Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Sabiqun” (Öndə olanlar) ayəsi (1)
“Vaqiə” surəsinin 10-14-cü ayələrində buyurulur:
وَالسَّابِقُونَ السَّابِقُونَ أُوْلَئِكَ الْمُقَرَّبُونَ فِي جَنَّاتِ النَّعِيمِ ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ وَقَلِيلٌ مِّنَ الْآخِرِينَ
“Öndə olanlar, öndə olanlar! Onlar yaxın olanlardır. Onlar behiştin ne’mətlə dolu bağlarında olacaqlar. Bir qrupu əvvəlki ümmətlərdən, az bir qismi də sonrakılardandır!”
Hakim Həskani “Şəvahidut-tənzil” kitabında İbn Abbasdan belə nəql edir: “(İmanda) Öndə olanlar üç nəfərdir: Musaya iman gətirən Yuşə ibn Nun, İsaya iman gətirən Sahibi-Yasin (Həbib Nəccar) və Peyğəmbəri-əkrəmə (s) ilk iman gətirən Əli!”
Yenə həmin kitabda İbn Abbasın belə dediyi nəql olunur: “Peyğəmbəri-əkrəmdən (s) bu ayənin təfsirini soruşdum. Həzrət buyurdu:
حَدَّثَنِى جَبْرَئِيلُ بِتَفْسِيرِها، قالَ ذاكَ عَلِىٌّ وَشِيعَتُهُ اِلَى الْجَنَّةِ:
“Mən onun təfsirini Cəbraildən soruşdum. O dedi: “Ayə Əli və onun şiələrinə aiddir, onlar hamıdan öncə behiştə girəcəklər!”
Bu iki hədis və təfsir bir-birilə ziddiyyət təşkil etmir; çünki Əli (ə) həm Peyğəmbərə (s) iman gətirməkdə, həm də behiştə daxil olmaqda hamıdan öndədir. Həqiqətdə, bu iki təfsirin bir-birilə sıx rabitəsi var. (Yə’ni hamıdan əvvəl Peyğəmbərə (s) iman gətirən şəxs hamıdan əvvəl də behiştə daxil olacaqdır!)
Həmin kitabda bu barədə əlavə olaraq bir neçə hədis də nəql olunmuşdur.
“Əd-durrul-mənsur” kitabında da İbn Əbi Hatəm və İbn Mərdəveyh həmin ayənin təfsiri ilə bağlı İbn Abbasdan iki rəvayət nəql edirlər. Hədislərin birində belə deyilir: “Musaya (ə) iman gətirən birinci şəxs Yuşə ibn Nun, İsaya (ə) iman gətirən birinci şəxs Həbib Nəccar və İslam peyğəmbərinə (s) iman gətirən birinci şəxs isə Əli ibn Əbi Talibdir (ə)!”
Həmin kitabda bu məzmunda daha bir neçə hədis də nəql olunmuşdur.Bu hədisi nəql edən alimlər aşağıdakılardır:
–İbn Məğazili, “Əl-ümdə” kitabı (İbn Bitriqdən nəqlən);
–Sibt ibn Cövzi, “Təzkirə” kitabı;
–İbn Kəsir, “Təfsir” kitabı;
–İbn Həcər, “Əs-səvaiq” kitabı;
–Əllamə Şövkani, “Fəthul-qədir” kitabı;
–Şeyx Süleyman Qunduzi, “Yənabiul-məvəddət” kitabı.
Diqqəti cəlb edən məsələ budur ki, imamət və xilafətə münasibətdə təəssübkeş Qazi Ruzbehan “İbtalu-nəhcil-həqq” kitabında qeyd etdiyimiz ayələrin təfsiri ilə bağlı sünni mənbələrində İbn Abbasdan nəql olunan “İmanda bu ümmətin qabaqcılı (bu ümmətin birinci iman gətirəni) Əli ibn Əbi Talibdir (ə)” hədisinə istinad edən Əllamə Hillinin cavabında yazır: “Bu hədisin əhli-sünnə mənbələrindəki mətni belədir: “Ümmətin önündə gedənlər üç nəfərdir: Ali-Fir’onun mö’mini (Asiya), Həbib Nəccar və Əli ibn Əbi Talib.” Sonra əlavə edərək yazır: “Şübhəsiz, Əli (ə) İslamda hamıdan öndə idi və onun saysız fəzilətləri var. Lakin bu onun imamətinə dəlil deyil!”
Hələ ki, bu hədisləri Əli ibn Əbi Talibin (ə) imamətinə dəlil göstərmək fikrində deyilik. Lakin ayə və rəvayətləri ardıcıl nəzərdən keçirdikdə Əlinin (ə) İslam ümmətinin ən fəzilətli və bu məqama daha layiq şəxs olduğunu görürük. Görəsən, bu qədər inkaredilməz fəzilətləri olduğu halda, başqalarını o həzrətdən üstün tutmağımız düzgün işdirmi?! Əlbəttə, yox!
Burada bir neçə mühüm məsələni qeyd etməklə bəhsimizi tamamlayırıq:
Ardı var...
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |