Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Müttəqilərin (təqva sahibləri) xüsusiyyətləri
Təqvanın nə olduğunu yaxşı anlamaq, təqva əhlinin əlamətləri və sifətlərilə tanış olmaq üçün “Nəhcül-bəlağə”nin “Həmmam” xütbəsinin tərcüməsini qeyd edirik:
Həmmam Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) səhabələrindən olan abid bir kişi idi. Bir gün dedi: «Ya Əmirəl-mö’minin! Müttəqilərin sifətlərini mənim üçün elə bəyan et ki, sanki onları görürəm.»
İmam (ə) ona cavab verməkdə bir az tərəddüd etdi, sonra qısa şəkildə buyurdu: “Ey Həmmam ! Təqvalı ol , yaxşı işlər gör , çünki Allah Qur ’ anda buyurur : “ Allah təqvalılarla və yaxşı əməl sahiblərilədir .”
Həmmam bu qısa cavabla kifayətlənmədi, Həzrətə (ə) and verdi ki, daha artıq izah versin. Həzrət Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) Allaha həmd-səna etdikdən, Peyğəmbərə (s.ə.v.v) salavat göndərdikdən sonra buyurdu:
« Sübhan Allah insanları yaratdı . Halbuki onların itaət etməsindən ehtiyacsız , günahlarından da amanda idi . Çünki günahkarların günahı Ona heç bir zərər çatdırmaz , itaət edinlərin ibadət və itaəti də Ona heç bir fayda yetirməz . Onların ruzilərini öz aralarında bölüşdürdü , hər kəsi özünə münasib olan bir yerdə qərar verdi . Müttəqilər dünyada fəzilət əhlidirlər , danışanda doğruçu , paltar geyməkdə orta , yol gedərkən təvazökardırlar . Allahın haram buyurduqlarından göz yumur , öz xeyrlərinə və onlara fayda verəcək olan elmə qulaq asırlar . Çətinlik və bəla zamanı özlərini elə aparırlar ki , sanki asayişdə və xoşluqdadırlar . Əgər onların əcəlləri əvvəlcədən tə ’ yin olunmasaydı səvabın şövqündən və cəzanın qorxusundan ruhları bir an belə bədənlərində qərar tutmazdı . Allah onların nəzərində əzəmətli və böyükdür . Buna görə də Allahdan başqası onların nəzərində kiçik görünür . Behiştə qarşı sanki onu görmüş və ne ’ mətlərindən bəhrələnmiş kəslər kimidirlər . Cəhənnəmə qarşı isə sanki onu görmüş və orada əzaba düçar olmuş kəslər kimidirlər . Onların qəlbləri qəmlidir və ( camaat ) onların şərindən amandadır . Bədənləri arıq , hacətləri az , nəfsləri iffətlidir . Bu dünyada bir neçə gün səbr edib , onun ardınca əbədi asayişə və xoşluğa çatırlar . Bu da Pərvərdigarları tərəfindən onlar üçün hazırlanan faydalı bir ticarətdir . Dünya onlara üz gətirir , lakin onlar dünyanı qəbul etməkdən üz döndərirlər . Dünya onları əsir etmək istəyir , amma onlar canlarını alıb azad edirlər .
Gecə vaxtları ( namaz üçün ) ayaq üstə dayanır , Allahın ayələrini düşünərək oxuyur , onu oxuyub təfəkkür etməklə özlərini qəmgin edir və beləliklə də öz dərdlərinin dərmanını axtarırlar . Təşviq ( müjdə ) ayələrinə çatdıqda ümidvar olur , elə şövqə gəlirlər ki , sanki Allahın mükafatını gözləri önündə müşahidə edirlər . Qorxu və əzab ayəsinə çatdıqda isə ona qəlbən elə diqqət yetirirlər ki , sanki cəhənnəm əhlinin şivən və fəryad səsləri qulaqlarının dibindədir . Rüku üçün əyilir , səcdə üçün alınlarını , əllərini , ayaqlarını və dizlərini yerə sərir , Allahdan öz nəfslərinin azadlığını istəyirlər .
Gündüz olanda səbirli , elmli , yaxşı əməl sahibi və təqvalıdırlar . Allah qorxusu onları yonulmuş oxlar kimi arıqlatmışdır . Belə ki , baxan şəxs onların xəstə olduğunu güman edir , halbuki xəstə deyillər . Camaat onların dəli olduğunu güman edərlər , halbuki dəli deyillər . Əksinə , böyük bir iş ( qiyamət ) barəsində təfəkkür etmək onları belə ağır vəziyyətə salmışdır .
Özlərinin az əməllərindən razı deyillər və çox əməli çox hesab etmirlər . Öz nəfslərini ( itaətdə təqsirə yol verdiklərini güman etməklə ) müttəhim edirlər və əməlləri barəsində də qorxudadırlar . Onlardan hər biri tə ’ riflənən zaman onların barəsində deyilənlərdən qorxur və belə deyirlər : “ Mən özümə başqalarından daha artıq agaham . Pərvərdigarım isə mənim özümə məndən də artıq agahdır . Pərvədigara , barəmdə deyilən sözə görə məni cəzalandırma . Məni onların təsəvvür etdiklərindən daha üstün qərar ver və başqalarının bilmədiyi günahlarımı bağışla !”
Təqva əhlinin nişanələrindən biri də budur ki , sən onu görərsən ki , din işində qüdrətli , mülayim , rəftarda uzaqgörən , yəqində imanlı və müqavimətli , elmdə həris , səbirlilikdə bilikli , zənginlikdə orta səviyyəni seçən , ibadətdə xüşulu , fəqirlikdə zinətli və abırlı , çətinliklərdə səbirli , halal ruzi axtarmaqda çalışqan , hidayət axtarışına rəğbətli , tamahdan uzaq və ciddiyyətlidirlər .
Saleh əməl görürlər , amma yenə də qorxurlar . Gecə olan zaman şükr etməyə himmət edir , sübh çağları Allahı zikr və yad edir , gecə ikən məbada qəflət etdiklərini güman edərək qorxur , sübh vaxtları Allahın fəzl və mərhəməti vasitəsilə sevinirlər . Əgər nəfs , istəmədiyi şeylərdə onunla ciddi rəftar etsə , o da əvəzində nəfsin meyl etdiyi işlərdən çəkinər . Əbədi işlərə ( yaxşı əməllərə ) rəğbətli , fani şeylərə ( dünya işlərinə ) e ’ tinasızdırlar . Səbirliliyi elmlə , danışığı əməllə qarışdırırlar .
Onları arzuları qısa , xətaları az , qəlbi xüşu halında , nəfsi qane , yeməyi az , işləri asan , dini qorunmuş , nəfsani istəkləri aradan getmiş , qəzəbi yatmış halda görərsən . İnsanlar onların ehsan və yaxşı işlərinə ümid bəsləyir , şər işlərindən amandadırlar . Əgər camaat arasında qafil və xəbərsiz olsalar , zikr edənlərdən hesab olunarlar . Əgər zikr edənlər arasında olsalar qafillərin cərgəsində hesab olunmazlar . Ona zülm edən bir şəxsi bağışlayar , onu ( mal - dövlətdən , köməkdən ) məhrum edən şəxsə ehsan edər , ondan ayrılan şəxslərlə əlaqə bərqərar edərlər .
Söyüş söyməkdən çəkinir , aram , yumşaq və mülayimliklə danışar . Ondan çirkin iş görünməz , bəyənilən işləri də hər bir yerdə hazırdır . Xeyir işlər və yaxşılıqlara üz gətirər , pisliklərdən qaçar . Çətinliklərdə vüqarlı , xoşagəlməz işlərdə səbirli , asayişdə və rifahda şükr edəndirlər . Nifrət etdiyi şəxslərə zülm etməz , sevdiyi adamlar barəsində günaha düşməzlər ; şəhadət verməzdən qabaq haqqı e ’ tiraf edər , hifz etdiyi şeyi zay etməz , ona xatırladılan şeyləri unutmaz , heç kəsi çirkin ləqəblərlə çağırmaz , qonşusuna zərər yetirməz , camaat üçün baş verən müsibətlərdə şadlıq keçirməz , batil yolda qədəm götürməz və haqdan xaric olmazlar . Əgər sakit olsalar sükutdan qəmgin olmaz , əgər gülsələr gülüş səsləri ucalmaz . Əgər zülmə mə ’ ruz qalsa səbr edər ki , Allah onun üçün intiqam alsın . Nəfsi onun tərəfindən çətinliyə mə ’ ruz qalır , lakin camaat onun tərəfindən rifah və asayişdədirlər . Axirət işində öz nəfsini əzab - əziyyətə atır və camaatı öz nəfsindən asayişə çatdırır . Onların insanlardan uzaq gəzməsi zöhd və iffətə , onlara yaxınlaşması isə xoşxasiyyətli və mehribançılıqlarına görədir . Uzaq gəzmələri təkəbbür və xudbinliyə , yaxınlaşmaları da məkr və hiyləyə görə deyildir ...”
Ravi deyir: Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) sözləri buraya çatanda Həmmam ucadan fəryad etdi və huşdan getdi, canını Allaha tapşırdı. O Həzrət (ə) buyurdu: «Elə bu hadisənin baş verəcəyindən qorxurdum.» (Sonra buyurdu:) «Ləyaqətli şəxslərdə moizələr belə tə’sir qoyur...»
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |