![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
İlahi hikmət
İnsanların gördüyü işlər iki qismə bölünür:
1. Heç bir nəticə verməyən, səadət və kamala çatdırmaqda təsiri olmayan əyləncə və işlər;
2. Müqəddəratımızı həll edən və bizi səadət və kamala çatdıran faydalı işlər. qalxıb buğdaya çevrilib səmərə verməsi, onun son mərhələsi və kamala çatması deməkdir. Bu günlər bir çoxlarının, haqqında mübahisə etdikləri məsələlərdən biri də dünya və təbiətin daimi dəyişkən və qeyri-sabit olmasının isbatı haqqındadır. Belə bir əqidəyə əsaslananlar dünyanın daim hərəkətdə olduğunu və yetkin nəticəyə çatmadığını iddia edirlər. Yəni dünya hər hansı bir mərhələni arxada qoyduqdan sonra, yeni mərhələlərlə üzləşir və beləliklə yeni-yeni mərhələləri keçərək həqiqi məqsədə nail olmayır. Dünyanın keçdiyi mərhələləri yalnız o zaman həqiqi hesab etmək olar ki, nəticədə son və həqiqi məqsədə çatmış olsun. Demək dünya özünün son mərhələsinə çatmayırsa, puçluqdan savayı bir şey deyildir. Quran onların cavabında deyir: Əgər yalnız dünya və təbiət nəzərdə tutulsa, belə bir fərziyyə ilə qənaətlənmək olardı. Və əgər torpaq üzərində göyərmiş ot saralıb aradan getməklə və dünyaya gəlmiş hər bir varlıq müəyyən müddət keçdikdən sonra məhv olmaqla nəticələnsəydi, belə bir naqis fərziyyəyə əsaslanmaq olardı. Amma varlıq deyildikdə, biz yalnız təbiət və dünyanı nəzərdə tutmamalıyıq. Dünya «ilk gündür». Zaman dövr edir və növbə «sonuncu günə» çatır, dünya «getmək», axirət isə «çatmaq» deməkdir. Əli (ə)-dan bu haqda nəql olunmuş hədislərdən birində buyurulur: Dünya ötüb keçmək, axirət isə qalmaq mənzilidir. Dünyaya məna verən axirətdir. ×ünki hərəkət və fəaliyyətə məna verən də məhz sonuncu məqsəddir. Əgər əbədi axirət dünyası olmasaydı, dünyanın heç bir məna və məfhumu olmazdı. O, heç bir mərhələləri keçmədən məqsədə çata bilməzdi. Belə olduqda yaradılış puç və hədər sayılmalı idi. Amma bəşəriyyətə Allah tərəfindən peyğəmbərlər göndərilmiş və bu həqiqətin mahiyyəti onlara bəyan edilmişdir. Peyğəmbərlər insanların dünya və təbiət barəsində düçar olduqları səhv düşüncələri saf əqidə və təfəkkür ilə əvəz edərək, onları haqqa hidayət etmişlər. Bütünlüklə olmasa da, Allaha iman gətirmiş şəxslərin etiqadlarının əsas hissəsini axirət gününə və əbədi həyata olan iman təşkil edir.
Kitabın adı: İslam dünyagörüşü - Əbədi həyat
Müəllif: Ustad Mürtəza Mütəhhiri
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |