Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
İkinci vasitə - Əxlaqi keyfiyyətlərin və insani səciyyələrin çiçəkləndirilməsi
Nəfsin tərbiyə olunub təkmilləşdirilməsi, seyri-süluk və Allah dərgahına yaxınlaşmağın yollarından biri də insanın özündə əxlaqi keyfiyyətləri və insani səciyyələri çiçəkləndirməsidir ki, bunların da kökü insanda qoyulmuşdur. Gözəl əxlaq insanın mələkuti ruhi ilə tam münasib və uyğun olan dəyərlərdən ibarətdir. Onların tərbiyələndirilməsi, pərvəriş edilməsi ilə insanın insaniyyəti daha kamilləşir və nəhayət Allah dərgahına yaxın bir məqama çatır. Mütəal Allahın müqəddəs Zatı bütün kamalların mənşəyidir. İnsan yüksək aləmdən gəldiyindən pak və aludə olmamış fitrəti ilə yuxarı aləmlə münasib olan insani kamalları tanıyır və təbiidir ki, onlara meyl göstərir. Buna görə də bütün dövrlərdə olan insanlar yaxşı əxlaqın o cümlədən ədalət, fədakarlıq, düzlük, əmanətdarlıq, yaxşılıq, şücaət, səbr, dözümlülük, elm, xeyirxahlıq, məhrumları müdafiə etmək, nemətlər qarşısında şükr etmək, səxavətli olmaq, əhdə vəfalı qalmaq, Allaha təvəkkül etmək, təvazökarlıq etmək, əfv edib güzəştə getmək, mülayim rəftar etmək, insanlara xidmət etmək və s. kimi xüsusiyyətlərin gözəlliyini dərk etmişlər.
Allah Quranda buyurur: "And olsun nəfsə və onu yaradana, günah və savab işləri ona ilham edib öyrədənə ki, həqiqətən öz nəfsini aludəliklərdən paklayan kəslər nicat tapar, onu xarab edənlər isə ziyankar olar.”
Əxlaqi işlər təkrar olunduğu zaman nəfsə nüfuz edir və vərdiş halına çevrilərək insan vücudunun bir hissəsinə çevrilir. O, insan ruhunun quruculuğunda, necə olmasında, hətta nə olmasında belə təsir göstərir. Məhz buna görə də islam dini əxlaqi məsələlərə xüsusi diqqət yetirmişdir. Əxlaq məsələləri islam dininin böyük bir qismini təşkil edir. Əxlaq barəsində yüzlərlə, minlərlə ayə və hədis deyilmişdir. Quran ayələrinin əksəriyyəti əxlaqi göstərişlərdir. Hətta, Quranda qeyd olunan hadisələrin və hekayələrin əksəriyyəti əxlaqi səciyyəyə malikdir. Belə ki, Quranı əxlaqi bir kitab kimi də nəzərdən keçirmək olar.
Ümumiyyətlə, böyük ilahi peyğəmbərlərin əsas hədəflərindən biri insan nəfslərinin və ruhlarının paklaşdırılması, onlarda gözəl əxlaqi keyfiyyətlərin çiçəkləndirilməsidir. İslam Peyğəmbəri (s.ə.v.v) də öz be”sətinin əsas hədəfini insani kamalların və əxlaqın təkmilləşdirilməsi kimi təqdim edərək buyurur: "Mən Allah tərəfindən əxlaqi gözəllikləri tamamlamaqdan ötrü göndərilmişəm.”(Müstədrəkul-vəsail”, 2-ci cild, səh.282)
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) bütün insanlara xitabən buyurur: "Sizə gözəl əxlaqı tövsiyə edirəm, çünki Sübhan Allah məni həmin məqsədlə məb”us etmişdir.”(Biharul-ənvar”, 69-cu cild, səh.375)
O Həzrət (s.ə.v.v) yenə buyurur: "Qiyamətdə insanların əməl tərəzisinə gözəl əxlaqdan da fəzilətli olacaq bir şey qoyulmayacaqdır.”("Kafi”, 2-ci cild, səh.99 )
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |