![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
“Sabiqun” (Öndə olanlar) ayəsi (4)
İmam Əlinin (ə) ilk müsəlman olaraq iman gətirməsi o qədər aydın bir məsələdir ki, məşhur şairlər də şe’rlərində bunu həzrətin iftixar və fəziləti kimi qeyd etmişlər. Şairlərdən biri demişdir:
“Ələysə əvvələ mən səlla li-qiblətikum,
Vəə’ləmənnasə bil-Qur’ani vəs-sunəni?”
“Məgər o, sizin qiblənizə tərəf namaz qılan, Qur’anı və sünnəni hamıdan yaxşı bilən birinci şəxs deyilmi?!”
Başqa bir şair isə belə demişdir:
“Fə-haza və fil-İslami əvvəlu muslimin,
Və əvvəlu mən səlla və samə və həllən.”
“O, İslam aləmində ilk müsəlman, namaz qılan, oruc tutan və “La ilahə illəllah” deyən şəxsdir!”
Mərhum Əllamə Əmini “Əl-qədir” kimi dəyərli əsərində buna toxunan on nəfərdən çox şairin adını və şe’rlərini qeyd etmişdir. O, həmin kitabda Peyğəmbəri-əkrəm (s), Əmirəl-mö’minin Əli (ə), səhabə və tabeindən (tarix və hədis alimlərinin kitablarından) yüzdən artıq hədis nəql etmişdir. Onların hamısında imam Əlinin (ə) kişilər içərisində İslam peyğəmbərinə (s) iman gətirən ilk şəxs olduğu göstərilir.
Sual: Burada İslamın əvvəllərindən bə’zi bəhanə axtaranlar tərəfindən belə bir məşhur sual irəli sürülmüşdür: “Düzdür, Əli (ə) İslamı qəbul edən birinci şəxsdir, lakin yetkinlik həddinə çatmayan 10 yaşlı bir uşağın İslamı qəbul etməsi nə qədər mühüm ola bilər?! Halbuki onun yetkinlik dövrünü me’yar və əsas götürsək, başqaları ondan qabaq İslamı qəbul etmişlər.”
Cavab: Burada xəlifə Mə’munla onun müasiri İshaq adlı məşhur əhli-sünnə alimi arasında baş verən danışıqları qeyd etməyi münasib görürük (bu əhvalatı İbn Əbdu Rəbbih “İqdul-fərid” kitabında qeyd etmişdir):
“Mə’mun, İshaqa deyir: “İslam peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün ən fəzilətli əməl nə ola bilərdi?
İshaq: “Allahın yeganəliyinə və Peyğəmbərin (s) risalətinə səmimi qəlbdən şəhadət vermək.”
Mə’mun: “Əlidən öncə İslamı qəbul edən bir şəxsi tanıyırsanmı?”
İshaq: “Əli İslamı qəbul edəndə, yaşı çox az idi və ilahi hökmlər ona aid deyildi.”
Mə’mun: “Məgər Əlinin İslam dinini qəbul etməsi Peyğəmbəri-əkrəmin (s) də’vəti ilə olmayıbmı? Məgər Peyğəmbər (s) onun İslama gəlişini qəbul etmədimi? Belə isə, necə ola bilər ki, Peyğəmbər (s) bir kəsi İslama də’vət etsin, amma onun İslama gəlişi qəbul olunmasın?”
İshaq, Mə’munun bu sualına cavab verə bilməyib susdu.
Mərhum Əllamə Əmini bu əhvalatı “İqdül-fərid” kitabından nəql etdikdən sonra yazır: “Əbu Cə’fər İskafi Mö’təzili (vəfatı: 240-cı h.q ili) öz risaləsində yazmışdır ki, hamının bildiyi kimi, imam Əli (ə) çərşənbə axşamı Peyğəmbərə (s) iman gətirmiş və özü buyurmuşdur ki, mən başqalarından yeddi il qabaq namaz qılmağa başlamışam! O, həmişə deyərdi: “Mən İslamı qəbul edən ilk şəxsəm.” Bu isə hər məşhur məsələdən məşhurdur. Biz keçmişdəkilər arasında elə bir şəxs tapa bilmədik ki, Əlinin (ə) İslamı qəbul etməsini yüngül saysın, yaxud “İslamı uşaq ikən qəbul etdi” desin. Maraqlıdır ki, Abbas və Həmzə kimi şəxsiyyətlər İslamı qəbul etmək üçün Əbu Talibin rəftarını gözləyirdilər. Lakin Əbu Talibin oğlu heç vaxt atasını gözləməyərək, Peyğəmbərə (s) iman gətirdi.”
Bir sözlə, İslam peyğəmbəri (s) imam Əlinin (ə) imanını qəbul etdiyi halda, bunu mö’təbər saymayanlar həqiqətdə Peyğəmbəri-əkrəmə (s) irad tuturlar. Bir də “Yovmud-dar” hədisində dedik ki, Peyğəmbər (s) Qüreyşin mühüm adamlarını bir yerə yığıb, onları İslam dininə də’vət edərkən belə buyurmuşdur: “İslamın müdafiəsinə qalxaraq də’vətimi qəbul edən şəxs mənim qardaşım, (məndən sonra) vəsim və xəlifəm olacaqdır.” O zaman Əli ibn Əbi Talibdən (ə) başqa heç kim bu işi qəbul etmədi və Peyğəmbərə (s) cavab olaraq dedi: “Mən sənə bey’ət edirəm və sənin köməkçinəm.” Peyğəmbər (s) də buyurdu: “Sən mənim qardaşım, (məndən sonra) vəsim və xəlifəmsən!”
Beləliklə, Peyğəmbəri-əkrəm (s) o gün yetkinlik həddinə çatmayan, bəhanə axtaranların dediyi kimi, imanı e’tibarsız olan bir kəsi öz qardaşı, vəsisi və canişini kimi tanıtdırıb, başqalarına da ona tabe olmağı əmr etmədimi? Hətta müşriklərin böyükləri istehza ilə Əbu Talibə dedilər ki, get, oğluna tabe ol!
Şübhəsiz, büluğ həddi İslamın qəbul şərtlərindən deyil. Kifayət qədər ağlı kəsən, yaxşı-pisi ayırd edən hər bir yeniyetmə uşaq İslamı qəbul etsə, atası müsəlman olmasa belə, müsəlmanların zümrəsinə daxil olur. Qur’ani-kərimin ayələrindən də başa düşülür ki, yetkinlik həddi hətta nübüvvət və peyğəmbərliyin şərtlərindən də sayılmır. Peyğəmbərlərdən bə’zisi elə uşaq ikən bu məqama çatmışlar. Belə ki, Qur’ani-kərimdə Yəhya (ə) haqqında buyurulur: “Biz ona uşaq ikən peyğəmbərlik verdik!”Həzrət İsanın (ə) əhvalatında onun uşaq ikən “Mənə kitab verən, peyğəmbərliyə seçən Allahın bəndəsiyəm” dedikləri qeyd olunmuşdur.
Qeyd olunanlar arasında ən aydın dəlil Peyğəmbərin (s) imam Əlinin (ə) imanını qəbul etməsi, də’vətinin ilkin çağlarında Qüreyş böyüklərinin qarşısında onu öz qardaşı, (özündən sonra) vəsi və xəlifəsi e’lan etmişdir. Beləliklə, “Əli (ə) Peyğəmbərin (ə) də’vətini qəbul edən ilk şəxsdir” deyən rəvayətlər imam Əlinin (ə) misilsiz fəzilətini açıqlayır. Heç kim bu işdə onunla qarşı-qarşıya dura bilməz və o, İslam ümməti içərisində Peyğəmbərin (s) canişinliyinə hamıdan layiqdir.
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |