» » “Sabiqun” (Öndə olanlar) ayəsi (3)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    “Sabiqun” (Öndə olanlar) ayəsi (3)
    0
    Müəllif: Huseynci Medine | 8-02-2017, 13:00 | Baxılıb: 667

     

    “Sabiqun” (Öndə olanlar) ayəsi (3)

     

    Birinci müsəlman kimdir?

    Bu məsələ ilə əlaqədar ən mühüm bəhslərdən biri də İslam peyğəmbərinə (s) iman gətirən və bey’ət edən birinci şəxsin kim olmasıdır. Bütün İslam ümmətinin yekdil fikrinə əsasən, qadınlar içərisində Peyğəmbərə (s) iman gətirən birinci şəxs Xədicə (ə.s), kişilər içərisində isə Əlidir (ə). O, Peyğəmbərə (s) iman gətirən, onunla bey’ət edib namaz qılan, rüku və səcdə edən birinci şəxsdir. Bu, bütün İslam mənbələrində açıq-aydın göstərilmişdir. Biz burada həmin mənbələrin bir qisminə işarə edirik:

    Səhabələrdən on səkkiz nəfəri müxtəlif silsilə sənədlərlə Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər ki, İslamı qəbul edən və Peyğəmbəri-əkrəmlə (s) namaz qılan birinci kişi imam Əli (ə) olmuşdur:

    1. Əbu Səid Xidri deyir: Peyğəmbəri-əkrəm (s) əlini Əlinin (ə) kürəyinə vurub buyurdu:

    يا عَلِىّ لَكَ سَبْعَ خِصالٍ لا يُحاجُّوكَ فِهِينَّ اَحَدٌ يَوْمَ الْقِيامَةِ اَنْتَ اَوَّلُ الْمُؤمِنِينَ اِيماناً بِاللهِ...

    “Ya Əli! Sən yeddi xislətə maliksən ki, qiyamət günü heç kəs sənə tay ola bilməz (səninlə mübahisə edə bilməz): “Birincisi budur ki, Allaha iman gətirən (və İslamı qəbul edən) ilk şəxs sənsən...”

    2. Ayişə deyir: Məhəmmədin (s) qızı Fatimə mənə o həzrətin belə buyurduğunu dedi: “Səni elmi bütün mö’minlərin elmindən çox, İslamı hamıdan əvvəl qəbul edən və helmi hamının helmindən çox olan bir nəfərlə evləndirəcəyəm!”

    3. İbn Abbas deyir ki, Ömər ibn Xəttabın belə dediyini eşitdim: “Əlini pis adla çağırmayın. Mən onun haqqında Peyğəmbərdən bə’zi fəzilətlər eşitmişəm ki, əgər onların biri Xəttab övladlarında olsaydı, mənim üçün günəşin saçdığı hər bir şeydən sevimli olardı. Əbu Bəkr, Əbu Übeydə və bir qrup səhabə ilə Ümmü Sələmənin evinə getdik. Əlini onun evinin kandarında görüb dedik: “Peyğəmbəri (s) görmək istəyirik!” Əli buyurdu: “İndi gələcək.” Peyğəmbər gələrkən, biz də həzrətə tərəf getdik. Həzrət, Əliyə söykəndi və əli ilə onun çiyininə vurub buyurdu:

    اِنَّكَ مُخاصِمٌ، اَنْتَ اَوَّلُ الْمُؤمِنِينَ اِيماناً وَ اَعْلَمُهُمْ بِاَيّامِ اللهِ وَ اَوْفاهُمْ بِعَهْدِهِ وَاَقْسَمُهُمْ بِالسَّوِيَّةِ وَاَرْاَفَهُمْ بالرَّعِيَّةِ وَ اَعْظَمُهُمْ الرَّزِيَّةَ:

    4. Məaz ibn Cəbəl Peyğəmbəri-əkrəmin (s) imam Əliyə (ə) belə buyurduğunu nəql edir: “Səni camaatdan ayıran yeddi xislətin var ki, Qüreyş tayfasından heç kim səninlə həmin yeddi məsələdə mübahisə (və bərabərlik iddiası) edə bilməz; sən Allaha iman gətirən birinci şəxssən...”

    5. Cə’fər ibn Əbi Talibin zövcəsi Əsma binti Ümeys nəql edir ki, Peyğəmbəri-əkrəm (s) qızı Fatimeyi-Zəhraya (ə.s) buyurdu: “Səni İslamda hamıdan öndə, helmi hamının helmindən böyük, elmi hamının elmindən çox olan bir şəxslə evləndirəcəyəm!”

    6. Salman Farsi Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu deyir: “Kövsər hovuzunda mənə qovuşan birinci şəxs İslam dinini qəbul edən birinci şəxsdir: O, Əli ibn Əbi Talibdir!”

    7. Əbu Süxeylə deyir: “Mən və Salman həcc əməllərini yerinə yetirdikdən sonra Əbuzərin yanına getdik və bir az onun yanında oturduq. Ayağa qalxıb qayıtmaq istədikdə, dedim: “Ey Əbuzər! Mən bir sıra işlərin baş verdiyini görür və camaatın arasında ixtilaf düşəcəyindən qorxuram. Əgər belə bir hadisə baş versə, mənə nə göstəriş verəcəksən?” Əbuzər dedi: “Allah-taalanın kitabı və Əli ibn Əbi Talibdən ayrılma! Şəhadət verirəm ki, Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu özüm eşitmişəm: “Əli mənə iman gətirən və qiyamət günü mənimlə görüşəcək birinci şəxsdir. O, “böyük siddiq” (sözündə və əməlində doğru) və “faruq”dur, yə’ni haqqı batildən ayırandır!”

    8. Əbdür-Rəhman ibn Ovf bir hədisdə “əs-sabiqunəl-əvvəlun” (öndə gedən birincilər) ayəsinin təfsirində deyir: “Onlar Qüreyşdən olan on nəfərdir. Onların da içərisində birinci şəxs İslamı ilk qəbul edən Əli ibn Əbi Talibdir (ə).”

    9. Cəmaləddin Əbül-Həccac “Təhzibul-kəmal” kitabında Peyğəmbəri-əkrəmin (s) səhabəsi Əbu Rafedən belə nəql etmişdir:

    اَوَّلُ مَنْ اَسْلَمَ مِنَ الرِّجالِ عَلِىٌّ:

    “Kişilərdən İslamı qəbul edən birinci şəxs Əli (ə) idi!”

    10. Peyğəmbəri-əkrəmin (s) xidmətçisi Ənəs ibn Malik o həzrətin belə buyurduğunu nəql edir:

    اَوَّلُ هذِهِ الْاُمَّةِ وُرُوداً عَلَىَّ الْحَوْضَ اَوَّلُها اِسْلاماً عَلِىُّ بْنُ اَبِى طالِبٍ (ع):

    “Bu ümmətdən Kövsər hovuzunda mənə qovuşan ilk şəxs İslam dinini qəbul edən ilk şəxsdir. O, Əli ibn Əbi Talibdir!”

    11. İbn Abbas deyir: “Əli (ə) heç kimdə olmayan dörd xislətə malik idi. “...O, ərəb-əcəm içərisində Peyğəmbəri-əkrəmlə (s) namaz qılan birinci şəxsdir!”

    Başqa bir hədisdə isə belə deyir: “Xədicədən sonra iman gətirən birinci şəxs Əli ibn Əbi Talibdir.”

    12. Məşhur hədis alimi Nisai “Sünən” kitabında Zeyd ibn Ərqəmdən belə nəql edir: “Peyğəmbərə (s) iman gətirən birinci şəxs Əli ibn Əbi Talibdir (ə)!”

    13. Əbu Əhməd Cürcani Şafei “Əl-kamilu fir-rical” kitabında Malik ibn Hurisdən belə nəql edir: “Kişilərdən İslam dinini qəbul edən birinci şəxs Əli, qadınlardan isə Xədicə olmuşdur!”

    14. Peyğəmbəri-əkrəmin (s) dövründə müharibədə yaralananlara yardım edən Leyla Qifariyyə adlı bir qadın deyir: “Mən Əlinin (ə) qoşununda müharibə məqsədilə Bəsrəyə getdim. Ayişənin o həzrətə qarşı çıxdığını görüb, şübhəyə düşdüm. Onun yanına gedib soruşdum: “Peyğəmbəri-əkrəmdən (s) Əli (ə) haqqında bir fəzilət eşitmisənmi?” Dedi: “Bəli!” Sonra bir əhvalat danışdı və nəhayət, Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu dedi: “Əli mənə iman gətirən birinci şəxsdir!”

    15. Əhməd ibn Hənbəl “Müsnəd” kitabında məşhur səhabə Mə’qil ibn Yəsardan belə nəql edir: “Bir gün Peyğəmbərin (s) hüzuruna getmişdim. Peyğəmbər (s) mənə buyurdu: “Fatimə xəstədir, onu görməyə gedirəm!” Biz Fatimənin (ə.s) evinə getdik. Peyğəmbər (s) onun vəziyyətini soruşduqda, Fatimə (ə.s) dedi: “Qəm-qüssəm çox, yoxsulluğum şiddətli, xəstəliyim uzundur...” Peyğəmbər (s) (bu çətinliklərin müqabilində ona təsəlli verərək) buyurdu: “Məgər İslam ümməti arasında hamıdan öndə olan, elmi hamının elmindən çox, helmi hamının helmindən böyük bir şəxslə ailə qurmağından razı deyilsən?”

    Diqqət yetirmək lazımdır ki, bu hədis İbn Əbil-Hədidin “Nəhcül-bəlağə”nin şərhi (3-cü cild, səh. 257), İbn Əsakirin “Dəməşqin tarixi” (1-ci cild, səh. 232), Əl-Heysəminin “Məcməüz-zəvaid” (9-cu cild, səh. 101), Müttəqi Hindinin “Kənzül-ümmal” (12-ci cild, səh. 205) və digər əhli-sünnə alimlərinin kitablarında da nəql olunmuşdur.

    16. Peyğəmbəri-əkrəmin (s) səhabəsi Abdullah ibn Sabit deyir: “Bir gün Peyğəmbəri-əkrəmin (s) hüzuruna gedib dedim: “Ya Peyğəmbər! Sənin elə bir sevimli səhabən varmı ki, bir hadisə baş verdikdə, ona qoşulaq və bir təhlükə zamanı onun yolunda fədakarlıq göstərək?”

    Peyğəmbər (s) buyurdu: “O, hamıdan əvvəl müsəlman olan və İslamı qəbul edən Əlidir!”

    Bu hədisdə açıq-aydın göstərilir ki, Abdullah ibn Sabit kimiləri Peyğəmbəri-əkrəmdən (s) sonra imamət və vilayət məqamına kimin hamıdan layiqli olduğunu bilmək istədikdə, Peyğəmbər (s) imam Əlini (ə) göstərmişdir.

    17. Peyğəmbəri-əkrəmin (s) Büreydə adlı başqa bir səhabəsi də Mə’qil ibn Yəsarın nəql etdiyi hədisə bənzər bir hədis nəql etmişdir ki, onun sonunda belə deyilir: “Peyğəmbəri-əkrəm (s) Fatimeyi-Zəhraya (ə.s) təsəlli verərək buyurdu: “Allah-taala sənə İslamı hamıdan öncə qəbul edən, elmi hamının elmindən çox, helmi hamının helmindən böyük olan bir ər vermişdir.” Sonra Peyğəmbər (s) buyurdu: “Allaha and olsun! Sənin iki övladın (Həsən və Hüseyn) behişt cavanlarının sərvəridir!”

    18. Məhəmməd ibn Əbi Bəkr Ənsarinin “Əl-cövhərə” kitabında nəql etdiyi hədisdə deyilir ki, Əli (ə) Bəsrənin minbərində buyurdu: “Böyük siddiq mənəm. Mən Əbu Bəkrdən qabaq iman gətirdim və İslamı qəbul etdim.”

    Şeyx Məhəmməd ibn Mükərrəm Ənsari “Təlxisu tarixid-Dəməşq” adlı kitabında imam Əlinin (ə) belə buyurduğunu nəql edir: “İslamı qəbul edən birinci şəxs mənəm!”

    “Nəhcül-bəlağə”də də dəfələrlə bu məsələ qeydə alınmış və imam Əli (ə) 131-ci xütbədə belə buyurmuşdur:

    اَللّهُمَّ اِنِّى اَوَّلُ مَنْ اَنابَ وَ سَمِعَ وَ اَجابَ لَمْ يَسْبِقْنِى اِلاّ رَسُولُ اللهِ (ص) بالصَّلاةِ:

    “İlahi! Sənə üz tutub, əmrini eşidən və qəbul edən birinci şəxs mənəm. Peyğəmbəri-əkrəmdən (s) başqa heç kim məndən öncə namaz qılmamışdır!”

    Burada söhbəti nəzərə çarpacaq dərəcədə uzatdıq və təfsir üslubundan xaric olduq. Lakin məsələ bundan da artıq müzakirə tələb edir.

    Bu məsələni də İbn Hişamın “Əs-sirətun-nəbəviyyə” adlı məşhur kitabında nəql etdiyi bir rəvayətlə sona çatdırırıq. Əlbəttə, e’tiraf etməliyik ki, bu haqda nəql olunan rəvayətlər olduqca çoxdur. O yazır: “İslamın ilk çağlarında Peyğəmbəri-əkrəm (s) namazı məxfi şəkildə, Məkkənin dərələrində qılardı. Onunla bu yolda bir addım atan və namaz qılan şəxs yalnız Əli ibn Əbi Talib (ə) idi... Günlərin birində atası Əbu Talib ondan “Oğlum! Sənin qəbul etdiyin bu din nədir” deyə soruşduqda, Əli (ə) buyurdu: “Atacan! Mən Allaha, Peyğəmbərinə (s) və Allah tərəfindən göndərilənə iman gətirmişəm və onunla birgə namaz qılıram...” Əbu Talib dedi: “Agah ol ki, o, səni yalnız xeyir və yaxşılığa də’vət edir. Ondan heç vaxt ayrılma!

     

    Ardı var...

     

    Kitabın adı: İmamət haqqın dili ilə

    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.