» » “Nur” və “Büyut” (evlər) ayəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
“Nur” və “Büyut” (evlər) ayəsi
+10
Müəllif: Huseynci Medine | 3-03-2017, 13:00 | Baxılıb: 1 135

“Nur” və “Büyut” (evlər) ayəsi

“Nur” surəsinin 36-38-ci ayələrində buyurulur:

فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَن تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ لِيَجْزِيَهُمُ اللَّهُ أَحْسَنَ مَا عَمِلُوا وَيَزِيدَهُم مِّن فَضْلِهِ وَاللَّهُ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ

“(İlahi nur) Allahın (şeytanların əlindən uzaq olmaq üçün) ucaldılmasına və öz adının zikr edilməsinə izn verdiyi o evlərdir ki, orada səhər-axşam Onu təqdis edib şə’ninə tə’riflər deyərlər. O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allah zikrindən, namazdan və zəkatdan yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar ki, Allah onlara yerinə yetirdikləri əməllərin ən gözəl mükafatını versin, onlara olan lütf və mərhəmətini artırsın. Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verər!”

Allah-taala bu surənin 35-ci ayəsində ilahi nuru çox dəqiq, incə və gözəl ifadələrlə şərh etdikdən sonra növbəti ayələrdə onun yerini və sahiblərini bəyan edərək buyurur: Bu nur aşağıdakı xüsusiyyətlərə malik olan evlərdədir: bu evlər şeytanların əli çatmayan hündür divarlarla ucaldılmışdır; onu gecə-gündüz, sübh və axşam Allahı yad edən kəslər qoruyub-saxlayırlar; elə kəslər ki, dünyanın maddi ləzzətləri, qızıl-gümüşü onları Allah zikrindən, namazdan və zəkatdan ayırmır; onlar qiyamət, hesab-kitab günündən qorxurlar və bu qorxu ümidlə yanaşıdır; onlar haqq yolda daim çalışırlar və Allah-taala belə insanlara saysız-hesabsız savab verər.

Bu cümlələrə diqqət yetirdikdə, ilahi evlərin və onların mühafizlərinin necə də əzəmətlə vəsf edildiyinin şahidi oluruq. İndi isə bu ayə ilə əlaqədar nəql olunan rəvayətlərə diqqət yetirək:

Süyuti “Əd-durrul-mənsur” kitabında Peyğəmbərin (s) iki səhabəsindən – Ənəs ibn Malik və Büreydədən nəql edir ki, Peyğəmbər (s) bu ayəni tilavət edərkən, bir nəfər ayağa qalxıb soruşdu: “Ya Rəsuləllah! Bu ayədəki evlər kimlərindir? Peyğəmbər (s) buyurdu: “Peyğəmbərlərin evləridir.” əbu bəkr ayağa qalxıb dedi: Bu evlər mə’lum oldu. Bəs Əli və Fatimənin evi necə? Peyğəmbər (ə) buyurdu: “Bəli, bu o evlərin ən üstünüdür!”

Bu rəvayətin oxşarını Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Peyğəmbərin (s) başqa səhabəsi Əbu Bərzədən nəql etmişdir. O deyir: “Bir nəfər Peyğəmbərdən (s) soruşdu: Ya Rəsuləllah! Əli və Fatimənin də evi o evlərdən sayılırmı? Peyğəmbər (s) buyurdu: “O, evlərin ən fəzilətlisidir!”

Hakim Həskani bu rəvayətdən sonra ötən rəvayəti də iki sənədlə Ənəs ibn Malik və Büreydədən nəql etmişdir.

Diqqəti cəlb edən məsələ budur ki, Əhli-beytin (ə) bütün fəzilətlərinə müdaxilə ilə yanaşan “Ruhul-məani”nin müəllifi bura çatdıqda, birinci rəvayəti Ənəs ibn Malik və Büreydədən nəql edib yazır: “Əgər bu rəvayət səhih və doğru olsa, ayənin təfsirində onu nəzərə almamaq insafsızlıqdır!” (Başqa sözlə, ayənin ən gözəl təfsiri budur ki, vəsf olunan evlər peyğəmbərlərin evləridir və onların ən fəzilətlisi Əli və Fatimənin evidir!)

Əhli-sünnənin digər alimləri də bu rəvayəti nəql etmişlər. Şübhəsiz, bu rəvayətlər Əli (ə), Fatimə (ə.s) və onların övladları Həsən və Hüseynə (ə), eləcə də, imam Hüseynin (ə) nəslindən olan Fatimə (ə.s) övladlarına, yə’ni mə’sum imamlara da şamil olunur. Çünki bütün imamlar həmin sülaləyə mənsubdur və onların davamçıları sayılır. Bəli, onların evi peyğəmbərlərin evləri ilə bərabər, hətta daha fəzilətli olub, həmişə ilahi nurla işıqlanır və şeytanların əlindən uzaqdır. Şübhəsiz, bu evlərin sakinləri də insanların ən üstünü, ən fəzilətlisidir. Onlar fəzilətcə ilahi peyğəmbərlərə bərabərdirlər. Bütün bunlar qeyd etdiyimiz rəvayətlərdən aydın başa düşülürsə, başqalarını onlardan üstün bilmək zülm və cəfa deyilmi?!

 

Kitabın adı: İmamət haqqın dili ilə

Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.