» » Yeddi oxunuş səbkinin məna və məfhumu


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Yeddi oxunuş səbkinin məna və məfhumu
0
Müəllif: Yusifi Zehra | 6-12-2016, 12:00 | Baxılıb: 765
Yeddi oxunuş səbkinin məna və məfhumu
Bu haqda bir çox nəzəriyyələr irəli sürülmüşdür. Biz onlardan bəzilərini burada qeyd edəcək və onların mənfi xüsusiyyətlərinə toxunacağıq.
 Sinonim kəlmələr
Birinci nəzər: Yeddi oxunuş səbki deyildikdə, eyni mənalar verən sinonim kəlmə və ya ifadələr nəzərdə tutulur.
Məsələn, «əccil», «əsri» və «isə» kəlmələrinin hər üçü «tələsmək» mənasını verir. Bu məzmunda nəql olunmuş rəvayətlərə əsasən Quranı, eyni məna daşıyan, lakin yazılışı bir-biri ilə fərqli olan ifadələrlə qiraət etmək olar. Bu nəzəriyyənin tərəfdarları belə bir fikir irəli sürmüşlər ki, eyni məna daşıyan sinonim ifadələri Osmanın xilafəti dövründə Quran nüsxələrində görmək olardı. Qiraətdə yaranmış ixtilafları nəzərə alaraq, Quranın orjinal formada yazılması və bir-biri ilə fərqlənən nüsxələrin yandırılması əmr edilir. Təbəri və digər müfəssirlər bu nəzəriyyəyə xüsusi diqqət yetirmişlər. Həmçinin Qurtəbi və İbni Əbdulbərr Quranın yeddi səbkidə oxunmasına gəldikdə, bu nəzəriyyənin alimlərin bir çoxu tərəfindən irəli sürüldüyünə işarə etmişlər.
 Nəzəriyyəni sübuta yetirəcək dəlillər
Əbu Bəkr və Əbu Davudun nəql etdikləri rəvayətlərlə yanaşı, bu nəzəriyyəni sübuta yetirəcək digər dəlillər də vardır.
1. Yunus, İbni Şəhabdan nəql edərək deyir: «Səd ibni Museyyib deyir: «Nəhl» surəsinin 13-cü ayəsində «[Biz, müşriklərin: Quranı] Məhəmmədə bir insan öyrədir! – dediklərini də bilirik» deyildikdə, Peyğəmbərin (s) vəhy katiblərindən biri nəzərdə tutulur. Ayələr nazil olduqca Peyğəmbər (s) onu imla edir, o isə ayələri kağız üzərinə köçürürdü. Ayələrin sonunda gələn «səmiun əlimun» və «əzizun həkimun» kimi ifadələrlə qarşılaşdıqda, Peyğəmbərdən (s) onlardan hansı birini yazmalı olduğunu soruşar və o həzrət də cavabında buyurardı: «Elə yazdıqların düzdür.» Bu səbəbdən də o, özündə qürur və təkəbbürlük hiss etdi. Bəzən bunu özünə böyük fəxr bilib deyərdi: «Peyğəmbər (s) ayələrdə istifadə olunan bəzi ifadələrin yazılmasını mənə həvalə etmişdi. Mən də onları istədiyim kimi yazırdım.»
2. Ənəsin dediklərinə istinad edərək deyir:
O, «Şübhəsiz ki, gecə [namaz qılmaq üçün yataqdan] qalxmaq [çox çətin olsa da] daha əlverişli və [o zaman] söz demək [Quran oxumaq, dua etmək] daha münasibdir!» ayəsindəki «əqvəm» kəlməsini «əsvəb» kimi qiraət edən zaman yoldaşları ona irad tutaraq deyirdilər. Ey Əba Həmzə! Ayədə «əsvəb» deyil, «əqvəm»dir. Cavabında demişdi: «əqvəm, əsvəb və əhda kəlmələrinin hər üçü eyni məna daşıyır.»
3. İbni Məsudun qiraətinə istinad edərək deyir:
«[Onların cəzası] ancaq dəhşətli, tükürpədici bir səs [Cəbrailin qışqırtısı] oldu» ayəsində «səyhətən vahidətən» birləşməsini «zəyqətən vahidətən» kimi oxumuşdu. «Səyhə» və «zəqyə» eyni mənalı sözlər olub, dəhşətli və tükürpədici səs mənasını daşıyır.
4. Təbəri, Həmmama istinad edərək Məhəmməd ibni Bəşşar və Ubeyy Saibdən nəql edib deyir: Əbu Dərda«Həqiqətən [Cəhənnəmdəki] zəqqum ağacı günahkar [kafir] kimsənin yeməyidir» ayəsində «təamul əsim» birləşməsini «təamul yətim» kimi oxumuşdu. Əbu Dərda ayəni bir neçə dəfə təkrar edir, lakin onu dinləyən şəxs ayənin mənasını başa düşmür. Sonra o, ayəni bir qədər də dəyişərək «təamul facir» kimi oxumağa başlayır. Çünki «facir» və «əsim» kəlmələri eyni məna daşıyır.
5. Bu məzmunda nəql olunmuş rəvayətlərdən belə nəticəyə gəlirik ki, Quran, əzab ayələri rəhmət və rəhmət ayələri əzab ayələri ilə əvəz olmamaq şərtilə yeddi müxtəlif səbkilərdə oxuna bilər. Eləcə də ayədəki eyni mənalı sinonim sözlər bir-biri ilə əvəz oluna bilər.
Cavab: Gətirilən dəlilləri bir neçə səbəbdən əsassız hesab edə bilərik.
1) Yeddi oxunuş səbkisi deyildikdə, ilk növbədə bunu nəzərdə tutmaq lazımdır ki, sinonim sözlər Quranın bütün ayələrində deyil, yalnız bir neçə yerində nəzərə çarpır. Belə bir halda, heç bir zərurət olmadan eyni mənalı ifadələri bir-biri ilə əvəz etmək nə dərəcədə düzgün ola bilər?!
2) Quran öz fəsahət və bəlağəti ilə bütün səmavi kitablardan fərqləndiyi və əbədi möcüzə olduğu bir halda, Peyğəmbər (s) orada istifadə olunan eyni mənalı sözlərin bir-biri ilə əvəz olunmasına icazə verə bilərdimi?
Məlum məsələdir ki, sonuncu səmavi kitab olan Quran Qiyamətə qədər bəşəriyyətin istinad edəcəyi yeganə ilahi mənbədir və onun mötəbərliyinin əsaslı dəlillərindən biri də bu müqəddəs kitabın orjinallıq və toxunulmazlıq məsələsidir. Əgər Quranda belə dəyişikliklərin aparılmasına icazə verilsə və ümumiyyətlə belə bir şey mümkün olsa, onda artıq bu kitab nə orjinal sayılar və nə də onun möcüzə olmasından danışmağa dəyməz. Əziz oxucular! Fikrimizi daha aydın şəkildə çatdırmaq üçün misal olaraq «Yasin» surəsinin bir neçə ayəsini məhz Quranın özündə işlənən sinonim sözlərlə əvəz edib sizin mühakimənizə verirəm.
Yasin. Vəzzikril həkim. İnnəkə ləminəl ənbiyai əla təriqin səviyy. İnzalil həmidil kərim. Lətəxəvvəfə qovmən ma xəvvəfə əslafəhum fəhum sahun.
Hansı bir ağıllı insan qəbul edə bilər ki, Peyğəmbər (s) Allahın əmanəti olan müqəddəs kitabda belə dəyşikliklərin aparılmasına icazə versin!? Əgər belə bir şey mümkün olsa, onda Quranın təhrif edilməsini məqbul sayanlara gözaydınlığı vermək lazımdır. Çünki bu iddialara əsasən, Peyğəmbər (s) özü şəxsən belə bir işə icazə vermiş olur.
Allah özü şahiddir ki, bu sözlər yalan və iftira, eyni zamanda bağışlanmaz günahdır.
Allah-taala öz peyğəmbərinə xitabən buyurur:
«Onlara de ki: Mən onu öz başına [istədiyim kimi] dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram».
Bu əmrdən sonra o həzrət bu kimi dəyişikliklərə yol verə bilərdimi?!
Rəvayətlərdən birində deyilir: Peyğəmbərin (s) Bərra ibni Azibə öyrətdiyi duaların birində belə bir ifadə var idi: «Və nəbiyyukəlləzi ərsəltə». Bərra burada «nəbi» kəlməsini «rəsul» sözü ilə əvəz edir. Bu sözlər məna baxımından bir-biri ilə o qədər də fərqli olmamasına baxmayaraq, Peyğəmbər (s) belə bir dəyişikliyin aparılmasını ona qadağan edir. (Tibyan 58-ci səh.).
Şəxsən özü təlim etdiyi bir duanın mətninin əvəz olunmasına bu qədər diqqətli olan bir peyğəmbər, Allah tərəfindən nazil olmuş və qiyamət gününədək toxunulmaz qalacağına vədə verilən Quran ifadələrini bir-biri ilə əvəz edə bilərdimi?! Peyğəmbərin (s) Quranı yeddi səbkidə oxumasını iddia edən şəxslər isə, ilk növbədə bu iddianı sübuta yetirməli və nümunə olaraq bir neçə mətləbə işarə etməlidirlər. Həqiqətən əgər belə bir qiraət üsulu mövcud olsaydı, bu günə qədər mütləq qorunub saxlanılardı. Qurani-kərimdə bu haqda deyilir:
«Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, Biz də onu [hər cür təhrif və təbdildən, artırıb azalmadan] qoruyub saxlayacağıq.» (Hicr-9).
2. Rəvayətlərdən belə məlum olur ki, Quranın müxtəlif səbkilərdə qiraət olunmasının əsas səbəbi, onun bir səbkidə oxunmasının müsəlmanlar üçün olduqca çətin olması olmuşdur. Qiraətin asanlaşması məqsədilə Peyğəməbrin (s) xahişi ilə onların sayı yeddiyə çatdırılır. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, qiraətlərin çoxalması nəinki müsəlmanların xeyrinə olmamış, hətta ixtilaf və ayrı-seçkiliyin yaranmasına da səbəb olmuşdur. Belə ki, onlardan bəziləri digərlərini fərqli qiraətlərinə görə küfrdə ittiham etmişlər. Bu səbəbdən də xəlifə Osman, Quranın orjinal nüsxəsindən istifadə etməyi və digər nüsxələrin yandırılmasını əmr edir.
Buradan bir neçə nəticəyə gələ bilərik.
1. Quranın müxtəlif səbkilərdə oxunması müsəlman ümmətinə ağır nəticələr verdi və bu böhran Osmanın xilafəti dövründə daha aşkar şəkildə zahir oldu.
Belə bir halda biz, qiraətlərin artırılmasına və bunun həyata keçməsinə dəlalət edən rəvayətlərin mötəbərliyinə istinad edə bilmərik. Bir haldakı bu məzmunda nəql olunmuş digər rəvayətlərdə Peyğəmbərin (s) qiraətlərdə mövcud olan ixtilaflara qarşı çıxması və hətta bəzi hallarda qəzəbləndiyinin də şahidi oluruq. Ötən fəsillərdə bu mətləbə dəlalət edən bir neçə rəvayəti nəzərdən keçirdik, növbəti fəsillərdəbu mövzuya bir daha qayıdacağıq.
2. Müsəlmanların Quranı yalnız bir səbkidə qiraət etməyə qadir olmamalarına gəldikdə isə, bu tamamilə yanlış və əsassız bir dəlildir. Çünki, islamı qəbul etmiş ilk şəxslər milliyyətcə ərəb olmuş və Quranın orjinal nüsxəsini tələffüz etmək onlar üçün heç də çətin olmamışdır. Hətta Osmanın xilafəti dövründə belə, milliyyətcə ərəb olmayan ətraf məntəqələrin islamı qəbul etmiş sakinləri də belə bir çətinliklə üzləşməmişlər.
3. Rəvayətlərdən belə məlum olur ki, Osmanın xilafəti dövründə meydana gəlmiş böhran Peyğəmbərin (s) zamanında da mövcud olmuşdur. Lakin o həzrət hüzurunda Quran oxuyan hər bir qarinin özünəməxsus səbkisini təsdiq etmiş və bu ixtilafın müsəlmanlar üçün rəhmət və böyük nemət olduğunu bildirmişdir. Bu halda müsəlmanlar hansı səbəblər üzündən Peyğəmbərin (s) izn verdiyi bir şeyi Osmanın xilafəti dövründə qadağan etmişlər.
Yoxsa, xəlifə müsəlmanların çətinliklərini Peyğəmbərdən (s) daha yaxşı dərk edir və bu məsələləri o həzrətdən daha mükəmməl bilirdi?..
Bu kimi dəlillərin əsassız olduğu o qədər asanlıqla sübuta yetirilir ki, artıq heç bir əlavə dəlilə ehtiyac duyulmur. Hətta Süyuti və sünnü məzhəbinin fəal davamçılarından olan tanınmış nəhv mütəxəssisi Hafiz Cəmaləddin də, son illər bu kimi rəvayətlərin həqiqətdən uzaq olduğunu etiraf etmişlər. (Tibyan 61-ci səh).
Rəvayətlərin batil və əsassız olması tamamilə göz qabağındadır və onların qondarma olmasına şübhə yoxdur.
İkinci nəzər: Bu barədə irəli sürülmüş ikinci nəzəriyyədə deyilir: Yeddi oxunuş səbki deyildikdə, ayələrin yeddi hissəyə bölündüyü nəzərdə tutulur. Bunlar əmr, halal, haram, möhkəm, mütəşabih, məsəl və Zəcr ayələridir. Bu nəzəriyyənin tərəfdarları Yunus ibni Məsuddan nəql olunmuş rəvayətə əsaslanırlar. Rəvayətdə deyilir: Peyğəmbər (s) buyurur: İlk səmavi kitab yalnız bir səbkidə nazil olmuşdur və o yalnız bir fəsildən ibarət idi. Quran isə yeddi fəsil və yeddi səbkidən ibarətdir. (Əmr, halal, haram, möhkəm, mütəşabih, məsəl və Zəcr). Belə isə, Quranın haram etdiyini özünə haram, halal etdiyini halal bil; Əmr olunduğunuz şeylərə əməl edin, yasaq etdiyi şeylərdən uzaq olun; Məsəl ayələrindən ibrət götürün; Möhkəm və mütəşabih ayələrə iman gətirib əməl edin.
Cavab: Bu nəzəriyyə də bir neçə səbəbdən tamamilə batil və əsassızdır.
1. Rəvayətlərin zahiri mənasından məlum olur ki, yeddi oxunuş səbki deyildikdə, heç də ayələrin yeddi fəslə bölündüyü nəzərdə tutulmur;
2. Bu rəvayətlər Əbi Kureybin nəql etdiyi rəvayət ilə tamamilə ziddiyyət təşkil edir. İbni Məsud rəvayəti nəql edərək deyir: Allah-taala Quranı beş səbkidə nazil etmişdir. Halal, haram, möhkəm, mütəşabih və məsəl;
3. Rəvayətin məzmunundan qəti nəticəyə gəlmək bir o qədər də asan deyildir. Çünki, zəcr və haram sözləri eyni məna daşıyır. Demək, Qurandakı fəsillərin sayı yeddi deyil, altı olmalıdır.
Əlavə olaraq qeyd etmək lazımdır ki, Quranda haqqında söhbət açılan bir çox mövzular bu fəsillərin heç birinə daxil olunmamışdır. Məsələn yaradılış, məad, peyğəmbərlərin və keçmiş ümmətlərin sərgüzəştləri və s. Əgər bu nəzəriyyənin tərəfdarları bu kimi mövzuları möhkəm və mütəşabih ayələr fəslinə aid etmək istəyirlərsə, gərək zahiri mənaları aşkar olduğu üçün bütün mövzular «möhkəm» ayələr fəslinə daxil edilsin. Belə olduqda biz, Quranı artıq yeddi deyil, yalnız iki fəslə bölməli olacağıq. Çünki, Qurani-kərimdə bəyan olunan mövzular məna baxımından ya aşkar (möhkəm) və ya mübhəmdirlər (mütəşabih).
Üçüncü nəzər: Yeddi fəsil haqda irəli sürülən digər nəzəriyyələrdən biri də Quran ayələrinin əmr, qadağa, insanlarda rəğbət və qorxu hissi yaratma, dini mübahisələr, keçmiş ümmətlərin əhvalatları və çəkilən məsələlərə bölünməsidir. Bu nəzəriyyəyə əsaslananlar Məhəmməd ibni Bəşşarın istidlal etdiyi rəvayətə istinad edirlər. Rəvayətdə deyilir: Peyğəmbər (s) buyurur: Quran yeddi səbkidə nazil olmuşdur. Onlar əmr, qadağa, insanlarda rəğbət və qorxu hissi yaratma, mübahisə, əhvalat və məsəl ayələrindən ibarətdirlər.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi
 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.