» » Fəsahətli ibarətlər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Fəsahətli ibarətlər
    0
    Müəllif: Yusifi Zehra | 21-12-2016, 12:00 | Baxılıb: 683
     Fəsahətli ibarətlər
    Bu nəzəriyyəni irəli sürənlər iddia edirlər ki, Quran o dövrün tanınmış yeddi böyük qəbilənin istifadə etdikləri ifadələrlə nazil olmuşdur.
    Yeddi qəbilə aşağıdakılardan ibarətdir:
    «Qüreyş, Huzeyl, Həvazən, Yəmən, Kənanə, Təmim və Səqif» Əbhəri və Beyhəqi kimi alimlər bu nəzəriyyəyə əsaslanmışlar.
    Cavab: Bu nəzəriyyəni də bir neçə səbəbdən əsassız hesab edə bilərik.
    1. Bir qədər əvvəl qeyd olunan rəvayətlərdə yeddi fəsil deyildikdə, tam başqa bir məna nəzərdə tutulurdu.
    2. Yeddi qiraət səbkini yeddi ləhcə kimi mənalandırmaq, Əmrin bu haqda dedikləri ilə tamamilə zidd bir fikirdir. O, deyir: Quran yalnız Muzərr ləhcəsində nazil olmuşdur. Əmr, İbni Məsudun «hətta himnə» kəlməsini «ətta himnə» kimi oxumasına etiraz edir. Ona yazdığı məktublardan birində deyir: Quran Huzeyl ləhcəsində deyil, Qüreyş ləhcəsində nazil olmuşdur və camaata da məhz bu səbkini öyrətməlisən.
    3. Osman üç Qüreyş tayfasına göstəriş verərək deyir: Əgər Zeyd ibni Sabitin qiraəti ilə ixtilafınız olsa, Qüreyş qiraətini əsas tutun. Çünki, Quran Qüreyş ləhcəsində nazil olmuşdur.
    4. Başqa bir rəvayətdə deyilir: Əmr və Hişam, Furqan surəsini müxtəlif səbkilərdə qiraət etdikləri üçün aralarında ixtilaf yaranır və Peyğəmbərin (s) yanına gəlib onun hüzurunda həmin surələri qiraət etmək qərarına gəlirlər. Onların hər biri qiraət edib qurtardıqdan sonra, Peyğəmbər (s) hər ikisinin düzgünlüyünü təsdiq edib buyurur: «Quran yeddi səbkidə nazil olmuşdur, onların hansı biri ilə qiraət etsəniz düzdür.» (Səhih Buxari).
    Hişam və Əmrin Qüreyş qəbiləsindən olması məlum olduğu halda, qiraət baxımından onların arasında heç bir ixtilaf ola bilməzdi və bu halda yeddi qiraət səbkilərini, yeddi ləhcə kimi mənalandırmaq olmaz.
    5. Əgər bu nəzəriyyəyə əsaslananlar Qüreyş ləhcəsinin bu ləhcələr arasında olmadığını nəzərdə tuturlarsa, onda onlar qiraəti asanlaşdırmaq əvəzinə, onu daha da qəlizləşdirmiş olurlar. Çünki, Qüreyş ləhcəsi ərəb qəbilələrinin mötəbər hesab etdikləri ləhcələrdən biri olmuşdur və onlar istifadə etdikləri ifadələrin həqiqətən ərəb kəlməsi olub-olmadığını məhz, Qüreyş ləhcəsi ilə müqayisə edirdilər.
    Əgər onlar digər ləhcələrin Qüreyş ləhcəsilə tamamilə eyni olduğunu nəzərdə tuturlarsa, onda onları yeddi hissəyə bölməyin heç bir lüzumu olmayacaqdır. Çünki, Qurani-kərimdə Qüreyş ləhcəsinə oxşar əlliyə yaxın ləhcədən istifadə olunmuşdur.
    Beşinci nəzər:
    Muzərr ləhcəsi: Yeddi oxunuş səbki deyildikdə, yalnız Bəni-muzər qəbiləsinə mənsub olan yeddi (Qüreyş, Əsəd, Kənanə, Huzeyl, Təmim, Zəbbə və Qeys) qəbiləsinin istifadə etdikləri ləhcələr nəzərdə tutulur.
    Cavab: Dördüncü nəzəriyyəyə tutulan irad və nöqsanlar bu nəzəriyyəyə də şamil olunur.
    Altıncı nəzər:
    Qiraətlərdəki ixtilaflar: Bu nəzəriyyənin tərəfdarları yeddi səbki deyildikdə, yeddi qiraət üsulunu nəzərdə tuturlar. Onlar nəzəriyyələrini bəyan edərkən deyirlər: Apardığımız araşdırmalardan sonra belə bir nəticəyə gəldik ki, Quran məhz yeddi qiraət üsulunda nazil olmuşdur.
    1. Bəzən, yalnız kəlmənin məna və quruluşu deyil, hərəkəsi (sait hərfləri) dəyişilir. Məsələn, «Hunnə əthəru ləkum» cümləsindəki zəmmə ilə (u) oxunan «əthəru» «əthərə» oxunur.
    2. Bəzən hərəkənin əvəz olması ilə cümlənin quruluş və mənasında da dəyişiklik baş verir. Məsələn,«Rəbbəna baid əsfarina – Ey Rəbbimiz! Səfərlərimizin arasını [məsafəsini] uzaq et!» (Səba-19).
    3. Bəzən hərflər dəyişildikdə yazılış formasında heç bir dəyişiklik baş vermir, məna isə tamamilə əvəz olunur. Məsələn, «nunşizuha – nunşiruha» kəlməsi həm (z), həm də (r) hərfi ilə tələffüz olunur. Belə ki, «nəşərə» (yaymaq), «nəşəzə» isə (uzaq etmək) mənasını verir.
    4. Bəzən kəlmənin yazılış forması dəyişilsə də, mənası olduğu kimi qalır. Məsələn, «kəl ihni mənfuş» (dağlar isə didilmiş yun kimi olacaqdır) ayəsi, «Kəssovfil mənfuş» oxunmuşdur. Çünki, «ihn» və «sovf» eyni mənanı (didilmiş yun) daşıyır.
    5. Bəzən qiraətdə yaranmış ixtilaflar həm kəlmənin yazılış formasının, həm də mənasının əvəz olunmasına səbəb olur. Məsələn, «və təlhin mənzud» (salxım-salxım sallanmış banan ağacları altında) ayəsi «və təlin mənzud» kimi oxunmuşdur.
    6. Bəzən qiraətlərdə ifadələr bir-birindən ya əvvəl, ya sonra (yəni yerləri dəyişilərək) tələffüz olunur. Məsələn, «və caət səkrətul movti bil həqqi» (ölüm məstliyi həqiqətən gəlir) ayəsi «Və caət səkrətul həqqi bilmovti» oxunmuşdur.
    7. Bəzən də ayəyə əlavə və əskiltmələr etməklə məna baxımından nöqsanlar yaradılır. Məsələn, «Tisə və tisunə nəcətən unsa» (Onun doxsan doqquz dişi qoyunu var).
    «Və əmməl ğulamu fəkanə kafirən və kanə əbəvahu muminin» (Oğlana gəldikdə isə, onun ata-anası mömin kimsələr idi). «Fə innəllahə min bədi ikrahihinnə ləhunnə ğəfərun rəhim» (Kim cariyələri zinakarlığa məcbur edərsə, [bilsin ki,] onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah [zinakarlığa vadar olanları] bağışlayar və rəhm edər).
    Belə ki, birinci ayəyə [ehtiyac duyulmadığı bir halda] «unsa – dişi», ikinci ayəyə «kafirən – kafir» və «kanə – oldu, idi», üçüncü ayəyə isə «ləhunnə – həqiqət o cariyələrə, qadınlara» ifadələri əlavə olunmuşdur.
    Cavab: beşinci nəzəriyyədə yeddi oxunuş səbkisinə verilən izahatların xülasəsi bundan ibarət idi. Bu nəzəriyyəni də bir neçə səbəbdən əsassız hesab etmək olar.
    1. Yeddi oxunuş səbkisini belə bir tərzdə mənalandırmağın heç bir məna və məfhumu yoxdur. Ümumiyyətlə, adları çəkilən şəxslərin qiraətdə mövcud olan ixtilaflardan əsla məlumatları olmamışdır.
    2. İxtilafa səbəb olan amillərdən biri də, ayələrin mənalarının dəyişilib-dəyişilməməsidir. Bir haldakı biz, bu iki müxtəlif amili eyni şey hesab etməməliyik. Çünki, dəyişilən yalnız kəlmənin zahiri formasıdır – istər məna dəyişilsin, istərsə də dəyişilməsin – belə olduqda qiraətdə heç bir dəyişiklik baş verməyəcəkdir. Çünki, qiraətin əvəz olunmasına səbəb məna deyil, kəlmələrin yazılış formasıdır.
    Bu səbəbdən də iki qismə bölünən qiraəti eyni hesab etməliyik və belə olduqda qiraət səbkilərinin sayı yeddi deyil, altı göstərilməlidir.
    3. «Təlhin» kəlməsinin «təlin» və «nənşizu» sözünün «nənşuru» kimi oxunması ixtilafa səbəb olan digər amillərdən hesab olunur. Göründüyü kimi, hər iki ifadədə hərflər dəyişilməklə «ha» hərfinin «ayn» hərfilə, «təlhin» sözünün «təlinlə», «za» hərfinin «ra» hərfilə və «nunşizuha» kəlməsinin «nunşiruha» ilə əvəz olunması qiraətdə müəyyən dəyişikliklər yaradır. Göründüyü kimi, fərq yalnız qiraətdə nəzərə çarpır və bu səbəbdən də bu iki fərqliliyi eyni hesab etməməliyik. Çünki, daha çox əhəmiyyət kəsb edən yazılış deyil, qiraətdir.
    4. Nəql olunmuş rəvayətlərdən məlum olur ki, Quran yalnız bir səbkidə nazil olmuşdur. Lakin, sonralar Peyğəmbərin (s) xahişi nəticəsində onların sayı yeddiyə çatdırılmışdır.
    Məlum olduğu kimi, Quranın bir səbkidə nazil olması bu kimi ixtilafların yaranmasına səbəb ola bilməzdi. Belə bir halda yeddi oxunuş səbki deyildikdə, qiraətdə yaranmış yeddi ixtilafı nəzərdə tutmaq nə dərəcədə düzgün olardı?
    5. Qurani-kərimin əksər ayələri qarilər tərəfindən eyni səbkidə tilavət olunur. Qiraətdə nəzərə çarpan fərqləri nəzərə aldıqda isə yeddi deyil, səkkiz üslub haqqında danışmalıyıq.
    6. Əmr və digər ravilərin nəql etdikləri rəvayətlərdən belə məlum olur ki, qarilər arasında mövcud olan ixtilaflar yalnız kəlmələrin tələffüzündə olmuşdur və bu ixtilaflar yeddi qiraət üsulunun yalnız birini təşkil edir. Lakin Peyğəmbər (s) heç vaxt bu kimi ixtilafların aradan qaldırılması üçün qiraətlərin iki, üç və sonra yeddi səbkiyə çatdırılmasına ehtiyac duymamışdır. Ümumiyyətlə, qiraətlərin Cəbrailin vasitəsilə iki, üç və nəhayət yeddi üsluba qədər artırılmasını yaranmış ixtilaflar ilə əlaqələndirmək olarmı?!
    Cəzairi nəhayət bir qədər orta mövqe tutaraq bu barədə demişdir: Yeddi qiraət səbki barəsində bir çox nəzəriyyələr irəli sürülmüşdür ki, onların əksəriyyəti tamamilə yanlış və əsassızdır. Sanki bu nəzəriyyənin tərəfdarları Peyğəmbərdən (s) nəql olunmuş «Quran yeddi səbkidə nazil olmuşdur» hədisindən əsla agah deyillər. (Tibyan 59-cu səh).
    Kitabın adı: Əl-bəyan 1-ci cild
    Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.