» » “Bəyyinə” (Şahid) ayəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6742

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6726

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Temmuz 2025    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    “Bəyyinə” (Şahid) ayəsi
    0
    Müəllif: Huseynci Medine | 21-01-2017, 12:00 | Baxılıb: 680

    “Bəyyinə” (Şahid) ayəsi

    “Hud” surəsinin 17-ci ayəsində buyurulur:

    أَفَمَن كَانَ عَلَى بَيِّنَةٍ مِّن رَّبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إَمَامًا وَرَحْمَةً أُوْلَـئِكَ يُؤْمِنُونَ بِهِ

    “Məgər Allahdan açıq-aydın bir dəlilə istinad edən, ardınca Allah tərəfindən bir şahid gələn, ondan da əvvəl Musanın bir rəhbər və mərhəmət olan kitabının təsdiq etdiyi kimsə (başqaları kimi ola bilərmi?!) Bunlar (haqq-ədalət istəyənlər) ona iman gətirmişlər!”

    Hakim Həskani “Şəvahidut-tənzil” kitabında bu ayənin təfsiri ilə bağlı on altıya yaxın rəvayət nəql edir. Ondakı “şahid” sözündə məqsədin imam Əli (ə) olduğu qeyd edilir. Məsələn, Ənəs ibn Malikdən belə nəql olunur: “Məgər Allahdan açıq-aydın bir dəlilə istinad edən...” ifadəsində məqsəd Məhəmməd (s), ”Ardınca Allah tərəfindən bir şahid gələn...” ifadəsində məqsəd Əli ibn Əbi Talibdir (ə). Müşriklər əhd-peymanlarını pozduqları zaman Məkkədə Peyğəmbəri-əkrəm (s) tərəfindən həmin ayələri tilavət edən şəxs Əli (ə) idi.”

    Başqa bir hədisdə İbn Abbasın belə dediyi nəql olunur: ”Ardınca Allah tərəfindən bir şahid gələn...” ifadəsindən məqsəd yalnız Əli ibn Əbi Talibdir!”

    Həmçinin, imam Əlinin (ə) xüsusi səhabələrindən olan Zazan o həzrətdən belə nəql edir: “Əgər mənim üçün qəzavət kürsüsü hazırlansa və mən onda əyləşsəm, Tövrat əhli ilə öz kitabları – Tövrat, İncil əhli ilə öz kitabları – İncil, Zəbur əhli ilə öz kitabları – Zəbur və Qur’an əhli ilə öz kitabları – Qur’an əsasında qəzavət və hökm edərəm... Allaha and olsun! Gecə, yaxud gündüz, çöldə, yaxud dağda, səhralıqda, yaxud suda elə bir ayə nazil olmayıb ki, hansı saatda, yaxud kimin haqqında nazil olduğundan xəbərdar olmayım!”

    Bir nəfər “Ya Əmirəl-mö’minin! Qur’anda sənin haqqında bir ayə nazil olubmu” soruşduqda, o həzrət buyurdu: “Məgər Allahdan açıq-aydın bir dəlilə istinad edən, ardınca Allah tərəfindən bir şahid gələn... kimsə (başqaları kimi ola bilərmi?!) ayəsində “Allah tərəfindən açıq-aydın dəlilə istinad edəni Məhəmməddir (s), ona şahid və onun ardınca qədəm götürən şəxs isə mənəm!”

    Süyuti də ”Əd-durrul-mənsur” kitabında bu haqda çoxlu rəvayət nəql etmişdir. İbn Əbi Hatəm, İbn Mərdəveyh və Əbu Nəimin Əli ibn Əbi Talibdən (ə) nəql etdikləri hədisdə belə buyurulur: “Qüreyşdən elə bir kişi yoxdur ki, Qur’anda onun barəsində ayə nazil olmasın!”

    Bir nəfər o həzrətdən soruşdu: “Qur’anda sənin də haqqında ayə varmı?”

    Buyurdu: “Məgər “Hud” surəsini oxumayıbsınızmı ki, Allah-taala buyurur: “Məgər Allahdan açıq-aydın bir dəlilə istinad edən, ardınca Allah tərəfindən bir şahid gələn... kimsə (başqaları kimi ola bilərmi?!)”

    Həmin kitabda bu məzmunda hədislər də nəql edilmişdir.

    “Ruhul-məani” təfsirində də İbn Əbi Hatəmin və İbn Mərdəveyhin Əlidən (ə) nəql etdikləri hədisdən sonra Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql olunur: “Allahdan açıq-aydın bir dəlilə istinad edən...” şəxs mənəm, “Ardınca Allah tərəfindən bir şahid gələn...” şəxs isə Əlidir.”

    Həmin kitabda yazılır: “Bə’zi şiələr bu hədisləri Peyğəmbəri-əkrəmdən (s) sonra Əlinin (ə) xəlifəliyi ilə əlaqələndirirlər. Çünki bu ayədə Əli “şahid” sayılmış və “İnna ərsəlnakə şahidən və mübəşşirən və nəzirən” (Həqiqətən, Biz səni şahid, müjdə verən və qorxudan göndərdik!) ayəsində isə Peyğəmbəri-əkrəm (s) şahid kimi göndərilmişdir. Mə’lum olur ki, İslam ümməti arasında Əlinin (ə) məqamı Peyğəmbəri-əkrəmin (s) məqamı ilə eynidir. Çünki Allah-taalanın Qur’ani-kərimdə buyurduğu kimi, Əli (ə) də Allah tərəfindən bir şahid olaraq gəlmişdir. Nəticə budur ki, Əli (ə) İslam peyğəmbərindən (s) sonra xəlifədir!”

    Sonra belə yazır: “Bu düzgün deyil!” Ardınca sonra bir rəvayət nəql edərək “şahid” sözünü Peyğəmbərin (s) zamanına aid edir.

    Həmişə şiələrə və imam Əlinin (ə) imaməti ilə bağlı açıqlamalara qarşı çıxan “Əl-mənar” müəllifi “Ruhul-məani”nin müəllifi Alusidən geri qalmır. O da bu ayənin təfsirində əl-ayağa düşərək yazmışdır: “Ayənin zahiri mə’nası budur ki, “bəyyinə” (dəlil) Peyğəmbərin (s) öz nübüvvətinə olan qəti elmi, “şahid” isə Qur’andır.” Bu barədə Səid ibn Cübeyrdən bir hədis nəql olunur. Orada “bəyyinə” Qur’an, “şahid” isə Cəbrail sayılır. Ayədəki “yətluhu” sözünün isə Qur’ani-kərimin Peyğəmbərə (s) tilavət edilməsi mə’nasını daşıdığı göstərilir. Əlavə edərək yazır: “Əlbəttə, zəif bir hədisdə deyilir ki, “şahid” Peyğəmbərin (s) Qur’anı camaata tilavət etdiyi dilidir. Şiələrin nəql etdikləri başqa bir hədisdə “şahid”in Əli (ə) olduğu göstərilir.”

    Belə yozumlar və təəssübkeşliklər Qur’an ayələrinin və rəvayətlərin düzgün başa düşülməsi yolunda ən böyük maneədir. Burada bir neçə məsələni qeyd etməyi lazım görürük:

    1. Şiə və sünnilərin məşhur kitablarında müxtəlif sənədlərlə nəql olunan çox saylı hədislər müqabilində “Əl-mənar” müəllifinin “Şiələrin nəql etdikləri zəif bir hədisdə “şahid”in Əli (ə) olduğu göstərilir” deməsi çox təəccüblüdür! Görəsən, o, əhli-sünnənin “Əd-durrul-mənsur”, “Şəvahidut-tənzil”, hətta “Ruhul-məani” kitablarında “şahid” sözünün imam Əliyə (ə) aid edilməsini təsdiqləyən hədisləri görməyibmi?! Məgər bu rəvayətləri təkcə şiələrmi nəql edib? Yoxsa şiənin xeyrinə tamamlanan rəvayətlər əhli-sünnə alimləri tərəfindən nəql edilsə belə, şiə rəvayəti hesab edilməlidir?!

    2. Bir qrup əhli-sünnə aliminin bu ayədə qeyd olunan “şahid” sözünü Peyğəmbəri-əkrəmin (s) “dili” kimi (Qur’anın heç bir yerində görünməyən məfhuma) təfsiri daha maraqlıdır. Çünki “Əl-mənar” müəllifi bu haqda yalnız zəif bir rəvayətin nəql olunduğunu bildirmişdir. Bəlkə də, o, “şahid” sözünün Peyğəmbəri-əkrəmin (s) dili, eləcə də, “yətluhu” sözünün Qur’anın tilavəti kimi təfsirinin həqiqətdən çox uzaq olduğuna diqqət yetirmişdir. Çünki bu təfsirə əsasən, ayənin mə’nası belədir: “Məgər Allahdan açıq-aydın bir dəlilə, yə’ni Qur’ani-kərimə istinad edən, ardınca onu tilavət edən... kimsə (başqaları kimi ola bilərmi?!)” Belə çıxır ki, Peyğəmbər (s) özü özünə şahiddir. Görəsən, iddialı kəs özü özünə şahid ola bilərmi?! Yoxsa başqa bir kəsin şahidliyi lazımdır? Məgər Qur’an Peyğəmbərin (s) dilindən çıxmayıbmı? Necə ola bilər ki, Peyğəmbərin (s) dili Qur’ana şahid olsun? Məgər Peyğəmbərin (s) dili onun özündən ayrıdırmı? Bəli, həqiqəti e’tiraf etmək istəməyənlər müxtəlif yollara əl atırlar.

    3. “Şahid” sözünün Cəbrail kimi təfsiri də düzgün deyil; çünki kimsə bu şahidi görmür. Bu halda onun şahidliyi səmərəsizdir.

    Görəsən, onları belə əsassız yozumlara nə vadar edir?!

    4. Ən maraqlısı Alusinin “Ruhul-məani”də yazdıqlarıdır: “Ayədə qeyd olunan “bəyyinə” (dəlil) Qur’an, “şahid” isə Qur’anın e’cazkarlığıdır. Qur’anın “dəlil” olmasını yalnız onun e’cazkarlığı ilə başa düşməliyik və e’cazkarlığı nəzərə almadan onu dəlil hesab etmək olmaz.”

    Burada “bəyyinə” ilə “şahid” bir mənada olacaq. Bu da ayənin təfsirinə uyğun gəlmir.

    5. “Bəyyinə” (dəlil) sözünün Peyğəmbəri-əkrəmin (s) öz peyğəmbərliyinə olan batini və qəti elmi, “şahid” sözünün isə Qur’ani-kərim kimi təfsiri də qəribədir. “Bəyyinə” sözünün mə’nasını öncə Qur’andan öyrənməliyik. Qur’ani-kərimdə bu söz 19 dəfə, onun cəm forması olan “bəyyinat” sözü 52 dəfə işlədilmişdir. Bu söz adətən batini və qəti elm “mö’cüzə”, yaxud “səmavi kitablar və Qur’ani-kərim” mə’nalarında verilir. Qətiyyətlə deyirik ki, burada “bəyyinə” sözü İslam peyğəmbərinin (s) əbədi mö’cüzəsi olan Qur’ani-kərimə, “şahid” sözü isə Peyğəmbəri-əkrəmin (s) haqq olduğuna şəhadət verən başqa bir şəxsə işarədir.

    Bu düzgün təfsirdən əndişələnənlər onu hansı mə’naya yozurlarsa yozsunlar, yenə də əsassız iradlardan başqa bir nəticə almayacaqlar. Halbuki həqiqətin qəbulu çox da çətin deyil!

     

    Kitabın adı: İmamət haqqın dili ilə

    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.