![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Hz Nuh (ə) məsumdur - Yeni araşdırma.
İnsanlığın ikinci atası olaraq tanınan Hz Nuh (ə) ın adı Quranda 43 dəfə keçməkdədir. Uzunömürlülyünə görə Hz Nuha (ə) Ənbiyaların şeyxi – qocası – da deyirlər. Tarixi mənbələrdə əsl adının Əbdul-Ğəffar, Əbdul-Əli, Əbdul-Məlik olmasına rast gəlinir. Onun qövmü ilə olan dastanı bir neçə sürədə (Araf, Muminun, Nuh, Hud, Şuəra, Qəmər) təfsilatı ilə gəlmişdir. Hz Nuhun qəbri Nəcəfdə (İraqda) Hz Əlinin (ə) zərihinin daxilindədir. Paltarı yundan, yeməyi isə göy-göyərtidən olan bu peyğəmbərin (ə) 460 yaşına qədər övladı olmadığı da tarixi mənbələrdə əksini tapıb. Hz Nuh (ə) ilk peyğəmbərdir ki insanlara buyurdu: “Ən mühum işlərinizi “Bismillah” ilə başlayın.”
Hz Nuh (ə) –ın yaşı da mənbələrə görə 1000, 1450, 1470, 2300, 2500, 2800 olaraq dəyişir və hətta bu ixtilaflara səbəb olub. Belə ki, Hz Nuh (ə) 950 il ya 950 ay yaşaması da sözügedən ixtilafın bir parçasıdır.
Hz Nuh (ə) ma tutulan iradların cavablarına keçməmişdən öncə, bunu deməliyik ki, bütün peyğəmbərlər kimi Hz Nuh (ə) da günah və xətalardan pak və uzaqdır.
Bildiyiniz kimi Hz Nuh (ə) da Allah tərəfindən insanlara göndərilmiş ilahi peyğəmbərlərdən biridir. Hz Nuh (ə) öz zamanında insanları illərlə dinə dəvət etsə də çox az sayda insan bu dəvəti qəbul edir. Hətta öz ailəsindən olan oğlu da, xanımı da ona iman gətirmir. Allah Hz Nuha vəhy edirək qövmünün halından onu xəbərdar edir: “Və Nuha vəhy olundu ki: “Sənin qövmündən (indiyədək) iman gətirənlərdən başqa daha heç vaxt bir kəs iman gətirməyəcəkdir. Buna görə onların etdiklərindən kədərlənmə.” (Hud 36) Və Allah buyurur ki bir gəmi hazırlasın. (Hud 37)
Hz Nuh (ə) ilahi göstərişlə gəmi hazırlayır. Ona iman gətirən hər kəs gəmiyə minir, və artıq Allahın vədə verdiyi zaman da yaxınlaşır. Hz Nuh (ə) oğlunun gəmiyə minmədiyini görüb narahat olur və deyir: Hud 45: “Nuh Rəbbinə səsləndi və dedi: Ey Rəbbim! Həqiqətən oğlum mənim ailəmdəndir. Şübhəsiz sənin vədin haqdır. Və sən hakimlərin hakimisən.”
Hud 46: “Allah buyurdu: Ey Nuh o sənin ailəndən deyildir. Çünki o (onun etdiyi) pis işdir. Buna görə də məndən bilmədiyin şeyi istəmə. mən sənə nadanlardan olmayasan deyə sənə öyüd verirəm.”
Hud 47: “(Nuh) dedi: Ey Rəbbim! Mən bilmədiyim bir şeyi səndən istəməkdən sənə sığınıram. Əgər məni bağışlamasan və mənə rəhm etməsən ziyana uğrayanlardan olaram.”
Bəzi zahirpərəstlər bu ayələrə əsasən qeyd edirlər ki, Hz Nuh (ə) səhvə və xətaya yol verib. Gəlin məsələni Quran, hədis və təfsir işığında aydınlaşdıraq.
Nuh (ə) illərlə insanları dinə dəvət etsə də onların hidayətə meyilli olmadığını görür. Odur ki dua edir. Quran belə buyurur: Nuh sürəsi 26: “Nuh dedi: Ey Rəbbim! Yer üzərində kafirlərdən bir nəfəri də buraxma.” Nuh 27: “Şübhəsiz sən onları buraxsan sənin qullarını azdıracaq, ancaq günahkar kafir (uşaqlar) törədəcəklər.”
Əhli sünnənin təfsir alimi Zəməxşəri bu ayə ilə bağlı buyurur: “Hz Nuh 950 il öz qövmünün arasında yaşadı. Onların əməl və davranışlarından onların küfrdən əl çəkməyəcəklərinə qəti şəkildə əmin oldu. İş o yerə çatdı ki, kafirlər öz uşaqlarının əllərində tutaraq Nuh (ə) yanına gətirib və deyirdilər ki, bu şəxsə iman gətiməyin. Allah da bu məqamda ona bildirir ki, ona iman gətirənlərdən savayı heç kim ona iman gətiməz.(Zəməxşəri – Əl-Kəşşaf təfsiri, Nuh 26-27 təfsirində)
Bu deyilən sözün isbatı həmçinin Hud 36-da ola bilər. “Sənin qövmündən (indiyədək) iman gətirənlərdən başqa daha heç vaxt bir kəs iman gətirməyəcəkdir. Buna görə onların etdiklərindən kədərlənmə.” (Hud 36)
Bu məsələni yaxşı anlamaq üçün 6 əsas nöqtəyə diqqət etməliyik;
1.Niyə məsələyə ancaq belə yanaşırıq ki, Hz Nuh (ə) öz oğlu üçün nicat istədi? Nəticədə o bir insan idi ya yox? Peyğəmbərlərin (ə) vəzifəsi insanlığa nicat verməkdir.
إِنِّي أَعِظُكَ أَنْ تَكُونَ مِنَ الْجَاهِلِين. 2
“...Mən sənə cahillərdən olmayasan deyə sənə öyüd verirəm.” (Hud 46)
Bu ayə Hz Nuha buyrulmuş nəsihət xarakterli bir ayədir. Nəsihət xarakterli bir əmrin də tərki Qurana əsasən günah və xəta sayılmır.
İlahiyyatçı Mahir Şəkərov
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |