyb axtarmaq, xəbərçilik, və’dəyə xilaf çıxmaq, yalan danışmaq, dünyaya məhəbbət, hərislik, paxıllıq, valideynin hüququna riayət etməmək, qohum-əqrəba ilə əlaqələri kəsmək, ne’mətlərə qarşı nankorluq və naşükürlük, israfkarlıq, həsəd, acı dillilik, başqalarını söymək və sair sifətlər.
Yüzlərlə ayə və rəvayətlərdə bu sifətlər məzəmmət edilmiş, onların dünya və axirətdəki cəzaları bəyan olunmuş və əxlaqi kitablarda araşdırılmışdır. Amma onların hamısını burada irəli çəkmək olmaz. Maraqlananlar hədis və əxlaq kitablarına müraciət edə bilərlər.
2. Əməli günahlar .
Əməli günahlar aşağıdakılardır: Oğurluq, nahaq yerə adam öldürmək, zina, ləvat, riba (faiz) vermək və ya almaq, camaatın malını qəsb etmək, müamilədə fırıldaqçılıq, vacib cihad meydanından qaçmaq, əmanətə xəyanət etmək, şərab və sair məstedici şeyləri içmək, ölmüş heyvan əti, donuz əti və sair haram yeməkləri yemək, qumar oynamaq, yalan yerə şəhadət vermək, yalan yerə and içmək, günahsız adamlara zina nisbəti vermək, vacib namazları, orucu, həcci, əmr be mə”ruf və nəhy əz münkəri tərk etmək, nəcis yeməklər yemək və sair haram işlər. Bunlar məşhur günahlardır ki, fiqh kitablarında araşdırılmışdır. Maraqlananlar hədis kitablarına müraciət edə bilərlər.
İnsan bu məşhur günahlardan çəkinməli və onlara düçar olduqda tövbə edərək Allah dərgahına qayıtmalıdır. Başqa günahlar da vardır ki, məşhur deyil və günah ünvanı ilə tanınmamışlar. Lakin, onlar Allahın seçilmiş bəndələri və övliyaları üçün günah hesab olunur. O cümlədən, müstəhəbləri tərk etmək, məkruh işlər görmək, hətta günahı təsəvvür etmək, Allahdan başqasına diqqət yetirmək, insanı Allahdan qafil edən nəfsani və şeytani fikirlər və s. Bunların hamısı Allah övliyaları nəzərində günah hesab edilir və onlar bu işlərdən tövbə edirlər. Bundan əlavə, onlar hətta Allahın Özünü, sifətlərini və fe’llərini tanımaqda qüsura yol verdiklərindən (bu, mümkünül-vücud olan hər bir insanın təbiətidir) Allahın seçilmiş bəndələri üçün nöqsanlı hal və günah hesab edilir. Belə nöqsanlı halları hiss etdiklərinə görə bədənləri lərzəyə gəlir, ah-nalə ilə tövbə edib Allaha tərəf qayıdırlar. Mə’sum imamların (ə) və peyğəmbərlərin (s) istiğfar və tövbələri də məhz bu qəbildəndir. İmam Cə’fər Sadiq (ə) buyurur: “Peyğəmbəri - Əkrəm səlləllahu əleyhi və alihi və səlləm hər gün yetmiş dəfə tövbə edirdi . Halbuki heç bir günahı yox idi .”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Bə ’ zən mənim qəlbimə qaranlıq gəlir , buna görə də gecə - gündüz yetmiş dəfə istiğfar edirəm .”
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |