Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə” surəsi (23 və 24-cü hissə)
23.﴿وَإِن كُنتُمْ فِي رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُواْ بِسُورَةٍ مِّن مِّثْلِهِ وَادْعُواْ شُهَدَاءكُم مِّن دُونِ اللّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ﴾
“Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər sizin iddianızdoğrudursa, Allahdan başqa bütün şahidlərinizi bu işdə köməyə çağırın.”
Nöqtələr
◘Bu ayə Quranın möcüzə olduğunu göstərir. Peyğəmbərlərin dəvəti Allaha doğru hidayətdir. Onlar bu işi dəlillərlə, moizələrlə, yaxşı tərzdə mübahisələrlə yerinə yetirirlər. Onların iddiası yalnız budur ki, Allah tərəfindən xalqın hidayəti üçün gəlmişlər. Bu məqsədlə möcüzə də gətirirlər. Demək, möcüzə peyğəmbərlərin dəvətinin yox, iddialarının isbatı üçündür. (Bilməliyik ki, möcüzə varlıq aləmindəki qanunlardan kənar bir iş deyil. Onun da səbəbi var. Sadəcə, bu səbəb ya Allahın iradəsidir, ya da xalq üçün məxfi qalmış bir səbəbdir.)
◘Allah Quranda İslam müxaliflərini dəfələrlə mübarizəyə dəvət etmişdir. Onlara xitabən buyurulur ki, əgər bu kitabın Allah tərəfindən gəldiyini qəbul etmirlərsə, bütün bu müharibələr və mübarizələr əvəzinə Quran kimi bir kitab hazırlayıb, İslamın səsini boğsunlar!
Allah öz peyğəmbəri və kitabının haqq olduğunu isbat etmək üçün bir tərəfdən müxalifləri təhrik edir, digər bir tərəfdən sakitləşdirir. Bir yerdə buyurulur: “Quran kimi bir kitab gətirin.” Digər bir yerdə isə belə buyurulur: “Quran surələri kimi on surə gətirin.” Başqa bir yerdə isə belə buyurulur: “Bu işdə (Quranın mislini gətirməkdə) bütün qüdrətlərdən, yaxınlardan, həmfikirlərdən kömək istəyə bilərsiniz.”
◘Quranın bölünməsi və hər bir surənin adlandırılması peyğəmbər dövründə Allah tərəfindən müəyyənləşdirilmişdir. (“Fətu bisurətin”)
◘Quran peyğəmbərlərin haqqında danışarkən onların adından ya qabaq, ya da sonra “əbd”, “qul” sözünü işlədir. (“Əbdina Əyyub”, İbrahim.. kullun min əbdina”) Yalnız İslam peyğəmbəri haqqında danışılarkən onun adını çəkmədən “əbd” sözü işlədilmişdir. Bununla da həzrət Məhəmmədin (s) "mütləq əbd" olduğu nəzərə çatdırılır.
Bildirişlər
1. İnsanların düşüncəsindən və qəlbindən şəkki çıxarmaq lazımdır. Xüsusilə etiqadi məsələlərdə şəkkin qarşısı alınmalıdır. (“İn kuntum fi rəybin”)
2. Vəhyin qəbul şərti Allaha bəndəlikdir. (“Nəzzəlna əla əbdina”)
3. Quran dəlil və sübut kitabıdır. Bu kitab heç bir şəkk-şübhəyə yer qoymur. (“Fətu bisurətin”)
4. Peyğəmbərlərin möcüzəsi olmalıdır. İslam peyğəmbərinin möcüzəsi Qurandır. (“Fətu bisurətin min mislihi”)
5.Əbədi dinin əbədi möcüzəsi olmalıdır ki, bütün insanlar tarixin istənilən bir dönəmində və istənilən bir məkanda şəkkə düşdükdə çıxış yolu tapsınlar. (“Fətu bisurətin min mislihi”)
6. Quranın haqq olmasına o qədər əminik ki, müxaliflər hətta Quranın bir surəsi mislində surə gətirsələr də, onu bütün Quranın yerinə qəbul edərik. (“Bisurətin”)
7. Ən üstün qazi və hakim vicdandır. Allah müxaliflərin vicdanını onlara hakim qərar vermişdir. (“Vədu şuhədaəkum”)
24. ﴿فَإِن لَّمْ تَفْعَلُواْ وَلَن تَفْعَلُواْ فَاتَّقُواْ النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ﴾
“Əgər belə bir işi bacarmazsınızsa və heç vaxt da bacarmazsınız, onda kafirlər üçün hazırlanmış, yanacağı insanlarvə daşlar olan oddan çəkinin.”
Nöqtələr
◘“Ənbiya” surəsində oxuyuruq: “Siz və Allahdan savay pərəstiş etdiklərinizin hamısı cəhənnəm yanacağısınız.” Bəlkə də ayədə “daş” deyilərkən hər hansı daş yox, pərəstiş edilən bütlər nəzərdə tutulmuşdur. (Tarix boyu yalnız Həcərül-əsvədə sitayiş olunmamışdır və bu daş heç vaxt cəhənnəm odu olmayacaq. Bəli! Həcərül-əsvəd Allahın yer üzündə əli, bəşər fitrətinin etirafı üçün şahiddir.) Onlar öz gözləri ilə görməlidirlər ki, bütlərin əlindən bir iş gəlməyib və gəlmir. Eləcə də, bu daşlar qiyamət günü qatilin qanlı bıçağı tək günahın dəlil əşyasıdır.
Sual: Əgər söz bəşərin ixtirasıdırsa, nə üçün Quranın mislini gətirə bilmirlər?
Cavab: Əlifbanın hərfləri bəşərdəndir. Amma onların düzümü və uca məfhumlarının bəyanı elm və hünərdən qaynaqlanır. Quran Allahın sonsuz elm və hikmətinə əsaslanır. Amma istənilən bir şəxsin yazdığı istənilən bir kitab bəşəriyyətin məhdud elmi əsasında tərtib olunur. Ona görə də bəşər heç vaxt Quran mislində kitab hazırlaya bilməyəcək.
1. Yol və məqsədin haqq olmasına yəqinlik rəhbərlik üsullarından biridir. (“Və lən təfəlu”)
2. İndi ki, acizlik və zəiflik hiss etdiniz, haqqa təslim olun. (“Və lən təfəlu fəttəqu”)
3. Çaşqın və kafir insan daşla bir sırada dayanır. (“Ənnasu vəl-hicarə”)
4. Günahkar insanın iç xəbislikləri qiyamət günü təcəssüm olub, oda bürünər. (“Vəquduhənnasu”)
5. Küfr və inadkarlıq Allahın xəlifəsi olmağa layiq insanı cəhənnəm yanacağına döndərər. (“Vəquduhənnasu”)
6. Cəhənnəm odundan qurtuluş Qurana iman və İslam peyğəmbərinin təsdiqi girovundadır. (“Fə in lən təfəlu və ləm təfəlu fəttəqunnar... Uiddət lil-kafirin”)
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |