» » » “Bəqərə” surəsi (61 və 62-ci hissə)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    “Bəqərə” surəsi (61 və 62-ci hissə)
    0
    Müəllif: Huseynci Medine | 17-03-2017, 13:00 | Baxılıb: 932

     

    “Bəqərə” surəsi (61 və 62-ci hissə)

     

    61) ﴿وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَن نَّصْبِرَ عَلَىَ طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنبِتُ الأَرْضُ مِن بَقْلِهَا وَقِثَّآئِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا قَالَ أَتَسْتَبْدِلُونَ الَّذِي هُوَ أَدْنَى بِالَّذِي هُوَ خَيْرٌ اهْبِطُواْ مِصْراً فَإِنَّ لَكُم مَّا سَأَلْتُمْ وَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَآؤُوْاْ بِغَضَبٍ مِّنَ اللَّهِ ذَلِكَ بِأَنَّهُمْ كَانُواْ يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ الْحَقِّ ذَلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعْتَدُونَ﴾

    “(Xatırlayın) O zaman ki, dediniz: “Ya Musa, biz hər gün eyni təam yeməyə dözməyəcəyik. Rəbbindən istə ki, bizimüçün torpağın bitirdiyi şeylərdən - tərəvəzdən, xiyardan, sarımsaqdan, mərcidən və soğandan yetirsin.” Musa dedi: “ Siz yaxşı nemətin əvəzində bu cür alçaq şeylərmi istəyirsiniz? Belədirsə, şəhərə daxil olun, istədiyinizi oradataparsınız. "Onlara zəlalət və möhtaclıq damğası vuruldu. Allahın qəzəbinə düçar oldular. Bunun səbəbi onların Allahayələrini inkar etmələri, peyğəmbərləri haqsız yerə öldürmələri idi. Bunun səbəbi onların günahkarlığı, asiliyi və həddiaşmaları idi."

    Nöqtələr

    ◘Bəni-İsrail mənn və səlva nemətlərinə şükür etmək əvəzinə ifrata varıb çeşidlilik arzusuna düşdü və yerin bitirdiklərindən istədilər. Ayədə nümunə olaraq göyərtinin, xiyarın, soğanın, sarımsağın adı çəkilir. Həzrət Musa onların üstün nemətlər əvəzində sadə şeylər istəməsindən təəssüf duyaraq onlara dedi: "Əgər dediyiniz şeylərdən dadmaq istəyirsinizsə, şəhərə gedib düşmənlərinizlə döyüşməlisiniz." Sizdə bir tərəfdən cihad halı yoxdur, digər tərəfdən şəhər həyatının üstünlükləri arzusundasınız. Allah xəbər verir ki, bu qövm malik olduğu xüsusiyyətlərlə zillətə düşüb, ilahi qəhr və qəzəbə düçar olasıdır.

    Çeşidlilik tələbi, daha çox əldə etmək arzusu insanın əsir olması üçün bir tələdir. Xalqın bu xüsusiyyətindən istifadə edən istismarçılar çeşidli libaslar, tikililər, miniklər və bər-bəzək əşyaları ilə onları əsarət altına alırlar.

    Bildirişlər

    1. Qarınqululuq insanın alçalması amillərindən biridir.

    2. Rifah istəyi zillət zəminəsidir.

    3. Danışıqda ədəbsizlik azğın ruhiyyə nişanəsidir. Onlar “dözməyəcəyik” əvəzinə” yeməklərin bir növ olması bizə ağırdır” deyə bilərdilər. Eləcə də, “Rəbbindən istə” əvəzinə “Rəbbimizdən istə” demək mümkün idi.

    4. Bəni-İsrail istəklərinə hədd-hüdud qoymayan qövmdür.

    5. Xırda şeylər üçün ağız açmaq nəfsin itiliyi, asılılığı və alçaqlığı nişanəsidir.

    6. İnsanın həqiqi xeyirinin təminatçısı onun Allahın qismətindən razı olub səbir etməsidir. Şəhər həyatı və hər şeyə malik olmaq təkamül nişanəsi deyil. Bu imkanlar insanın süqutuna da səbəb ola bilər.

    7. Şəhərdə yaşayıb hər cür imkana malik olmaq inkişaf və təkamül əlaməti deyil; bəzi vaxtlarda bu iş süqut amili də sayılır.

    8. Təhlükəli işlər azğın fikirlərə bağlıdır.

    9. Peyğəmbərlərin tarixi Allah yolunda şəhadətlə qol-boyundur.

    10. Ardıcıl günah küfrə, küfr isə cinayətə səbəb olur.

    11. Zillət və bədbəxtlik millət, irqə yox, insanın xasiyyətlərinə, əqidəsinə və əməllərinə bağlıdır.

     

    62) ﴿إِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَادُواْ وَالنَّصَارَى وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ وَعَمِلَ صَالِحاً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ﴾

    “O kəslər ki, iman gətirdilər və o kəslər ki, yəhudi, məsihi və sabii oldular, Allaha və qiyamət gününə iman gətiribsaleh iş görsələr, mükafatları Rəbblərinin yanındadır. Onlar üçün qorxu yoxdur və onlar qəmgin olmazlar.”

    Nöqtələr

    ◘“Təfsiri-nümunə”də “Cameul-bəyan”dan belə nəql olunmuşdur: “Salman Farsi həzrət Peyğəmbərə (s) dedi: “Mənim iman və namaz əhli olmuş, amma sizi görməmiş dostlarımın qiyamətdə halı necə olacaq?” Oradakılardan biri belə cavab verdi: “Cəhənnəm əhlidirlər.” Amma belə bir ayə nazil oldu, öz əsrində dinə ardıcıllıq edib, ilahi vəzifə və əmrlərə əməl edənlər üzürlüdürlər. Əlbəttə ki, bu ayə yəhudilikdə və ya məsihilikdə qalmaq üçün bəhanə ola bilməz. Çünki əvvəla, Quran kitab əhlini İslama dəvət etmişdir. İkincisi, bilərəkdən İslamdan başqa din ardınca gedənlər hədələnmiş və onlardan qəbul olunmayacağı bildirilmişdir.

    ◘Qurandakı “Əlləzinə hadu” ifadəsi yəhudilərə aiddir. Onların belə adlandırılmasının səbəbi həm tövbə etmələri, həm də Yaqubun oğlu Yəhuda aidiyyətləri ola bilər.

    ◘Ayədə “Nəsara” dedikdə o məsihilər nəzərdə tutulur ki, həzrət İsa “Kimdir köməkçilərim” soruşduqda onlar “ bizik Allahın köməkçiləri” demişlər. Bu adın bir səbəbi də həmin qövmün İsanın doğulduğu Nasiriyyə məntəqəsində sakinliyi ola bilər.

    ◘“Sabiin” özünü həzrət Yəhyanın ardıcılı bilənlərə deyilir. Onlar ulduzların tədbir qüdrətinə inanırlar. Bu dəstənin adı “Bəqərə”, “Maidə”, “Həcc” surələrində yəhudilər, nəsranilər, məcusilər və müşriklərlə birlikdə çəkilir. Buradan məlum olur ki, sabiilər zikr olunmuş dörd dəstədən deyillər. Bu ayin ardıcılları da digər kitab əhli kimi İslama dəvət olunmuşlar. Bu xüsusi etiqadın ardıcılları da azdır və bu ardıcıllar öz dinlərini təbliğ etmirlər. Onlar daha çox çayların və dənizlərin ətrafında yaşayır və tənha həyat tərzi keçirirlər. Bu fərdlərin müxtəlif qüsülləri vardır. Onlar yayda və qışda çayın axar suyunda qüsl verməlidirlər. Hazırda onların beş minə yaxın nümayəndəsi Xuzistanda (İranda) Karvət çayının kənarında və bu vilayətin digər şəhərlərində yaşayırlar. Səkkiz minə yaxın sabii isə İraqda Dəclə çayının kənarında və digər şəhərlərdə sakindir.

    Bildirişlər

    1. Bütün səmavi dinlərin müştərək əsasları vardır: tövhid, məad, saleh əməl.

    2. Tövhiddən sonra ən mühüm etiqad məaddır.

    3. İslamdan xəbərsiz digər din ardıcılları - istər İslamdan qabaq, istər İslamdan sonra - öz dinlərinə iman gətirib saleh əməl ardınca gedərlərsə, nicat taparlar. Bir şərtlə ki, onlar öz məlumatsızlıqlarında müqəssir olmayalar.

    4. İnsan yalnız Allaha iman, məada ümid və saleh əməl sayəsində rahatlıq tapır.

    5. Səadət və kəramət müsəlmanlıq, yəhudilik, məsihilik və sabiilikdən yox, iman və saleh əməldən asılıdır.

     

    Kitabın adı: Nur təfsiri (birinci cild)

    Müəllif: Möhsin Qəraəti

     
     
    Bölmə: Quran / Qurana aid
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.