Kişinin qadının qisası olaraq öldürülməsi (Qadın öldürmüş kişinin qisası)
Ayədə qətlə yetirilmiş qadının qisası olaraq kişinin öldürülməsinin qadağan olunduğunu heç də nəsx kimi qəbul etmək olmaz. Hökm qüvvədə qalır və öz əhəmiyyətini itirmir. İstər sünni, istərsə də şiə alimləri belə bir əqidəyə əsaslanırlar. Hətta Həsən Bəsri və Əta bu əqidə ilə müvafiq olduqlarını bildirmişlər. Lakin əhli sünnə alimlərinin böyük bir hissəsi bu ayənin nəsx olunduğuna istinad edirlər.
İzah: Qisas ayəsinin «[Qəsdən] öldürülən şəxsdən ötrü sizin qisas almaq hökmü qərara alındı [vacib oldu]. Bəqərə-178). Zahiri mənasından hökmün icrasının vacib olduğu bəlli olur. Eyni zamanda «əfv» ayəsində «qətlə yetirilmiş şəxsə yaxın olanlar» (ata-ana, bacı-qardaş və digər qohumlar) qatili əfv etməyə sövq olunurlar. Demək, qisas hökmünün icrası yalnız o zaman vacib ola bilər ki, qətlə yetirilmiş şəxsin yaxın adamları bunu tələb etmiş olsunlar. Buradan belə bir nəticəyə gəlirik ki, əgər qətlə yetirilmiş şəxsin yaxın adamları qatilin qisas olunmasını tələb edərlərsə, qatil hökmə tabe olaraq özünü qanun qarşısında təslim etməlidir. Lakin qatilin təslim olmağı yalnız o zaman vacib ola bilər ki, kişi kişini, ya qadın kişini və ya qadını qətlə yetirmiş olsun. Amma əgər kişi qadını qətlə yetirərsə, ona qisas tələb edən şəxslərə dərhal təslim olmağı heç də vacib deyildir. O gördüyü işdən boyun qaçıraraq diyəsinin yarısını ala bilər. (Yəni əgər qətlə yetirilmiş qadının yaxınları qatilin qisas olunmasını [öldürülməsini] istərlərsə, diyəsinin yarısını ödəməlidirlər.) Yalnız belə bir halda qazi qisas hökmünü verə bilər. Bu hökmün nəsx olması üçün heç də ayənin məzmunu ilə ziddiyyət təşkil etmir. Çünki, ayədə qadın müqabilində kişi deyil, məhz qadının qisas olunduğu göstərilir və bir qədər əvvəl qeyd etdik ki, əgər kişi qətlə yetirdiyi qadının müqabilində qisas olunarsa hökm icra olunmazdan əvvəl diyəsinin yarısını qadının yaxın adamlarından almalıdır. Və belə olan bir halda kişi tək qadının qətlinin müqabilində deyil, onun qan bahasının və öz diyəsinin yarısının ödənilməsi ilə mühakimə olunur. Bunu isə ayənin məzmunu ilə ziddiyyət təşkil etdiyi üçün heç də nəsxə səbəb olduğunu hesab etmək olmaz.
Bəli, ayəni yalnız o zaman nəsx olunmuş hesab etmək olar ki, əhli sünnə alimlərinin nəzərlərinə əsasən, qadını qətlə yetirmiş kişini, diyəsinin yarısını ödəmədən qisas olunmuş olsun. Belə ki, bir hökm ayənin məzmunu ilə tamamilə ziddiyyət təşkil edir. Və belə bir nəzəriyyəyə əsaslanan hər bir şəxsin ayənin nəsx olunmasını qəbul etməsi də tam adi haldır.
Lakin bu nəzəriyyənin sübutu əsaslı dəlillərə istinad olunmadığı üçün olduqca çətindir. Çünki, nəzəriyyə tərəfdarları bəzən qisas hökmünə dəlalət edən, lakin kişi və qadın haqda heç bir söhbət açmayan ümumi xarakter daşıyan ikinci ayəyə və bəzən də Peyğəmbərdən (s) nəql olunmuş, «Müsəlmanların qanı (qisası) bir-birləri ilə bərabərdir» hədisinə istinad edirlər. Və bir qədər əvvəl qeyd etdik ki, bütün bunları ayənin nəsx olunduğuna dəlalət edəcək dəlil hesab edə bilmərik. Bəzən bu məzmunda nəql olunmuş digər rəvayətlərə də istinad olunur.
Qətadə, Səid ibni Musəyyibdən nəql etdiyi rəvayətdə deyir: «Səna əhalisindən bir neçə nəfər şəxs bir qadını qətlə yetirməkdə ittiham olunaraq xəlifə Ömərin verdiyi fərmana əsasən hamılıqla edam olunur.»
Ləys, Həkəmdən nəql edir ki, Əli və Abdulladan qisas barəsində soruşduqda deyərdilər: Bilərəkdən qadını qətlə yetirmiş şəxs (kişi) qisas olunmalıdır.
Zəhra, Əbu Bəkr ibni Məhəmməddən o da atası Əmr ibni Həzmdən nəql edərək deyir: Peyğəmbər (s), qətlə yetirilmiş qadının qisası olaraq qətlə yetirən şəxs edam olunmalıdır.
Lakin bütün bu rəvayətləri bir neçə səbəbə görə əsassız hesab etmək olar.
1) Quranla müxalif olan nəql olunmuş hər bir hədis və rəvayət mötəbər olsa belə, öz etibarını itirir.
2) Rəvayətlər vahid xəbər halında nəql olunmuşdur və məlum olduğu kimi Quran vahid xəbərlə sübuta yetirilmir.
3) Bu rəvayətlər Ətanın, Şəbənin və Həsən Bəsrinin Əli (ə)-dan nəql etdikləri, həmçinin məsum imamlardan bu məzmunda nəql olunmuş bir çox rəvayətlərlə ziddiyyət təşkil edir. Belə ki, nəql olunmuş rəvayətlərdən birində deyilir: Əli (ə), qadını qətlə yetirmiş şəxsi mühakimə edərkən buyurur: Qadının yaxın adamları əgər kişinin edam olunmasını istərlərsə diyəsinin yarısını ona verməlidirlər, yox əgər onu əfv etmək istərlərsə diyəsinin yarısını ondan almaqla kifayətlənməlidirlər.
4) Əvvəla birinci rəvayət mursəl olaraq və ravilərin kim olunduğu göstərilmədən nəql olunmuşdur. Çünki, İbni Museyb Ömərin xilafət dövründən iki yüz il sonra dünyaya gəlir. Və belə bir halda onu görmədən hədisi arada heç bir vasitə olmadan nəql edə bilməzdi.
Digər tərəfdən isə Ömərin verdiyi hökmü bəyan etməklə heç də dəlil hesab etmək olmaz. Nəql olunmuş ikinci rəvayət də mursəl olaraq bizlərə gəlib çatmışdır. Üçüncü rəvayət isə mötəbər hədislər sırasına daxildir.
Nəticə: «Ey iman gətirənlər! [Qəsdən] öldürülən şəxsdən ötrü sizin üçün qisas almaq hökmü qərara alındı [vacib olundu]...» ayəsinin nəsx olunmadığı artıq bizə sabit olundu. Ayənin nəsx olunduğuna dair irəli sürülən fərziyyələr yalnız bəzi fiqh alimlərinin yetkin nəticəyə gəlmədən verdikləri fitvalardan müşahidə etmək olar. Və onlarla kifayətlənərək ilahi qanunlara göz yummaq heç də məntiqi olmazdı. Təəccüb doğuran burasıdır ki, vahid xəbərlə nəsxin etibarsız olduğunu qəbul edən şəxslər bu kimi hallarda fitva verməkdən çəkinmirlər.
«Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi ədalət üzrə [malın üçdə birindən çox olmamaq şərtilə] vəsiyyət etməyiniz zəruridir. Bu, müttəqilərə vacibdir.» (Bəqərə-180).
Yuxarıda qeyd olunan ayənin nəsx olunmasına dair iki müxtəlif nəzəriyyə irəli sürülmüşdür:
1. İrs (vərəsəlik) ayəsi ilə nəsx olunması;
Bəzilərinin fikrincə Bəqərə surəsinin 180-cı ayəsi İrs ayəsi ilə nəsx olunmuşdur. Çünki, islamın zühur etdiyi ilk illərdə irs qanunları bir qədər fərqli xarakter daşıyırdı. Bu qanunlara əsasən valideynin bütün var-dövləti övlada çatmalı və valideyn bir başqasına nə isə vermək istədikdə bunu vəsiyyət edərək həyata keçirə bilərdi. Və bu ayə həmən vəsiyyət hökmünə aiddir. Lakin sonralar İrs ayələri nazil olmaqla vərəsəlik kimi istifadə olunan ilk vəsiyyət qanunları nəsx olundu.
Cavab: Bu nəzəriyyəni bir neçə səbəbdən əsassız hesab etmək olar.
a) Rəvayət Səhih Buxaridə nəql olunsa da vahid xəbər formasında nəql olunmuşdur. Vahid xəbərlə isə Quranın heç bir hökmü nəsx olunmayır.
b) (ərə)
Buradan belə məlum olur ki, irs ayəsi bu ayədən sonra nazil olmuşdur.
Lakin nəsx nəzəriyyəsinin tərəfdarları belə bir fərziyyəni sübuta yetirə bilmirlər. Lakin ilk növbədə bu məsələni qətiyyətlə iddia edən Hənəfi məzhəbinin davamçıları sübuta yetirməlidirlər.
v) Vəsiyyət ayəsindən belə bir nəticəyə gəlmək olur ki, hər bir şəxs vəfat etməzdən əvvəl öz qohum-əqrəbasına vəsiyyət edə bilər. Və qətiyyətlə demək olar ki, bu hökm əsla nəsx olunmamışdır. Çünki, mərhumun övladı olduğu təqdirdə, onlar (qohum-əqrəba) vərəsəlik hüququndan məhrum olurlar. Və əgər onlar barəsində də vəsiyyət olunarsa, vəsiyyətdə göstərilən miqdarı özlərinə götürməlidirlər. Demək, hökm nəsx olmayıb və yenə də qüvvədə qalır. Ata-anaya olunan vəsiyyətlərdə nəsx olunmadan bu hökmə əsasən tamamilə qanuni və əsaslıdır.
ğ) Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, vərəsələr paylarına düşən şeyləri yalnız vəsiyyət icra olunandan sonra əldə edə bilərlər. Yəni əgər mərhumun borcu olarsa, ilk növbədə onun borcları ödənilməli və yalnız bundan sonra yerdə qalan var-dövlət vərəsələr arasında bölünməlidir. Ayənin özündə bu haqda deyilir: «İrs, vəsiyyət icra olunduqdan sonra bölünür.» Belə bir nəticəyə gəlirik ki, irs ayəsi vəsiyyət hökmünü nəsx etmir, əksinə onun icrasını təkid və təsdiq edir.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi