Çox ibrətverici bir hekayə.
+5
Müəllif:
♥kerbubela♥ | 10-01-2014, 23:12 | Baxılıb: 2 064
Çox ibrətverici bir hekayə.
Hədiyyə.
Adam 3 yaşındakı qızını, bahalı bir hədiyyəlik örtmə kağızını ziyan etdiyi üçün danlamışdı.
Kiçik qız, böyük bir paket qızıl zərli kağızı bir qutunu əyri-üyrü qucaqlamaq üçün istifadə etmişdi....
Yeni il səhəri kiçik qızı, paketi gətirib"Bu sənin atacan" dediyində kədərləndi adam. Görəsən gərəyindən çoxmu reaksiya vermişdi qızına... Bir gecə əvvəl etdiyindən utandı... Nə var ki paketi açınca yenidən hirsləndi. Qutunun içi boş idi... Qızına yenə qışqırdı:
"Birinə bir hədiyyə verdiyində, qutunun içində bir şey qoymaq lazımdır. Bunu da mı bilmirsən ay qız?"
Kiçik qız gözlərində yaşlarla atasına baxdı, "O qutu boş deyil ki ata" dedi... "Içini öpüşlərimlə doldurmuşdum!..." Adam elə pis oldu ki... Qaçdı... Qızına sarıldı...Bərabər ağladılar Adam o qızıl qutunu ömürünün sonuna qədər yatağının baş ucunda saxladı. Nə vaxt kefi qaçsa, nə vaxt əhvalı pozulsa, nə vaxt özünü pis hiss etsə, qutunu açar, içindən kiçik qızının sevgi ilə doldurduğu xəyali öpüşlərindən birini çıxarardı.
Əslində bütün ana və atalara belə bir qızıl qutunu uşaqları heç bir qarşılıq özləmədən, sevgi və öpüşlərlə doldurub vermişlər. Heç kimin həyatında bundan daha qiymətli bir hədiyyəyə sahib olması mümkün deyil
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.