» » O (s.ə) mənim ikinci İsamdır, O (s.ə) mənim “məsihim”dir.


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6736

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6720

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2025    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    O (s.ə) mənim ikinci İsamdır, O (s.ə) mənim “məsihim”dir.
    0
    Müəllif: Admin | 11-02-2017, 17:51 | Baxılıb: 2 395

    O (s.ə) mənim ikinci İsamdır, O (s.ə) mənim “məsihim”dir.

     

    QEYD: Bu məqalə Quran, təfsir, hədis, hədisi-qudsi və tarixi mənbələrə istinad edilərək qələmə alınmışdır. Məqalə iki mənəvi dəyərin üzbə-üz qoyulması kimi anlaşılmasın. Bu məqalə sadəcə bəzi həqiqətlərin dolayı yollarla ifadəsidir. Səhv və naqislik varsa bu bizdəndir. Müvəffəqiyyət varsa şübhəsiz ki, bu Allahdandır.

     

    “Hz İsanın qəbri hardadır?” deyə soruşsam deyəcəksiniz ki, məgər Hz İsa (ə) ölüb ki, qəbri də ola?

    İsa (ə) həqiqətin yer üzərindəki, təcəssümü idi. Mən İsa (ə)-ın qəbrini yox, onun kimi ölmüş qəlbləri dirildənin qəbrinin axtarışındayam... Hidayətimə vəsilə olan məzarın axtarışındayam...

    İsa (ə) dünyaya möcüzə ilə gəldi dedilər, məgər O (s.ə) ilahi möcüzə ilə dünyaya gəlmədimi? Hz Xədicənin o mübarək xanıma necə hamilə qalması heçmi rastınıza çıxmadı?

    İsa (ə) bir üfürülmə (və ya “ol” kəliməsi ilə) vücuda gəldisə, Onun (s.ə) vücuda gəlməsi Cənnət azuqəsinin nəticəsi olmadımı?

    İsa (ə) –ın dünyaya gəlməsi - أَمْرًا مَقْضِيًّا – (təqdir olunmuş hökm) idi dedi Hz Məryəmə Cəbrayıl (ə). O, sözü Cəbrail (ə) Allah Rəsuluna söyləmədimi Onun (s.ə) barəsində? Allah Rəsulu (s) Cənnət nemətlərini yedikdən sonra Hz Xədicənin görüşünə - dünyaya gələcək növbəti İsanı (s.ə) – gətirmək üçün getmədimi?

    Hz Məryəm İsa (ə) onun bətnində vücuda gəlməsini o an hiss etdi deyirlər, məgər Hz Xədicədə bu hal baş vermədimi? Hz Xədicə buyurmadımı ki; “And olsun Allaha, Allah Rəsulu (s) o gecə məni tənha qoymadı, çünki, gələcək körpənin artıq ağırlığını vücudumda hiss edirdim...”

    İsanın anası ona hamilə olduqda camaat Hz Məyrəmə olmazın sözlər deyib ittiham etdilər. Onun (s.ə) da anası Allah Rəsulu (s) ilə evləndi deyə Qureyş onunla əlaqəsini kəsmədimi?

    İsa (ə) anası məbədə, Onun (s.ə) da anası, beləliklə evə məhkum olub öz qədərlərinə boyun əymədilərmi?

    İsanı (ə) anasına Cəbrail (ə) müjdə verdisə, Onun (s.ə) gəlişini Allah Özü peyğəmbərə (s) meracda müjdə vermədimi?

    İsanın adını Allah qoydu deyirlər, məgər Onun (s.ə) adını Allahdan qeyrisimi qoydu?

    İsa (ə) beşikdə danışaraq anasının haqlılığını isbat etdi. Lakin, O (s.ə) hər nə dəlil gətirdisə zalım qövm rədd etmədimi?

    İsa (ə) beşikdə anasını müdafiə etmək üçün danışdısa, O (s.ə) hələ ana bətnində ikən anasının qəm yükünü azaltmaq və ona aramlıq vermək üçün onunla həmsöhbət olmadımı?

    Cəbrail (ə) buyurdu: “Ey Məryəm! İsa (ə) sənə və möminlər üçün bir rəhmət olacaq.”

    Cəbrail (ə) buyurdu: “Ey Muhəmməd (s)! O, (s.ə) sənə və möminlərə bir rəhmət, dini öndərlərinin anasıdır.”

    İsa (ə) –mı beşikdə danışdıran Allah, Onu (s.ə) ana bətnində danışdırmadımı? Allahı, orada, təsbeh və təqdis etmədimi?

    İsa (ə), dünyaya gəldikdən sonra, qövmünün müşküllərini aradan aparan bir nəbi oldu. Amma, O (s.ə) dünyaya gəlməmiş belə bütün bəşərin təvəssül qaynağı deyildimi?

    İsa (ə) anası Cənnət meyvələri yeyirdi deyirlər, məgər Cənnətin “Tuba” ağacı və azuqələri Onun ixtiyarında deyildimi?

    İsa (ə) göylərdən gələn bir nurdur deyirlər, məgər O, Cənnətdən yer üzünə enən bir huri deyildimi? Məgər O, Cənnətin Özü deyildimi? Məgər Allah Rəsulu (s) buyurmadımı “Onu (s.ə) qoxlayanda sanki Tuba ağacın qoxusun alıram. Hər vaxt Cənnətə müştaq oluramsa, Onu (s.ə) qoxlayıram. O (s.ə) Cənnət hurisidir ki, dünyada insan kimi zühur etmişdir.”

    İsa (ə) Hz Məryəmin aramlıq səbəbi və ürəyinin bir parçası idi deyirlər, məgər O, xütbəsində buyurmadımı ki, Mən Allah Rəsulunun (s) qəlbinin aramlıq səbəbi və onun bir parçasıyam?

    İsa (ə) buyurdu: - وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا

    Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən mərum etməyib. (Məryəm 32)

    Məgər O, özünün ədəb və kamalı ilə Allah Rəsulunun (s) “atasının anası” sözünün muxatəbi olmadımı?

    İsa (ə) dünyaya gələrkən Hz Məryəm tənha idi. Məgər O dünyaya gələrkən Cənnət xanımları hətta Məryəmin özü də ona xidmət etmək üçün ilahi göstərişlə Cənnətdən gəlmədilərmi?

    İsa (ə) dünyaya gəldi deyə anası (ona olacaq ittihamlardan qorxaraq) qəmlənərkən, O dünyaya gələrkən, anası bütün dərd və qəmi unutmadımı?

    İsa (ə) dünyaya gəlişindən sonra “Allahın bəndəsi olduğunu iqrar etdi,” deyirlər, məgər O(s.ə) da kəliməyi tövhid və şəhadətin körpə ikən dilinə gətirmədimi?

    İsa (ə) sürətlə böyüdü deyirlər məgər Onun (s.ə) da böyüyüb boya başa çatması belə deyildimi?

    İsa (ə) ın evlənməməsi ilahi məsləhət üzündən idi. Onun (s.ə) da, özünə layiq bir Nurla (ə) evlənməsi və dünyanı hidayət edən ulduzlarla bəzəməsi bir ilahi təqdir deyildimi?

    İsa (ə) evlənmədi deyə nadanlar onda qüsur axatarmağa başladılar, lakin O (s.ə) evləndi deyə, yenə nadanlar peyğəmbərə (s) dedilər: “Niyə sən onu əlində bir şey olmayan kasıb birinə verdin?” Peyğəmbər (s) buyurdu: “Allaha and olsun ki, bu izdivac Allah tərəfindəndir.”

    İsa (ə) –a dedilər: Nə üçün evlənmirsən?

    Dedi: Evlənməyin nəticəsi nədir?

    Dedilər: Övlad sahibi olmaq.

    Dedi: Əgər sağ qalsa insanın imtahan, yox ölsə qəm-qüssə səbəbidir.

    O (s.ə) evləndi. Gözəl reyhanlar bəxş etdi həyata. Amma...

    Amma son reyhanını bətnində dəfn etmədimi?

    İsa (ə) atasız idi deyirlər. Ona da elə acılar yaşatdılar ki, atasızlığını yetim uşaqdan daha çox hiss etdi. Onun “Atacan” fəryadı bütün aləmi çalxalamadımı?

    İsa “xilaskar”, “nicat verən” deməkdir. Məgər onun mübarək adı da məhz bu xüsusiyyətinə görə o cür adlandırılmadımı? İsa (ə) yalnız bir müddət bu “xilaskarlıq” vəzifəsinə əməl edə bildi. Amma o, Qiyamətdə belə, ona məhəbbəti olanları o atəşdən xilas edəcək... Mən atəşmi dedim... Niyə atəşin adı gələndə qəlbim hey sızlayır? Niyə hər yanan atəş səni xatırladır? Niyə yanan ev və binalar bizə “yanan vəhy evini” xatırladır?

    İsa (ə) su üzərində gəzir dedi peyğəmbər (s) səhabələri və təəccüb etdilər lakin, atəşlər içərisində Onu (s.ə) tənha buraxmadılarmı?

    İsa (ə) İncili var idi dedilər, Onun mushəfi yox idimi?

    İsaya “Ruhullah” dedilər. Amma unutdular ki, o müqəddəs ruh Onun (s.ə) münisi idi.

    İsaya mehribanlıq səbəbindən “saleh və mehriban peyğəmbər” dedilər. Məgər O (s.ə) belə deyildimi?

    İsa (ə) ölüləri dirildir dedilər, məgər O (s.ə) ölmüş qəlblərin İsası deyildimi?

    İsaya məsih dedilər müxtəlif səbəblərdən. Onun (s.ə) da qəbri “məsih” torpaqla eyni səviyyədə, saf olmadımı?

    İsa (ə) “Mən mübarəkəm” dedi. Məgər O, “Mübarəkə” deyildimi.

    İsa (ə) pakdır, təmizdir dedilər, Məgər O, “Tahirə” (pak, təmiz) deyildimi? Məgər O da, isa (ə) kimi “Zəkiyyə” deyildimi?

    İsa (ə) barədə söz çoxdur bitməz dedilər. Məgər O (s.ə) özü də tükənməz bir xəzinə deyilmi?

    İsa (ə) həqiqəti söylədi deyə edamına fərman verdilər. Məgər haqqı dediyi üçün O da evində ən ağır bəla yandırılmaqla üzbə-üz olmadımı?

    İsa (ə) –mı edam etmək istəyənlərin niyyətləri hasil olmadı. Amma O (s.ə) ...

    Amma O (s.ə) az müddət kəsiyində zalımların mənfur, nifrət dolu planlarının qurbanı olmadımı?

    İsa (ə) həm ruh və həm cismi ilə Rəbbinə (təvəffi) vəfa etdi, qovuşdu. Lakin O (s.ə) cismini (qəbrini) bir hidayət mənbəyi olsun deyə bizim üçün irs qoyub göylərə ucalmadımı?

    İsa (ə) ölməyib diridir dedilər. Niyə unutdular ki, O (s.ə) da şəhiddir və diridir.

    İsa (ə) dan sonra bəziləri onun axtarışına çıxdı. Məgər biz əsrlərdir Onun (s.ə) axtarışında deyilikmi?

    İsa (s.ə) qəbri yoxdur bildik, bəs Onun (s.ə) qəbri?

    İsa (ə) gözlərdən qeybə çəkildiyi kimi o mübarək qəbir də qeybəmi çəkildi? Kim bilir bəlkə bu ikisi arasında belə, gizli bir bağ vardır...

    İsa (ə) zühur edər dedilər, Məgər məlum olan gündə o mübarək qəbir aşikar olmayacaqmı?

    İsa (ə) gəlişi ilə bir sıra ixtilaflara son qoyular dedilər, Onun (s.ə) məzarı da eyni missiyanı həyata keçirtməyəcəkmi?

    İsa (ə) – mı sevənlər onun yoxluğuna “Əhməd” adlı xilaskarın vasitəsi ilə təsəlli tapdılar. Amma bizi sevindirəcək, təsəlli verəcək “Xilaskar”ımız da hələ İsa (ə) kimi Rəbbinin “zuhur” əmrinin intizarındadır.

    İsa (ə), Xilaskar (ə.f) və O (s.ə)... Yer üzündə ən gözəl üçlük bu olsa gərək.

    Üçü də xilaskar, ədalət carçısı və zühur intizarın çəkən deyilmi? Məgər hər üçü seçilmiş, pak, haqqın və ədalətin carçıları deyillərmi? Məgər hər üçü məzlum deyilmi?

    İlahi! Məni o mübərək qəbrin axtarışı ilə hidayət etdiyin kimi, sonacan o hidayət anasından ayrı salma. Mənə ölüləri dirildən İsanı (ə) yox, ölmüş qəlbləri dirildən İsanı (s.ə) bəxş et. O (s.ə) mənim ikinci İsamdır. Onun mübarək məzarın görməklə qoy gözlərim şəfa tapsın. Ona ağlayan gözlərim həqiqət üçün coşub-çağlasın. Ora yürüyən ayaqlarım, haqq üçün yürüsün. O məzar mənim “məsihim”dir. İsa (ə) xəstələrə əl çəkib cisimlərini sağaldırdı. Sən ruhuma əl çək... Ruhuma əl çək ki, qoy ruhum təzələnsin. Qoy ölmüş ruhum dirilsin ey mənim məsihim (s.ə). O məzar mənim “məsihim”dir. Ona sürülən əl, qoy həqiqət üçün çalışsın. O məzara qoyulan üz, qoy daim ağ olsun. O məzarın üzərinə qoyulan baş, mənfi düşüncələrin əsiri olmasın. Doymuram onu vəsf etməkdən. Amma bitməlidir bu məqaləm. Elə hey bu sözü təkrarlamaq istəyirəm: “O məzar mənim “məsihim”dir. Mənim məsihim (s.ə) hardadır? Mənim İsam (s.ə) hardadır? Mənə İsamı (s.ə) göstərin. O (s.ə) mənim ikinci İsamdır. O (s.ə) mənim “məsihim”dir.

     

    İlahiyyatçı, yazar – Mahir Şəkərov.

     
     
    Bölmə: Mahir Şəkərov
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.