Halal qadınlar haqda nazil olmuş ayənin nəsxi
«Bunlardan başqaları isə namusla [iffətlə] zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi.» (Nisa-24).
Diqət yetirmək lazımdır ki, bu iddianın sübutu və qeyd olunan ayənin nəsx edilməsi üçün məhdud mənalı sonrakı ayəni ümumi məna daşıyan əvvəlki ayə üçün «məhdudlaşdırıcı» deyil, nəsxedici hesab etməyimizdən asılıdır. Çünki belə olmadıqda bu ayə nəsx edilmiş deyil, müəyyən qeydlərlə məhdudlaşdırılmış hesab ediləcəkdir.
Lakin bizim fikrimizcə məhdud mənalı ayələr ümumiyyət xarakteri daşıyan ayələr və ümumi qanunlar nəsxə deyil, müəyyən istisnalara səbəb ola bilər. Və bu da qüvvəyə mindiyi andan əvvəl və ya sonra gəlməsindən asılı deyildir.
Başqa sözlə desək, məhdud mənalı ayələr ümumi məna daşıyan ayələri nəsx deyil, məhdudlaşdıra bilər. Bu səbəbdən də alimlər ümumi məna daşıyan ayələrin məhdudlaşdırılmasında vahid xəbər halında nəql olunmuş hədis və rəvayətlərlə kifayətlənir və onlara istinad edirlər. Bir halda ki, məhdud məna daşıyan ayələr nəsxedici xüsusiyyətə malik olsaydı, vahid xəbərlə kifayətlənmək olmazdı. Çünki, Quranın nəsx olunmasının vahid xəbərlə sübuta yetirlmədiyini dəfələrlə qeyd etmişik.
Bunlarla yanaşı qeyd etmək lazımdır ki, ayədə ümumi məna daşıdığın sübuta yetirəcək heç bir ifadədən istifadə olunmamışdır. Belə bir qənatə də yalnız xarici amillərlə gəlmək olar. Və belə olduqda əgər ayəni məhdudlaşdıra biləcək başqa bir dəlil olsaydı, belə bir qənaətə gəlməli olacağıq ki, ayə ümumiyyət xarakteri deyil, məhdud məna daşımaqla müəyyən zaman və məkana dəlalət edir.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi