Ağıl insanın cövhəridir
Qədim filosofların nəzərincə, insanın cövhəri və həqiqi mənliyi onun ağlıdır. Bunların nəzərincə, insanın cismi onun şəxsiyyətindən sayılmamadığı kimi, onun müxtəlif ruhi və mə᾽nəvi iste᾽dadları da həqiqi şəxsiyyətindən sayılmır. İnsanın həqiqi şəxsiyyəti onun fikir qüvvəsidir. Qur᾽ani-kərim ağıl barəsində «lubb» kəlməsini çox işlətmişdir. Elə bil onlar insanı qoz və ya badama bənzədərək onun qabıq və ləpədən təşkil olunduğunu bəyan etməklə, cismi onun qabığı, ağıl və fikrini isə ləpəsi hesab etmək istəyirlər.
Ağılsız insan, insanlıq me᾽yarından məhrum olan puç və boş bir varlıqdır. Yə᾽ni, surət və xarici görünüş e᾽tibari ilə insan, həqiqətdə isə onun mahiyyətini daşımayan bir canlıdır. Bu, insanlığı ağılla ölçən filosofların bəyan etdiyi ifadələrdir.
Əqli mərifətin əsalət və etibarı
Həkimlərin nəzərincə, insan öz ağlı ilə aləmdə olan həqiqətləri kəşf etməyə qadirdir və ağılla əldə olunan elm əsil, həqiqi və e᾽timad olunası bir elmdir. Çünki ağıl aləm və həqiqətləri necə varsa, o cür də dərk etməyə və özündə əks etdirməyə qadirdir. Ağıl aləmin həqiqi surətini özündə əks etdirə bilən bir qüvvədir.
Kitabın adı: İnsanı tanımaq
Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri