» » “Həmd” surəsi (birinci cüz) (6-cı hissə)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    “Həmd” surəsi (birinci cüz) (6-cı hissə)
    0
    Müəllif: Huseynci Medine | 25-11-2016, 13:00 | Baxılıb: 1 745

    http://img.webme.com/pic/h/huseynci/quran11.png
    “Həmd” surəsi (birinci cüz) (6-ci hissə)

     

    ﴿اِهْدِنَا الصِّراطَ الْـمُستَقيمَ﴾

    Bizi doğru yola hidayət et.”

    Nöqtələr

    ◘Qurani-məciddə iki növ hidayətdən danışılır:

    a) Təkvini hidayət; Belə bir hidayət növünə misal olaraq bal arısının hidayətini göstərmək olar. Diqqət edin: arı çiçəklərdən şirəni necə çəkir, necə yuva qurub, bal hazırlayır. Qışda isti ölkələrə köç edən quşları da misal göstərmək olar.

    b) Təşrii hidayət; Təşrii hidayətə misal olaraq ilahi peyğəmbərlərin və səmavi kitabların göndərilməsini göstərmək olar.

    ◘“Sirat” sözü Quranda qırx dəfədən çox işlədilmişdir. Doğru yolun, düşüncə tərzinin seçimi insan şəxsiyyətinin göstəricisidir.

    ◘İnsanın qarşısında müxtəlif yollar uzanmışdır. O bu yollardan birini seçməlidir: nəfs istəkləri yolu, xalqın razılığını qazanmaq yolu, şeytani vəsvəsələr yolu, zalım hakimlərin yolu, qədimdəkilərin, ata-babaların yolu, Allah və Onun övliyalarının yolu.

    Mömin insan Allah və Onun övliyalarının yolunu seçir. Bu yolun o biri yollardan aşağıdakı üstünlükləri vardır:

    a) İlahi yol zalım hakimlərin yolunun, xalqın və insanın istəkləri yolunun ziddinə olaraq, sabit və dəyişməzdir.

    b) Əgər digər yollar çeşidlidirsə, ilahi yol yeganədir.

    v) İlahi yolu gedən insan bu yoldan və məqsəddən arxayındır.

    q) Bu yolda uğursuzluq və müvəffəqiyyətsizlik yoxdur.

     

    ◘–Doğru yol Allahın yoludur.

    ◘–Doğru yol peyğəmbərlərin yoludur.

    ◘–Doğru yol Allaha bəndəlik yoludur.

    ◘–Doğru yol Allaha təvəkkül yoludur.

    ◘–Doğru yol təkallahlıq və yalnız bir Allahdan yardım istəməkdir.

    ◘–Doğru yol Allahın kitabıdır.

    ◘–Doğru yol sağlam fitrət yoludur.

    ◘İnsan həm doğru yolun seçimində, həm də bu yola davam etməkdə Allahdan yardım almalıdır. Necə ki, elektrik lampası öz işığını davamlı şəkildə enerji mənbəyindən alır.

    ◘Hər bir müsəlmanın Allahdan yeganə istəyi doğru yolda olmaqdır. Hətta Allahın rəsulu və məsum imamlar da Allahdan doğru yolda sabitlik diləmişlər.

    ◘İnsan daim bütün işlərdə, o cümlədən, peşə seçimində, dost seçimində, ixtisas seçimində, həyat yoldaşı seçimində, doğru yolu tanımaqda Allahdan yardım istəməlidir. Çünki insan doğru düşünsə də, əməldə büdrəyə bilər. Ya da əksinə, əməldə səlis hərəkət edən insan əqidədə yanıla bilər. Ona görə də Allahdan hər an doğru yol istəmək zəruridir.

    ◘Doğru yolun dərəcələri və mərhələləri vardır. Hətta ilahi övliyalar kimi doğru yolda olanlar da bu yolda qalmaq, hidayət nurunu gücləndirmək üçün dua etməlidirlər. “Həmd olsun aləmlərin Rəbbinə, rəhman və rəhimə” deyən insan artıq hidayət mərhələlərindən bəzisini arxada qoymuşdur. Onun istəyi daha üstün hidayət mərhələsidir.

    ◘Doğru yol Həzrət Əlinin (ə) buyurduğu orta yoldur:

    “Sola-sağa meyillənmə azğınlıq, orta yol isə hidayət yoludur.”

    ◘Doğru yol istər əqidə, istərsə də əməldə orta həddi gözləməkdən (etidal), ifrat və təfritdən çəkinməkdən ibarətdir. Kimi əqidədə doğru yoldan çıxır, kimi də əməl və əxlaqda. Bəziləri də bütün işləri Allaha aid edir. Sanki insanın öz taleyində heç bir rolu yoxdur. Bəziləri isə bütün işlərin öz əlində olduğunu düşünür. Sanki Allahın əlləri bağlanmışdır. Kimi ilahi rəhbərləri adi insan və ya sehrbaz, divanə kimi tanıyır, kimi də onları Allah səviyyəsinə qaldıraraq pərəstiş edir. Kimi məsum imamların, şəhidlərin ziyarətini bidət sayır, kimi də hətta ağaca, daşa təvəssül edib, ip bağlayır. Kimi iqtisadiyyatı əsas sayır, kimi də dünya və onun işlərini faydasız bilir.

    Əməldə də belədir. Kimi yeri gəldi-gəlmədi qeyrət nümayiş etdirir, kimi də öz namusunu küçə və bazara çılpaq göndərir. Biri xəsislik edir, digəri səxavətdə həddi aşır. Kimi xalqdan ayrılır, kimi də haqqı xalqa qurban verir.

    Bu sayaq rəftar və əməllər doğru yoldan azmaqdır. Allah doğru yol olaraq öz möhkəm dinini tanıtdırır. Rəvayətdə məsum imamların belə buyurduğu nəql olunur: “Doğru yol bizim yolumuzdur.” Yəni doğru yolun görünən və əməli nümunəsi, bu yolda qədəm götürmək üçün lazım olan ideal ilahi rəhbərlərdir. Onlar öz göstərişlərində həyatın bütün məsələlərinə, o cümlədən, iş, əyləncə, təhsil, qidalanma, infaq, tənqid, müharibə, sülh, övlad məhəbbəti kimi məsələlərə münasibətlərini bildirmişlər. Onlar öz göstərişləri ilə bizi etidala, orta həddi közləməyə çağırırlar. Maraqlısı odur ki, iblis də həmin doğru yolda pusqu qurmuşdur.

    ◘Quran və rəvayətlərdə etidala, orta həddə çağıran, ifrat və təfriti qadağan edən nümunələr çoxdur. Onlardan bəzilərinə nəzər salaq:

    –"Yeyin-için, amma israf etməyin".

    –“Möminlər infaqda (əl tutmaqda) nə israfçıdırlar, nə də xəsis. Onlar orta həddi gözləyirlər.”

    –“Namazı ucadan və astadan yox, orta səslə qıl.”

    –“Valideynə ehsan et.” Amma səni Allahın yolundan ayırdıqları vaxt onlara itaət etmək lazım deyil.”

    –“Peyğəmbərin də risaləti ümumidir.” “Həm də öz ailəsini dəvət edir”.

    –“İslam həm xaliqlə rabitə vasitəsi olan namazı, həm də xalqla rabitə vasitəsi olan zəkatı tövsiyə edir.”

    –“Nə məhəbbətlər sizi haqqa şahidlikdən uzaqlaşdırsın.. Nə də düşmənçiliklər sizi ədalətdən kənarlaşdırsın.”

    –Möminlərin həm dəf etməsi, həm də cazibəsi vardır.”

    –Həm iman lazımdır, həm də saleh əməl.”

    –Allahdan həm göz yaşı, dua, qələbə istəyi... Həm də çətinliklərə səbir və dözüm diləmək lazımdır. Aşura günü həzrət Hüseyn (ə) həm münacat edir, həm də qılınc çalırdı.

    –Allah evinin ziyarətçisi Ərəfə günü, Qurban bayramı axşamı dua oxuyur, bayram günü isə qurbangahda qanla tanış olur.

    –İslam malikiyyəti qəbul edir. Amma başqasına zərər vurmağa icazə vermir və onu məhdudlaşdırır.

    Bəli, İslam birtərəfli din deyil və bir yönümü götürüb, o biri yönümləri yaddan çıxarmır. İslam bütün işlərdə etidal və orta həddi tövsiyə edir.

    Bildirişlər

    1. Bütün varlıq aləmi Allahın seçdiyi yolla hərəkətdədir. Pərvərdigara! Bizi öz istədiyin yolda qərar ver. (“İhdinəssirata mutəqim”) .

    2. Doğru yola hidayət istəyi təkallahçıların ən mühüm istəyidir. ("İyyəkə nəbudu...)

    3. Doğru yolu əldə etmək üçün dua etmək lazımdır. (“İhdinəssiratal mustəqim”) .

    4. Əvvəlcə sitayiş etmək, sonra dua üçün əl açmaq lazımdır. (“Əlhəmdulillahi... İhdina”) .

    5. İlahi istəklərin ən üstün nümunəsi doğru yol istəyidir. (“İyyəkə nəstəin ihdinəs siratal mustəqim”) .

     

    Kitabin adı: Nur təfsiri (birinci cild)

    Müəllif: Möhsin Qəraəti

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.