Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə” surəsi (75 və 76-cı hissə)
75. ﴿أَفَتَطْمَعُونَ أَن يُؤْمِنُواْ لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِّنْهُمْ يَسْمَعُونَ كَلاَمَ اللّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِن بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ﴾
“(Belə ki, ey möminlər!) (İnadkar yəhudilərin) sizin dininizə iman gətirməsi intizarındasınızmı? Hansı ki, onlardanbir dəstəsi Allahın sözlərini eşitdilər, onu anladıqdan sonra bilə-bilə təhrif etdilər.”
1. Xalqın iman gətirməsi intizarında olmaq yaxşıdır. Amma hamı belə bir tövfiq əldə edə bilmir. Siz də belə bir intizarda olmayın.
2. İnadkar və azğın alimlərin varlığı cəmiyyətin islahına olan ümidi aradan qaldırır.
3. Tənqid edərkən insafı gözləyin. Bütün yəhudilər təhrif əhli olmayıb.
4. Avam günahkarın islah olmasına ümid var. Amma yolunu azmış inadkar alimin islahına ümid yoxdur.
5. Haqqı tanımaq onu qəbul etmək deyil. Haqqı tanıdıqları halda onu qəbul etməyənlər də var.
6. Ustalıq və agahlıqla həyata keçirilmiş təhriflər daha təhlükəlidir.
7. Bixəbər cahil yox, müqəssir (işin mahiyyətindən xəbərdar) cahil hədələnməlidir.
8. Təhrif alimlərin günahıdır.
76. ﴿وَإِذَا لَقُواْ الَّذِينَ آمَنُواْ قَالُواْ آمَنَّا وَإِذَا خَلاَ بَعْضُهُمْ إِلَىَ بَعْضٍ قَالُواْ أَتُحَدِّثُونَهُم بِمَا فَتَحَ اللّهُ عَلَيْكُمْ لِيُحَآجُّوكُم بِهِ عِندَ رَبِّكُمْ أَفَلاَ تَعْقِلُونَ﴾
“(Həmin yəhudilər) möminlərlə rastlaşdıqları vaxt deyirlər: “İman gətirdik.” Amma onlardan bəziləri o biriləri iləxəlvətə çəkildikdə belə deyirlər: “Nə üçün Allahın sizə açdığını (müsəlmanlara) xəbər verirsiniz ki, (qiyamət günü) Rəbbinizin hüzurunda sizin ziddinizə bununla dəlil gətirsinlər? Məgər düşünmürsünüz?”
◘Yəhudilərdən bəziləri müsəlmanları gördükdə onlara deyirdilər: “Məhəmmədin xüsusiyyətləri və nişanələri Tövratda olduğu üçün biz də ona iman gətirmişik... Amma bir başqaları onlarla görüşdükdə məzəmmət edirdilər ki, nə üçün Məhəmmədin Tövratdakı nişanələrini müsəlmanlara danışıblar? Onların fikrincə, Tövratda olanları müsəlmanlara deməklə qiyamətdə özlərinə qarşı dəlil vermiş olurlar.
1. İnsan həqiqəti anladıqda ona tabe olmalıdır. Başqalarının məzəmməti, hədəsi və nüfuzunun təsiri altında həqiqətə göz yummaq olmaz. Bəlkə də həmin vaxt alimlər haqqı gizlətməsəydilər, hazırda bir bu qədər yəhudi və məsihi olmazdı.
2. Azğınların nəzərində hər hansı mövqeyin itirilməməsi üçün həqiqəti gizləmək ağıl nişanəsi və ağıllı hərəkətdir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |