Dünya elm dünyasıdır, elmsiz din məqbul deyil
+10
Müəllif:
♥kerbubela♥ | 13-01-2014, 01:12 | Baxılıb: 1 489
Hekayə.
Bir gün bir şəxs soruşdu: "Nə üçün sübh namazı iki rəkətdir?”
Dedim: "Bilmirəm. Allahın göstərişidir, yerinə yetirilməlidir.”
Bilmədiyimi anlayan kimi ziyalı qiyafəsi aldı və dedi: "Dünya elm dünyasıdır, elmsiz din məqbul deyil...”
Mən ondan soruşdum: "Nə üçün nar ağacının yarpağı kiçik, üzüm yarpağı isə böyükdür?”
Dedi: "Bilmirəm.” Təkəbbürü azaldı.
Mən də həmin qiyafəni alıb dedim: "Qardaş, dünyanın elm dünyası olmasını qəbul edirik. Lakin bu o demək deyil ki, varlığın bütün sirlərini bu gün öyrənməliyik. Şübhəsiz, narın nazik, üzümün enli yarpaqları, onların meyvələrinin dadı arasında təbiətşünaslar tərəfindən nə vaxtsa kəşf olunacaq bir rabitəsi vardır. Demək, sirlərin varlığını qəbul edirik. Lakin onların hamısını bilmək iddiasında olan şəxsi qəbul etmirik.
Əgər hər bir əməldən öncə onun fəlsəfəsini öyrənsək, Allahpərəstlik və təslimçilik necə olsun? Vəhy elmdən daha üstün və daha sirlidir. Nə üçün "ziyalılar" hər bir qeyri-dini qanun və proqramı dəlil və sübutsuz qəbul edir, lakin din və Allah qanunlarına gəldikdə çətinliyə düşür və "məntiq əhli" olurlar?!
Əsrarus səlat 47-ci səhifə
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.