Ata-ana və yaxın qohumların qoyub getdikləri maldan hər biri üçün varislər təyin etdik. And içib, əhd-peyman bağladığınız şəxslərin də paylarını da evlərinə verin! Əlbəttə, Allah hər şeyə şahiddir.) (Nisa-33).
Ayənin məna və məfhumu haqda müxtəlif nəzərlər verilmişdir.
Müfəssirlərin bəziləri (Vəlləzinə əqədət əymanukum) cümləsini ayədən hesab edərək demişlər: Bu cümlə ayənin əvvəli ilə əlaqəli deyildir və bu səbəbdən də onun haqda ayrılıqda söhbət açmaq lazımdır. Digər tərəfdən isə ayənin sonundakı (nəsib) kəlməsini yardım, kömək, nəsihət və xeyirxahlıq kimi mənalandırmışlar. Beləliklə [hər iki mətləbi nəzərə alaraq] ayə belə bir məna daşıyacaqdır: «Əhd-peyman bağladığınız şəxslərə nəsihət, xeyirxahlıq və yardım edin».
Bu səbəbdən də ayə nəsx olunmaz sabit bir hökmü əhatə edir.
Digər təfsir alimləri (Vəlləzinə əqidət) cümləsinin ayənin əvvəli ilə əlaqəli olduğunu bildirmişlər və (nəsib) kəlməsini də «irs» [vərəsə] mənasında təfsir etmişlər. Lakin onların özləri ayədəki (əqdəmin) ifadəsi haqda müxtəlif nəzərlər vermişlər. Bəziləri buradan cahiliyyət dövründə bağlanılan qardaşlıq və ya digər əhd-peymanların nəzərdə tutulduğuna işarə etmişlər. Belə ki, əhd-peyman bağlayan şəxslər bir-birlərindən irs aparmaq hüququna malik olmuşlar. İslam dini zühur etməklə bu ayədə həmən [vərəsəlik] qanunu rəsmi olaraq təsdiq etmişdir.
Ənfal surəsinin 75-ci ayəsi nazil olduqdan sonra vərəsəlik qanunu nəsx olundu. Ayədə deyilir:
Qohumlar Allahın kitabında [lövhi məhfuzda və ya Quranda] irs [varislik] baxımından bir-birlərinə daha yaxındırlar.)
Göründüyü kimi bu ayədə varisliyin qohumlara məxsus edildiyi göstərilir və haqqında söhbət açdığımız ayədə varisliyə səbəb olan qardaşlıq və digər əhd-peymanlar bu ayə vasitəsilə varislik qanunundan çıxarılaraq nəsx olunur. Təfsir alimlərinin bəziləri də (əqdyəmin) deyildikdə, yalnız bağlanınlan əhd-peymanın [əhd-peyman iştirakçılarının] istər xeyrində, istərsə də zərərində bir-birləri ilə şərik olmaları nəzərdə tutulur. Bu da fiqhi termin olaraq (zamin ğərifə) adlanır. Belə bir təfsirə əsasən əgər əhli sünnə alimlərinin bir çoxunun ğərirə zəmanətinin varislik üçün əsas amil hesab etmədiklərini qəbul edəriksə deməliyik ki, haqqında söhbət açdığımız ayə, «irs» ayəsi ilə nəxs olunmuşdur.(İbni Kәsirin tәfsiri.) Lakin əgər Əbu Hənifə və onun davamçılarının nəzərlərini qəbul edəriksə – onlar ğərirə zəmanətini varislik üçün əsas səbəb və amil hesab edirlər – ayənin nəsx olunmadığını və hələ də qüvvədə qaldığını hesab etməliyik. Əbu Hənifə və onun davamçıları (əqdi yəmin – and içmə əhd-peymanını) ifadəsini bu ayədə (zamin ğərirə) kimi təfsir və onu varisliyin amili olduğunu hesab etmişlər və nəticədə onlar ayənin nəsx olunmadığına belə istinad edirlər: İrs ayəsi isə haqqında söhbət açdığımız (zamin ğərirə) üçün irsin bəhrəsi təyin olunur. Və belə olduqda ayə ilə nə ziddiyyət təşkil edəcək, nə də nəsx olunmasına səbəb olacaqdır. Çünki, irs ayəsi yalnız qohumları varislik hüququna malik olmaqda başqalarından üstün tutur və bu heç də o demək deyildir ki, qohum olmayanlar varislikdən məhrum və ayənin özü də nəsx olunmuş olsun.(Musnәd Әhmәd ibni Hәnbәl 6-cı cild 458-ci sәh.)
Müəllif:
Qeyd etdiyimiz kimi ayənin məna və məfhumu və onun nəsx olunması haqda bir neçə nəzəriyyə irəli sürülmüşdür və biz onlardan dördü haqda qısa izah verdik. Lakin bizim nəzərimizcə ayənin zahiri məna və məfhumu bundan ibarətdir ki, [bağlanılan] əhd-peyman «irsə» [varisliyə] səbəb olur. Demək ayənin verdiyi hökm nəsx olunmadan qüvvədə qalmaqda və eyni zamanda əməl olunmaqdadır.
İzah:
1. Ayənin ümumi məzmunundan belə bir nəticəyə gəlmək olur ki, «nəsib» kəlməsi ayədə «irs» mənasını daşıyır və onu «kömək», «yardım» kimi mənalandırmaq ayənin zahiri mənası ilə tam ziddiyyət təşkil edir.
2. Diqqət yetirmək lazımdır ki, ayədə üç qrupun (ata-ana, qohumlar, həmpeymanlar) adlarının çəkilməsi heç də onların varislik hüququna malik olmalarına dəlalət etmir. Məsələn, övladlar öz ata-analarından irs aparırlar və vəfat etmiş şəxsin övladları olduğu bir halda onun digər qohumları varislik hüququna malik olmurlar. Və biz ayənin məzmunundan belə bir qənaətə gəlirik ki, yalnız bu üç qrup varislik hüququna malik olmağa qadirdirlər. Lakin bu ayələrin heç birində varislərin birinin, digərindən üstün və əvvəl və ya əksinə, bir qədər az əhəmiyyət kəsb etmələri haqda heç bir nəticəyə gəlmək olmur. Bu hökmləri isə biz digər ayə və rəvayətlərdən əldə edirik.
Haqqında söhbət açdığımız ayədə varislər və onların bir-birindən [övladların, ata-analarından, qohum və əhd-peyman bağlayanların bir-birlərindən] irs aparmaları haqda ümumi məlumat verilmişdir. Lakin onların eyni səviyyədə və ya bir-birlərindən fərqli olaraq irs aparmaları haqda söhbət getmir və bu barədə ətraflı məlumat əldə etmək üçün digər ayə və rəvayətlərə müraciət etməliyik.
İzah:
Bəzi vaxtlarda varislik məsələsi və irs qanunları qohumluq əlaqələri əsasında olur. Ata-ana, övladlar və digər qohum-əqrəbaları buna misal çəkmək olar. Bu qanunlar bəzən dörd yolla yaranan əhd-peymanlar əsasında olur ki, burada da varislik və irs aparmalar həmin şəraitlərin yaranması ilə həyata keçirilir.
1. Evlənmə – ailə qurulduqdan sonra ərlə-arvad bir-birlərindən irs aparma hüququna malik olurlar;
2. Beyət – Belə bir əhd-peymana «Vilayət əhd-peymanı və ya Vəlai İmamət» də deyilir. Peyğəmbər (s) və imamların vilayətini [rəhbərliyini] buna misal çəkmək olar. Belə bir əhd-peymana əsasən, onlar öz davamçılarından irs aparırlar. Dinindən fərqi olmayaraq hər bir müsəlman belə bir əhd-peymana tabe olduğuna etiraf edir. Əhli sünnə mənbələrində Peyğəmbərdən (s) bu məzmunda nəql olmuş rəvayətlərdən birində deyilir:
(Ən varisun mən la varisə ləh – Mən o şəxsin varisiyəm ki, onun varisi yoxdur.)
Belə bir əhd-peymanın xəlifə və vəsilərə (Peyğəmbərin (s) əməli-saleh davamçılarına) aid olunmasına da şübhə ilə yanaşmaq lazım deyildir. Çünki, əldə etdiyimiz qəti və inandırıcı dəlillərlə deyə bilərik ki, Peyğəmbərin (s) canişinləri hər cəhətdən onun malik olduğu xüsusiyyətlərə yiyələnmiş, söylədikləri hər bir söz və gördükləri bütün işlər onun təki etibar kəsb etmişdir. Əhli-beyt tərəfindən nəql olunmuş rəvayətlər və İmamiyyə alimlərinin verdikləri nəzəriyyələr bunu bir daha sübuta yetirir.
