Elşad Miri videolarının birində qeyd edir ki, “Qurani – Kərimdə peyğəmbərlərin (ə) məsumluğu ilə bağlı bircə dənə də olsun ayə yoxdur.” Əlbəttə bu onun öz şəxsi fikri olmaqla yanaşı, Qurana da zidd bir sözdür. Çünki, Quranda məsumluqla bağlı kifayət qədər ayələr mövcuddur. Nümunə üçün bəzilərini qeyd edirik ki, Elşad Miri də bu ayələrə yenidən bir nəzər salıb, həmin ayələrin təfsir və izahı ilə mütləq maraqlansın. Çünki zahiri tərcümə ilə yola çıxmağın özü də batil bir işdir. Sözü uzatmadan peyğəmbərlərin (ə) məsumluğuna dəlalət edən ayələrdən bir neçəsini sizlərə təqdim edək;
Nisa 65, Əhzab 21-33, Nəcm 3-4, Ənam 90, Zumər 37, Sad 45-46-47-82-83, Nisa 80, Ali-İmran 30-31 və s.
Bu hələ sözügedən ayələrin bir qismidir. Elşad Mirinin bu ayələr qarşısında deyəcək sözü varmı? Hələ də iddia edirmi ki, Quranda məsumluqla bağlı heç bir ayə yoxdur? Elşad bəy! Bu cür iddiaları lütfən öz şəxsi adınızla qeyd edin və deyin ki: “bu mənim öz şəxsi fikrimdir.” Yoxsa deməyin ki, “bunu Quran deyir.” Özünüz də şahid oldunuz ki, Quran etdiyiniz iddianı asanlıqla batil etdi. Odur ki, meydanda dəlillərə danışın ki, bu ən doğru yoldur.