Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
Ağıl və hikmətin insanlıq meyarı kimi götürülməsi
Ariflərin nəzərincə, insanlıq ayrı-ayrı şəxslərin həqiqəti nə dərəcədə başa düşməkləri ilə ölçülür. Bunların nəzərincə həqiqəti başa düşməyən insan naqis sayılır. Hər bir şəxsin insanlıq və əsil iste᾽dadı, həqiqəti tanımaq və ona yetişməkdədir. Ariflər bu sözü həqiqət, həkimlər isə hikmət kimi tə᾽bir edirlər.
Hikmətin mənası
Görəsən hikmət bu gün elm adlandırdığımız həmin ifadəni daşıyırmı? Xeyr! Hikmətin mə᾽nası bütün varlıqları ümumi şəkildə düzgün dərk etmək deməkdir. Bu da elmlə fərqli olan bir məfhumdur. Misal olaraq, əgər kimsə Tehran şəhəri barəsində bir şey öyrənmək istəsə, iki cür mə᾽lumat əldə edə bilər: birincisi külli və ümumi, amma eyni zamanda səthi. İkincisi cüz᾽i və məhdud, amma tam aydın və müəyyən. Yə᾽ni, bə᾽zən Tehran haqqında olan mə᾽lumat, şəhərin ümumi xəritəsini çəkə bilən mühəndisin mə᾽lumatı kimidir və bə᾽zən də bu böyük şəhərdən külli mə᾽lumatı olmayan, amma öz məhəlləsini bütün xırdalıqlarına kimi tanıyan bir şəxsin mə᾽lumatı kimidir. Şəhərdən ümumi mə᾽lumatı olan şəxs, məhəllələrdən və müəyyən bir məhəllənin sakini də şəhərin ümumi vəziyyətindən xəbərsizdir. Varlıqları külli surətdə mütaliə edib onu başdan-ayağa öyrənən şəxsə həkim və ya filosof deyilir. Həmçinin həkim bütün varlıqlar haqqında külli bir qanun çıxarır. Həmin bu şəxs ola bilər daş, bitki, heyvan, yer və günəş haqqında kifayət qədər mə᾽lumatı olmasın. Filosofların nəzərincə aləm və varlıqlar haqqında olan külli elmə hikmət deyilir. Hətta bu mə᾽lumat elə bir dərəcəyə çata bilər ki, aləm və varlıqlar külli surətdə həkim insanın zehnində canlansın.
«İnsan elmdə elə bir dərəcəyə çatır ki, onun zehnində canlandırdığı aləm, xaricdəki həqiqi aləm ilə düzgün tətbiq olunur. Bu cür şəxslərə həkim deyilir».
Həkim və filosoflar ağılı insanın cövhəri bildiklərinə görə hikməti insanlıq me᾽yarı kimi qəbul etmişlər. Həmçinin onlar ağılı hər bir məsələni isbat etmək üçün kifayət edən bir şey kimi qəbul edir və hikməti imanla bərabər sayırlar. İndi isə bunları ayrı-ayrılıqda izah edək.
Kitabın adı: İnsanı tanımaq
Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |