Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Motivasiya bəzən insanı uçuruma da apara bilər
Şeyx Ənsari qədim Nəcəf elm mərkəzinin böyük fəqihlərindən , üsul alimlərindən hesab olunur. O, çox çətin bir şəraitdə yaşamışdır. İnsanlar tərəfindən ona verilən pulları dərs dediyi tələbələrinə və digər faydalı bildiyi yerlərə xərcləyirdi. Nəql edirlər ki, bir gün xanımı bu pullardan bir miqdarını öz şəxsi ehtiyacları üçün də məsrəf etməsini istəyir. Lakin Şeyx Ənsari razı olmur. Çoxlu təkidlərdən sonra götürüb sonra yerinə qoymaq şərti ilə bu işə razılaşır. Bazara yarı yola kimi gedir, lakin bu işin düz olmadığını düşünüb geri qayıdır. Evdə xanımına bərk acıqlanaraq , bir daha belə bir işi etməyəcəyini və xanımının da ona bir daha bu barədə heç bir söz deməməsini əmr edir. Səhəri gün tələbələrindən biri Şeyx Ənsariyə belə bir yuxu danışır.Deyir: “Yuxuda İblisi gördüm.Əlində çoxlu rəngbərəng kəndirlər var idi.Ondan soruşdum ki, bu kəndirlər nədir? Dedi ki, bu kəndirlərin hər biri bir insan üçündür.Hər insanın özünə məxsus kəndiri vardır və onları bu bəzəkli, qalın kəndirlərlə özümə doğru çəkirəm.Tələbə deyir ki, mən yuxuda baxıb gördüm ki, bu kəndirlərdən bəziləri qalın, bəziləri incə, bəziləri qısa, digərləri isə uzun idi. Başa düşdüm ki, etiqadı düz olan insanları daha qalın, etiqadında zəif olanları isə nisbətən nazik kəndirlərlə özünə doğru çəkir. Mən bu zaman İblisdən “Müəllimim Şeyx Ənsarinin , necə, kəndiri var, onu hansı kəndirlə çəkirsən?”- deyə soruşdum.İblis çox qalın bir kəndiri göstərərək dedi ki, “müəlliminin kəndiri bax bu ən qalın kəndir idi.Dünən güclə onu çəkərək bazara kimi gətirmişdim, lakin yarı yolda ipi kəsərək qaçıb getdi”. Bu zaman mən İblisdən bir daha soruşdum: “Bəs mənim kəndirim hansıdır?”. İblis bu zaman belə cavab Verdi: “Sən ağıllı balasan, sənin heç bir kəndirə ehtiyacın yoxdur, səni çağıran kimi o dəqiqə öz xoşunla gəlirsən”. Çox ironik, lakin dərin mənalı bir hekayədir.
Bu kəndirlər bizləri hərəkətə gətirən motivlərimizdir.Hər birimizin zəif bir damarı vardır.Bu kəndiri özümüz öz əlimizə almasaq, öz damarımızı özümüz tutmasaq, bunu başqaları edib bizlərdən öz şəxsi məqsədləri üçün istifadə edə bilərlər.Öz kəndirlərimizi heç kəsin əlinə verməməliyik.Özünüzü müsbət işlərə doğru stimullaşdırın, xeyrə, tərəqqiyə doğru aparın! Şeyx Ənsari üçün ailə böyük dəyərə malik idi.Böyük motivasiya mənbəyi olan ailə bəzən insanı onlar üçün hər cinayətə əl atmağa vadar edir. Motivasiyaların xeyrə, inkişafa səbəb olması gərəkdiyi halda, bəzən süquta, cinayətə, paxıllığa, digərlərinə zərərə, çirkin rəqabətə də gətirib çıxardır. Şeyx Ənsaridə dini motivasiya,ilahi hökmlərə bağlılıq daha güclü idi, bu səbəbdən də ailə,iqtisadi çətinlik faktoru onu yanlış işə sövq edə bilmədi.Lakin əksər hallarda bunun əksinin şahidi oluruq.
Kitabın adı: Arxadakı körpüləri yandırın
Müəllif: Rövşən Abdullaoğlu
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |