Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Tövbə” surəsinin 119-cu ayəsində buyurulur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَكُونُواْ مَعَ الصَّادِقِينَ
“Ey iman gətirənlər! Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun!”
Bu ayənin təfsiri “ümumi vilayət” bəhsində geniş izah edildi. Burada isə ayənin imam Əliyə (ə), yaxud bütün Əhli-beyt imamlarına aid olması ilə bağlı rəvayətləri qeyd etməyi lazım bilirik:
1. Məşhur təfsirçi alim Süyuti “Əd-durrul-mənsur” kitabında “Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun” ayəsinin təfsirində İbn Abbasın belə dediyini nəql edir: “Yə’ni Əli ibn Əbi Taliblə birgə olun!”
Bu məzmunun oxşarını Xarəzmi “Mənaqib”, Zərəndi “Durərus-səmteyn”, Abdullah Şafei “Mənaqib” və Hakim Həskani “Şəvahidut-tənzil” kitablarında nəql etmişlər; bu fərqlə ki, bə’ziləri “O, Əli ibn Əbi Talibdir”, bə’ziləri “Ayə Əli ibn Əbi Talib haqqında nazil olmuşdur”, bə’ziləri isə “Əli və səhabələri ilə birgə olun” ifadələrini qeyd etmişlər.
2. Hafiz Süleyman Qunduzi Hənəfi “Yənabiul-məvəddət” kitabında Salman Farsidən belə nəql etmişdir: “Ey iman gətirənlər! Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun” ayəsi nazil olduqda, Salman soruşdu: “Ey Allahın Rəsulu! Ayənin məfhumu ümumidir, yoxsa xüsusi?” Peyğəmbər (s) buyurdu:
اَمّا الْمَأمُورُونَ فَعامَّة الْمُؤمِنِينَ، وَاَمّا الصّادِقُونَ فَخاصَّة اَخِى عَلِىّ وَاَوْصِيائِهِ مِنْ بَعْدِهِ اِلى يَوْمِ الْقِيامَةِ:
“Bu göstərişə əmr olunanlar bütün möminlər, sadiq olanlar isə məhz qardaşım Əli və məndən sonra qiyamət gününə qədərki vəsilərimdir!”
3. Hakim Həskani “Şəvahidut-tənzil” kitabında “Sadiq olanlarla birgə olun” ayəsinin təfsirində Abdullah ibn Ömərin belə dediyini nəql edir: “Sadiq olanlardan məqsəd Məhəmməd (s) və onun Əhli-beytidir!”
4. “Fəraidus-səmteyn” kitabının müəllifi Əllamə Həməvini, “Şərəfun-Nəbiyy” kitabının müəllifi Şeyx Əbülhəsən Kaziruni kimi bir qrup əhli-sünnə aliminin (bu ayənin təfsirində) imam Baqirdən (ə) nəql etdikləri hədis də eyni mə’nanı daşıyır, yə’ni “Məhəmməd (s) və onun Əhli-beyti ilə birgə olun!”
Bu ayənin təfsirində yuxarıdakı hədisləri yalnız adlarını çəkdiklərimiz yox, digər alimlər də öz kitablarında nəql etmişlər.
Bunu da qeyd etməliyik ki, Allah-taalanın “möminlər həmişə sadiqlərlə birgə olsunlar” göstərişi mütləq və qeyd-şərtsizdir. Yə’ni bu göstəriş məsum imamlardan başqasına aid ola bilməz. Çünki mə’sum olmayanların xəta və səhvə yol verməsi qətidir və insan belələrindən mütləq ayrılmalıdır. Hər halda itaəti vacib olan, xəta və səhvə əsla yol verməyən kəslər məhz məsum imamlardır. Buna əsasən, ayədəki “sadiqlər”də məqsəd düz danışan hər kəs deyil. Əksinə, istər səhvən, istərsə də bilərəkdən haqqa qarşı çıxmayanlardır. Bununla belə, “Ruhul-məani” kitabının müəllifi (Alusi) kimi bə’zi məşhur əhli-sünnə alimləri ayədəki “sadiqlər” ifadəsini imam Əliyə (ə) aid edən rəvayətləri qeyd etdikdən sonra demişlər: “Şiələr Əlinin (ə) canişinliyinin haqq olduğunu sübut emək üçün bu ayəyə istinad edirlər. Belə bir istinad batildir!” Lakin onlar bunu deyib, məsələnin üstündən asanlıqla keçmiş və öz müddəalarına bir dəlil gətirməmişlər. Onların belə mövqeləri göstərir ki, təəssübkeşlik hissi təfəkkür nurunun qarşısını alimlərdən belə alır! Amma Doktor Məhəmməd Ticani Səmavi kimi azad düşüncəli insanlar da vardır ki, bu ayə və onunla bağlı rəvayətlərin nuru sayəsində yolunu düzgün görür, Əli (ə) və digər Əhli-beyt (ə) imamlarına olan imanını şücaətlə açıqlayır, bu zəmində “Lə əkunə məəs-sadiqin” (Sadiq olanlarla birgə olam) adlı dəyərli bir kitab yazır ki, bir çox müsəlmanlara böyük tə’sir bağışlayır.
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |