» » Qiyamətdə hesab


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6740

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6724

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Temmuz 2025    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qiyamətdə hesab
    0
    Müəllif: Elya | 24-04-2017, 14:00 | Baxılıb: 1 928

     

     

    Qiyamətdə hesab

     

    Qur’an ayələri və hədislərdən mə’lum olur ki, qiyamətdə bəndələrin hesab-kitabı dəqiq şəkildə aparılacaqdır. Onların bütün əməlləri – istər kiçik, istərsə böyük olsun, mühasibəyə çəkiləcək, ən kiçik əməl belə nəzərdən yayınmayacaqdır.

    Qur’anda buyurulur: “Qiyamətdə ədalət tərəzilərini bərqərar edərik . Heç kəsə zülm olunmaz . Əgər bir xardal dənəsi ağırlığında əməli olsa da onu hesaba çəkərik . Bizim özümüz hesab çəkmək üçün kifayətik .”

    Yenə buyurulur: “Əgər nəfsinizdə olanları zahir etsəniz , yaxud gizlətsəniz Allah sizdən ona görə hesab çəkəcəkdir .”

    “ Əməllərin miqdarının öçülməsi qiyamətdə haqq əsasında olacaqdır . Hər kəsin əməl tərəzsisi ağır olsa nicat tapar . Hər kəsin də əməl tərəzisi yüngül olsa onlar öz nəfslərinə ziyan vermiş olacaqlar . Çünki Bizim ayələrimizə zülm etdilər .”

    Qiyamət Qur’anda “ yovmul - hesab ” (hesab günü), Allah-təala isə “ səriul - hisab ” (hesablara sür’ətlə yetişən) kimi vəsf edilir. Ayə və rəvayətlərə uyğun olaraq bütün bəndələr üçün irəli gələcək ən ağır mərhələlərdən biri əməllərin mühasibəsi və haqq-hesaba çəkilməsidir. İnsan ömrü boyunda tədricən müəyyən işləri görür və bir müddətdən sonra onların əksəriyyətini unudur. Halbuki, ən kiçik əməl belə onun əməl dəftərindən silinmir. Hamısı qeydə alınır və insanla birlikdə qalır. Bu dünyada onlardan, ümumiyyətlə, qafil olmasına baxmayaraq, insanın bəsirət gözünün açıldığı vaxt ölümdən sonra hamısını bir dəfəlik müşahidə edəcək, sonra anlayacaqdır ki, bütün əməlləri, danışıqları, əqidə və fikirləri onun yanındadır və heç vaxt ondan ayrılmayacaqdır.

    Qur’anda buyurulur: “Hər insan hesab üçün bir sürüyən və bir də şahidlə ( iki mələklə ) gələcəkdir . ( Ona belə deyilər :) Həqiqətən sən bu həqiqətlərdən qafil idin . Amma bu gün sənin batini gözün daha itidir .”

    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Qiyamətdə bəndədən dörd şey barəsində sual edilməyincə yerindən hərəkət etməz . Ömrünü nəyə sərf etdiyindən , cavanlığını nəyə sərf etdiyindən , mal - dövlətini haradan əldə edib harada xərclədiyindən və biz Əhli - beytə qarşı bəslədiyi münasibətdən .”

    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) başqa bir hədisdə buyurur: “Qiyamət günü bəndəni hesab üçün hazır edəndə dünyada yaşadığı hər bir günün müqabilində iyirmi dörd xəzinə gətirərlər – gecə gündüz saatlarının miqdarı qədər. Nur və sevinclə dolu olan bir xəzinəni açarlar, bəndə onların müşahidə etməklə o qədər sevinər ki, əgər şadlıqlarını cəhənnəm əhlinin arasında bölüşdürsələr onlar (sevincdən) odun əzab-əziyyətini hiss etməzlər. Həmin saat Pərvərdigara ibadətlə məşğul olduğu saatdır. Sonra onun üçün digər bir xəzinəni açarlar, o çox qaranlıq, iyli və vəhşətlidir. Onları müşahidə etməklə o qədər nalə və ah-fəğan edər ki, əgər onun ah-fəğanını behişt əhli üçün bölüşdürsələr behişt ne’mətləri onlar üçün acı olar. O həmin saatdır ki, Allah qarşısında günah etmişdir. Onun üçün digər bir xəzinə gətirərlər ki, tamamilə boşdur: onda nə sevindirici əməl, nə də qəmli bir əməl vardır. O həmin saatdır ki, yuxuda olmuş, yaxud mübah işlərə məşğul olmuşdur. Allahın bəndəsi bunu müşahidə etməklə qəmgin olub təəssüflənir, çünki dünyada onu yaxşı işlərlə doldura bilərdi, amma səhlənkarlıq nəticəsində bu işlərə yol vermişdir. Buna görə də Mütəal Allah qiyamət barəsində buyurur: “Bu gün xəsarət günüdür .”

    Qiyamətdə bəndələrin əməllərinin hesab-kitabı dəqiq şəkildə araşdırılacaq, onların müqəddəratı tə’yin ediləcəkdir. Bu zaman insanın zahiri və batini əzaları, eləcə də peyğəmbərlər, mələklər, hətta yer belə, çox çətin və həlledici bir hesabda şəhadət verəcəkdir. Qəlblər o hesabın şiddətindən döyünər, bədənlər qorxudan lərzəyə gələr. O gün elə qorxuludur ki, analar öz qucaqlarındakı südəmər körpələrini unudar, hamilə qadınlar uşağını salar. Hamı işin axırının necə nəticələnəcəyindən iztirab hissi keçirər. Görəsən onların hesablarının axır-aqibətləri Allahın razılığı, azadlıq bəratını əxz etmək, peyğəmbərlərin və Allah övliyalarının qonşuluğu, Ədn behiştində daimi həyat və Allahın layiqli bəndələrinin qonşuluğunda olmaqla nəticələnəcəkdirmi, yoxsa Pərvərdigari-aləmin qəzəbinə düçar olaraq məxluqatın arasında rüsvay olacaq və cəhənnəmdə əbədi yaşayacaqdır?

    Hədislərdən mə’lum olur ki, bəndələrin hamısının hesabı eyni səviyyəli deyildir: bə’zilərinin hesabı çox ağır və uzun, bə’zilərinin hesabı isə sadə və asandır. Hesab müxtəlif mərhələlərdə yerinə yetirilir. Hər dayanacaqda bir şeydən sual olunur. Dayanacaqların ən çətini başqalarının haqqını ödəmə dayanacağıdır. Bu dayanacaqda camaatın hüquqlarından, insanın onlara etdiyi zülmdən sual olunar. Orada hesab tamamilə düzəlməli, hər kəs öz borcunu borc sahiblərinə qaytarmalıdır. Amma çox təəssüflə, orada borclarını ödəmək üçün insanın ixtiyarında heç bir mal-dövlət olmayacaq. Məcbur qalaraq öz yaxşı əməllərindən – əgər olsa – götürüb borclarının əvəzinə verməli olacaqdır. Əgər yaxşı əməli olmazsa borc sahiblərinin pis işləri onun əməl dəftərinə yazılacaq.

    Qiyamət çox çətin bir gündür. Allah hamımızın fəryadına çatsın! Əlbəttə hesabın çətin və uzun olması bəndələrin hamısı üçün eyni dərəcədə deyildir. Fərdlərin yaxşı və pis əməllərinə, onların miqdarına görə fərqlənir. Lakin təqvalılar və Allahın layiqli bəndələri üçün çox qısa və asan olacaqdır.

    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) qiyamət gününün uzunuluğu barəsində soruşan bir şəxsin cavabında buyurdu: “Allaha and olsun ! Mö ’ min üçün o qədər asan olacaqdır ki , vacib namazı qılmaqdan da asan gəlib keçəcəkdir .”

     

    Kitabın adı: Nəfsin saflaşdırılması
    Müəllif: Ayətullah İbrahim Əmini

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 26 Nisan 2017 19:48 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim cox deyerli movzudur,Allah butun bendelerinin gunahlarini Peygenber (a.s)-ma ve Ehlibeyte xatir bagislasin ve bizleri emel terezisi agir  gelenlerden qerar versin insaAllah amin.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.