» » “Uzunun-Vaiyə” (Eşidib yadda saxlayan qulaq) ayəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
“Uzunun-Vaiyə” (Eşidib yadda saxlayan qulaq) ayəsi
+5
Müəllif: Huseynci Medine | 10-02-2017, 13:00 | Baxılıb: 924

“Uzunun-Vaiyə” (Eşidib yadda saxlayan qulaq) ayəsi

“Haqqə” surəsinin 12-ci ayəsində buyurulur:

لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ

“Məqsəd bu idi ki, bunu (mö’minlərə Nuhun gəmisi ilə nicat verib, tufan vasitəsilə kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən qulaq bunu (və bu kimi hadisələri) eşidib yadda saxlayacaq (ki, başqaları da ibrət götürsünlər)!”

Süyuti “Əd-durrul-mənsur” kitabında altı sənədlə məşhur səhabə Büreydədən nəql edir ki, Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu:

اِنَّ اللهَ اَمَرَنِى اَنْ اُدْنِيَكَ وَلا اُقْصِيَكَ، وَاَنْ اُعَلِّمَكَ وَاَنْ تَعِىَ، وَحَقٌّ لَكَ اَنْ تَعِىَ، فَنَزَلَتْْ هذِهِ الآيَةُ وَتَعِيَها اُذُنٌ واعِيَةٌ:

“Allah-taala mənə əmr etdi ki, səni özümə yaxın bilim və özümdən uzaqlaşdırmayım, sənə tə’lim verim və səni saxlayım. Sən buna layiqsən!” Elə bu zaman bu ayə nazil oldu: “Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq!”

Yenə həmin kitabda (Əbu Nəim İsfahaninin “Hilyətül-övliya” kitabından) imam Əlidən (ə) bunu nəql edir və Peyğəmbəri-əkrəmin (s) yuxarıda qeyd etdiyimiz sözlərdən (Büreydənin nəql etdiyi hədisdən) sonra belə buyurduğunu yazır: “Ya Əli! Sən mənim elmimi qoruyub-saxlayacaqsan!”

Yenə həmin kitabda beş sənədlə Peyğəmbərin (s) Məkhul adlı xidmətçisindən belə nəql edir: “Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq” ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) buyurdu: “Rəbbimdən istəyirəm ki, eşidib yadda saxlayan qulaq Əlinin olsun!” Əli (ə) deyir: “Bundan sonra Allahın Peyğəmbərindən (s) elə bir söz eşitmədim ki, onu yaddan çıxarım!”

Eləcə də, Zəməxşəri “Kəşşaf” kitabında qeyd etdiyimiz sonuncu hədisi iradsız nəql etmişdir.

Digər təfsir alimləri də, o cümlədən, Fəxri-Razi “Kəbir”, Alusi “Ruhul-məani”, Borsui “Ruhul-bəyan” və Qurtubi “Təfsiri-came”də həmin ayənin təfsirində bu hədisi nəql etmişlər. Təbəri də “Təfsir” kitabında bu haqda bir sıra hədislər nəql etmişdir.

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında bu ayənin təfsirində müxtəlif ravilərdən sonu Peyğəmbəri-əkrəmə (s) çatan on üç hədis nəql etmişdir. Bu hədislərdən bə’zisini Peyğəmbəri-əkrəmin (s) xidmətçisi Məkhuldan, bə’zisini Büreydədən, bə’zisini imam Əli ibn Əbi Talibdən (ə), bə’zisini Cabir ibn Abdullah Ənsaridən nəql etmişdir. Onların bir qismini nəzərdən keçirək:

Əbud-Dünyanın imam Əlidən (ə) nəql etdiyi bir hədisdə belə deyilir: ”Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq” ayəsi nazil olduqdan sonra Peyğəmbəri-əkrəm (s) mənə buyurdu: “Ya Əli! Mən Allahdan istəmişəm ki, o qulaq sənin qulağın olsun.” (Eşitdiklərini yadda saxlayıb, başqalarına çatdırasan.)

Məkhuldan nəql olunan başqa bir hədisdə belə buyurulur: “Peyğəmbəri-əkrəm (s) “və təiyəha uzunun-vaiyəh” (Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq) ayəsini tilavət etdikdən sonra üzünü Əliyə (ə) tutub buyurdu: “Allahdan istəmişəm ki, eşidib yadda saxlayan qulaqlar sənin qulaqların olsun!” Əli (ə) deyir: “Ondan sonra Peyğəmbərdən (s) hər nə eşidirdimsə, yadımdan çıxmırdı!”

Həmin kitabda Büreydə Əsləminin hədisi olduğu kimi nəql edilir. Nəhayət, Cabir ibn Abdullah Ənsarinin belə dediyi yazılır: “Bu ayə nazil olduqdan sonra Peyğəmbəri-əkrəm (s) Allahdan istədi ki, bu fəzilət Əliyə (ə) nəsib olsun və Peyğəmbərin (s) də bu istəyi qəbul oldu.”

“Fəzailul-xəmsə”nin müəllifi bu hədisi qeyd edilən kitablardan əlavə, “Kənzül-ümmal”, “Nurul-əbsar”, “Məcməüz-zəvaid” (Heysəmi) və “Əsbabun-nüzul” (Vahidi) kitablarından da nəql etmişdir.

Nəticə: İmamət, vilayət və Peyğəmbərin (s) canişinliyinin şərtlərinə, ilahi rəhbərlərin elm və bilikdən kifayət qədər bəhrələnməsinə, eləcə də, bəhs etdiyimiz ayənin təfsirində nəql olunan rəvayətlərə əsasən, imam Əli (ə) imamət və vilayət məqamına daha çox layiqdir!

 

Kitabın adı: İmamət haqqın dili ilə

Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.