3. Bəzən biri başqa birisini azad etməklə onların arasında varisliyə səbəb olacaq əhd-peyman yaranır.
Məsələn, əgər birisi öz köləsini azad edərsə onların arasında əhd-peyman yaranır və bu əhd-peymana «azadlıq əhd-peymanı» deyilir. Belə ki, kölə sahibi [azad edən şəxs], azad etdiyi kölədən irs aparma huququna malik olur. Şiə alimləri arasında bu barədə heç bir ixtilaf nəzərə çarpmır və əhli sünnə alimlərinin bir qismi varisliyə səbəb olacaq belə bir əhd-peymanı etibarlı hesab edirlər.
4. Zəmanət əhd-peymanı. Belə bir əhd-peymana əsasən hər hansı bir [iqtisadi] məsələdə bir-birləri ilə şərik olan şəxslər ziyana uğradıqları zaman bir-birlərinin xəsarətini ödəyəcəklərinə, iqtisadi böhrandan çıxaracaqlarına əhd-peyman bağlayırlar. Bir sözlə onlar xəsarətə uğradıqda bir-birləri ilə zamin olacaqları barədə əhd-peyman bağlayırlar. Əbu Hənifə və onun davamçıları bu məsələyə dair müsbət fikirdə olmuşlar. Bir sözlə haqqında söhbət açdığımız ayənin nəxs olunması iki mühüm mətləbdən asılıdır.
a) Ayənin son hissəsi məna baxımından ayrı və müstəqildir. Çünki belə olduqda «nəsib» ayədə yardım, xeyirxahlıq mənasını daşıyacaqdır və belə bir məna bir qədər əvvəl qeyd etdiyimiz kimi nəsx olunası deyildir.
b) «Əqd yəmin» deyildikdə, yalnız «zimani cərirə», yəni xəsarətdəki əhd-peyman nəzərdə tutulur. Bu şərtlə ki, belə bir əhd-peymanı hələlik irs üçün səbəb hesab etməyək və ya burada qardaşlıq və digər əhd-peymanları nəzərdə tutaq. Belə ki, bütün müsəlman alimlərinin fikrincə, irs belə bir əhd-peymanla sabit olunmur. Bütün bu hallarda biz irs ayəsini bu ayənin nəsx etməsini hesab edə bilmərik. Çünki haqqında söhbət açdığımız ayə bu kimi əhd-peymanlar üçün irs qanunu sübuta yetirir. Bir halda ki, onlardan heç biri irs ayəsinə əsasən, irsə səbəb olmayır. Bu səbəbdən də deməliyik ki, ayənin hökmü, irs ayəsi ilə nəsx olmamışdır.
Demək ayənin nəsx olunması üçün bir neçə əsas şərt lazımdır. Bir halda ki, onların hər biri tamamilə batil və əsassızdır.
Birinci şərt:
Ayənin sonu müstəqil məna daşısın. Bu isə heç də düzgün deyildir. Çünki, bir qədər əvvəl işarə etdiyimiz kimi ayənin sonu, əvvəli ilə tam əlaqəlidir.
İkinci şərt:
«Əqd yəmin – əhd-peyman» deyildikdə yalnız «ziman ğərirə» – [xəsarətlə qaşılaşdıqda hər iki tərəf ziyanın aradan qaldırılmasında zamin şərik olmuş olsun]. Bunun da təsəvvür olunması qeyri-mümkündür.
Əvvəla ona görə ki, əhd-peyman deyildikdə yalnız «ziman ğərirə» deyil, bir qədər əvvəl işarə etdiyimiz digər əhd-peyman növləri də nəzərdə tutulur. Digər tərəfdən əhd-peyman deyildikdə, yalnız «ziman ğərirə» nəzərdə tutulduğunu fərz etsək də belə, əhd-peymanın bu növü nəsx olmamış və hal hazırda öz qüvvəsində qalmaqdadır. Bizim fikrimizcə bu, irsin əsas amil və səbəblərindən birini təşkil edir.
Kitabın adı: Əl-bəyan 2-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi