Qulun intiqamının alınması üçün azad bir şəxsin öldürülməsi
Haqqında söhbət açdığımız ayə azad bir şəxsin qulun intiqamı müqabilində öldürülməsini qeyri-qanuni bildirir. Belə ki, azad insan başqa bir azad şəxsin, kölə isə qulun müqabilində qisas olunmalıdır. Bir qədər ayənin digər ayələr, nəql olunmuş rəvayətlərlə nəsx olunmadığı haqda ətraflı söhbət açdıq.
Bütün bunlarla yanaşı biz Əli (ə), Peyğəmbərdən (s) nəql etdiyi rəvayəti də ayəni nəsx edəsi hökm kimi qəbul edə bilmərik. Rəvayətdə deyilir: «Müsəlmanların qanı (qisası) bir-birləri ilə bərabərdir.» Bu rəvayəti mötəbər qəbul etsək də belə, yenə də bizə ayənin nəsx olunduğunu istinad etmək imkanı vermir. Çünki, rəvayətin məzmunu ümumi xarakter daşıyır və biz buradan heç bir nəticə əldə edə bilmirik. Ayədə isə intiqam olunması şəxslərin xüsusiyyəti (azad və ya qul olması) cinsi və s. açıq-aşkar göstərilir və şübhə doğurası heç bir sual qoymur.
Səmrənin Peyğəmbərdən (s) nəql etdiyi «qulunu qətlə yetirən hər bir şəxsi [intiqam olaraq] öldürürük» rəvayətə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu zəif və istinad olunmayan rəvayətlər silsiləsinə daxildir. Əbu Bəkr ibni Ərəbidən həmin rəvayət haqda bu sözləri deyir: «Bəziləri araşdırma aparmadan Səmrənin Peyğəmbərdən (s) nəql etdiyi hədisə istinad edərək azad bir şəxsi öz qulunun qisası olaraq öldürülməsini qanuni hesab edir. Bir halda ki, bu hədis zəifdir və heç bir etibarı yoxdur.
Müəllif: Səmrədən nəql olunmuş hədis mötəbər olmamaqla yanaşı, məzmunu digər rəvayətlərlə ziddiyyət təşkil edir. Belə ki, Əmr ibni Şueyb atasından və o da öz atasından nəql etdiyi hədisdə deyir: «Bir şəxs bilərəkdən öz qulunu qətlə yetirir. Peyğəmbər (s) ondan qisas almayıb cəza məqsədi ilə bir neçə şallaq zərbəsi, bir illik sürgün və beytul-maldan payına düşən şeylərdən məhrum olunmasını əmr edir.» Başqa bir yerdə İbni Abbas Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: «Azad bir şəxs köləlikdə olan qulun qisası olaraq öldürülməlidir.»
Bu rəvayəti Cabir, Əmrdən və o da Əli (ə)-dan nəql edir: Yenə də Əmr ibni Şueyb atasından və o da öz atasından nəql edir ki, «Əbu Bəkr və Ömər köləlikdə olan qulun qisası olaraq azad bir şəxsi öldürməzlər».
Bir qədər əvvəl qeyd etdik ki, Əhli-beyt tərəfindən bu məzmunda onlarla hədis və rəvayət nəql olunmuşdur. Və onların Peyğəmbərdən (s) sonra ən mötəbər mənbə olduqlarını nəzərə alaraq deyə bilərik ki, azad bir şəxs köləlikdə olan qulun qisası olaraq öldürülə bilməz. Beləliklə ayənin nəsx olunduğu və azad bir şəxsin, qulun qisası olaraq öldürülməsinə dair mövcud olan əsassız fərziyyələrə son qoymuş oluruq.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi