» » İmam Rizanın (ə) bir kanadalıya lütfü


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Rizanın (ə) bir kanadalıya lütfü
    0
    Müəllif: huseynciyem | 6-02-2014, 23:58 | Baxılıb: 2 265


         

     

    Bəli, İmam Rızanın (ə) lütfü zaman və məkanla məhdudlaşmır. İmam hidayət çırağıdır, bu çıraqdan məsihi də, yəhudi də, müsəlman da faydalanır. İmam pak fitrətləri Allaha doğru yönəldir. Onu səmimi bir çağırışla səsləmək bəs edir.
    Haqqında danışacağımız hadisə höccətül - islam Mehdi Ənsarinin "İmam Rızanın (ə) kəramətləri haqqında böyüklərin söhbəti” kitabında yer alıb. Bu hadisə şəmsi 1372-ci ildə baş verib. İmam Rızanın (ə) hərəmində İnqilab meydanında 35 yaşlı bir xarici kənarından ötənlərdən nəsə soruşurdu. Onu başa düşmürdülər. Nəhayət, dediklərini anlayacaq bir şəxs tapıldı…
    Bu şəxs ingiliscə, özü də Kanadada yayılmış Amerika ləhcəsində danışırdı. Öz dilində, gülər üzlə cavab alanda rahat nəfəs dərdi.
    -Bağışlayın, Əli ibn Musa Riza haradadır?Bir az özümü itirdim. Soruşdum:
    -Bağışlayın, olar ki, özünüzü təqdim edəsiniz?
    -Mən Kanadanın Toronto Universitetinin tələbəsiyəm. Hüquq oxuyuram. Əslən Livanlıyam. Amma Kanadada doğulmuşam, məsihiyəm.
    -Siz məsihisiniz? – təəccübləndim.
    -Bəli, kotolik məsihi.
    -Bəs burada nə işiniz var?
    -Mən İmam Rizanın (ə) görüşünə dəvət edilmişəm.
    -Sizi kim dəvət edib?
    -O özü!
    Başımı itirmişdim. Ölkədə, xaricdə təbliğat təcrübəm olsa da, belə bir şey eşitməmişdim. İmam kimisə özü dəvət edir! Özü də Kanadalı bir məsihini.
    -Siz İmamı görmüsünüz?
    -Bəli, bir neçə dəfə.
    -Şəxsən özünüz?
    -Əlbəttə ki, röya aləmində.
    -İndi görsəniz tanıyarsınız?
    -Əlbəttə tanıyaram.
    Mövzu ciddiləşirdi. Xahiş etdim ki, bir neçə dəqiqə vaxtını mənim ixtiyarımda qoysun, oturub söhbət edək. O, qəbul etdi. Həyəcan vücudumu bürümüşdü, qəlbim şiddətlə döyünürdü.
    -Olar ki İmam Riza ilə tanışlığınızın tarixçəsini danışasınız?Razılaşdı və sözə başladı:
    -Bir gecə Toronto küçələrində gəzişirdim. Bir bina qarşısında xeyli adam toplaşdığını gördüm. Maraqlandım, dedilər ki, İranlıların məscididir. Həmin gecə məsciddə dini mərasim vardı. Binaya daxil oldum. Məni görənlər ayağa qalxıb hörmətlə yer göstərdilər. Natiq ingiliscə söhbət edirdi. Mən ilk dəfə idi bir müsəlman alimin dilindən İslam haqqında eşidirdim. Məsciddən çıxanda hədiyyə kitab payladılar. Mənə də verdilər. Təşəkkür etdim, çox şad idim. Yol boyu natiqin sözləri barədə düşünürdüm. Evə nə zaman çatdığımı hiss etmədim. Paltarımı dəyişib kitabı vərəqləməyə başladım. Hər səhifəni başa vuranda özümdən aslı olmayaraq növbəti səhifəyə keçirdim. Bir sözlə, kitabı başa vurmamış ondan ayrıla bilmədim. Kitab İmam Əli ibn Musa Riza (ə) haqqında idi. Onun şəxsiyyəti, gözəl sözləri məni sehrləmişdi. Bir an olsun unuda bilmirdim. Sübhə yaxın yuxu apardı. Yuxuda filmlərdə görmədiyim bir məmləkətdə idim. Burada nurani bir şəxs vardı. Adam ona baxmaqdan doymurdu. Xahiş etdim ki, mənimlə söhbət etsin. Razılaşdı və bir kənarda əyləşdik.
    -Mənimlə bir işin var? – soruşdu. Özümü itirmiş vəziyyətdə dedim:
    -Təəssüf ki, sizi tanımadım.
    -Mən Əli ibn Musa Rizayam.
    -Bu adı eşitmişəm, amma harada, bilmirəm.
    -Sübhədək oxuduğun kitab mənim haqqımda idi. Sonda Allahdan istədin ki, mənimlə görüşəsən. İndi biz bir yerdəyik.
    -Mən sizinlə qalmaq istəyirəm.
    -Mənim qonağım ola bilərsən.
    -İstəyirəm. Amma sizin ünvanınızı bilmirəm.
    -İran – söylədi. Sonra əlavə etdi – Məşhəd şəhəri. Fikrə getdim. İran barədə eşitmişdim. Amma Məşhəd barədə ilk dəfə idi eşidirdim. Ölkə ilə tanış olmamağım, maliyyə problemi bu səfəri çətinləşdirirdi.
    -Mən sizin görüşə necə gələ bilərəm?
    -Sizin səfəriniz üçün imkan yaradaram. Mənə dəqiq ünvan verdi, nümayəndəliklərdən birini tanıtdırdı. Nümayəndəlikdə 4-cü bacaya yaxınlaşıb özümü təqdim etməyi tapşırdı. Yuxudan oyananda məsələyə ciddi yanaşmadım. Amma eyni yuxu bir neçə dəfə təkrarlandı.
    -Nə üçün yola düşmürsən? – soruşdu. Yuxudan dik atıldım. Tər içində idim. Səhərə qədər yata bilmədim. Səhər açıldı, deyilən ünvana getdim. 4-cü bacaya yaxınlaşdım. Mehriban çöhrəli işçi mənə bileti verib, bildirdi ki, uçuşa çox qalmayıb. Biletin pulu ödənmişdi. Biletdə "Toronto-London-Tehran; Tehran-London-Toronto” yazılmışdı. Kanadalı gəncdən eşitdiklərim bütün vücudumu silkələdi, əsməyə başladım.
    -İndicə çatmışam. Taksiyə dedim ki, məni Əli ibn Musa Rizanın evinə apar, o da buraya gətirdi. Onu harada görə bilərəm?O mənim həyəcanımı görüb təəccübləndi:
    -Nə oldu, siz özünüzü pis hiss edirsiniz?
    -Yox, mən özümü yaxşı hiss edirəm. Sadəcə Əli ibn Musa Rizanın sizə diqqəti məni heyran qoyub. Çox xoşhalam.
    -Axı nə üçün?
    -Çünki o ilahi övliyalardandır. Onu tanıyan hər kəs görşünə tələsir.
    -Olar ki məni onun yanına aparasınız?Hərəmə yaxınlaşdıq. Qonağın əşyalarını Gövhərşah məscidinin qarderobuna verdim. Pillələrlə zərihə yaxınlaşanda izdihamı görüb soruşdu:
    -Gecənin yarı bu insanlar nə üçün buradadır?
    -Onlar da bizim kimi görüşə gəliblər.
    -Düşünürdüm ki, o təkcə məni dəvət edib. Bu izdihamda onu necə görmək olar? Mən onunla təklikdə görüşmək istəyirəm.
    -Məgər o sizi dəvət etməyib?
    -Nə üçün?!
    -Demək, özü sizinlə görüşəcək.
    -Bəs gəldiyimizi necə xəbər verək?
    -Ehtiyac yoxdur, əvvəldə olduğu kimi özü çağıracaq.O heyrət içində idi. Amma daha heç nə soruşmadı. Zirehə yaxınlaşdıq. O bilmirdi zireh nə olan şeydir. Birdən dilləndi:
    -Yəqin ki o, çox yüksəkdə oturub.
    -Yox, elə deyil.Birdən həyəcan içində dedi:
    -Yoxsa o xəyali bir şəxsdir?
    -Yox, o tam həqiqidir. Xəyali şəxs səni dəvət edə bilməzdi, sənə bilet sifariş verib yola salmazdı. Zirehə yaxınlaşanda soruşdu:
    -İnsanlar nə üçün bu barmaqlıqlara sarılıb?
    -İmam Riza (ə) bu zərihin daxilindədir.
    -Onu görmək olar.
    -Bəli.
    -Necə?
    -Allahı gördüyün kimi.Bir az fikrə getdi, "bəli” dedi.
    -Bu vaxta qədər Həzrət İsanı (ə) görmüsən?
    -Bəli, amma yuxuda.
    -Əli ibn Musa Riza da eyni şəkildə təcəssüm edəcək. O min ildən artıqdır ki, şəhid edilib.
    -Bəs bizimlə necə rabitə saxlayırlar?
    -Allahla rabitə necədir? Həzrət Məryəm, həzrət İsa ilə necə rabitə qurursan?
    -Bəli, bizdə (qərbdə) psixoloqlar belə bir telepatik rabitədən, ruhi əlaqədən danışırlar.Onu zirehə yaxınlaşdırdım:
    -Burada dayan, İmam özü görüşə gələcək. Özüm dua kitabı açıb onun kənarında oxumağa başladım. Amma bütün diqqətim onda idi. Birdən danışmağa başladı:
    -İmam Riza! Mən sizin dəvətinizlə gəlmişəm...Onun göz yaşları içində raz-niyazı başa çatanda dedim:
    -Düşünmürdüm ki, istədiyiniz şəxslə görüşdə belə ağlayacaqsınız.Maraqlı idi ki, kanadalı gənc İmamla nə danışmışdı? Dedi:
    -Mən belə təsəvvür etmirdim. Amma bu müqəddəslik məni həyəcanlandırdı və sonda eşitdiyim sözlər vücudumu tərpətdi. O buyurdu ki, artıq yorulmusan, get istirahət et, sabah yenə gələrsən. Müvəqqəti ayrılıq məni daha da kövrəltdi.
    Kanadalı gənc namaz qılmamış, ziyarətnamə oxumamış hərəmdən çıxdı. Tehran otelində ikinəfərlik otaq götürdüm ki, onunla birlikdə qala bilim. Şamdan sonra soruşdum:
    -İmamla nə danışdın?
    -Mən ondan soruşurdum, o da cavab verirdi. Dünyadan, axirətdən, bəşəriyyətin gələcəyindən soruşdum. Suallarımı cavablandırıb tapşırdı ki, dünya və axirət səadətinə çatmaq üçün hökmən Quran oxuyum. Mən dedim ki, Quranın adını eşitmişəm, amma bu vaxta qədər oxumamışam. Özü Qurandan bir hissə oxudu. Çox cazibəli idi. Özümdən xəbərsiz ağlayırdım. Qurana heyran oldum. Dedim ki, yəqin mən də nə vaxtsa Quran oxuyub ləzzət ala biləcəyəm. İmam buyurdu:
    -Yalnız əsas inanclarını qəbul etdiyin zaman ondan tam bəhrələnə bilərsən.
    -İmam, onun əsası nədir? – soruşdum. Cavabında Adəmdən (ə) Məhəmmədə (ə) qədər peyğəmbər silsiləsini sadaladı. Peyğəmbərin səkkizinci canişi olduğunu söylədi. Buyurdu ki, həzrət İsanı (ə) qəbul etdiyim kimi peyğəmbər və canişinlərini də qəbul etməliyəm. Yalnız bu şərtlər daxilində imanım kamil olar, Qurandan bəhrələnərəm.
    Mən kanadalı gənci hərisliklə dinləyirdim.
    -Ağa sənə başqa nə dedi?
    -Mənə dinin beş əsasını sadaladı: tövhid, nübüvvət, ədalət, imamət, məad. Mən bu barədə eşitməmişdim.
    -Dinin adı barədə bir şey demədi?
    -İslam dedi. İnsan müsəlman olmasa dünya və axirət xoşbəxtliyinə çata bilməz.
    -Bəs sən nə etdin?
    -Mən onun sözü ilə İslamı qəbul etdim.
    -Sənə hansısa sözləri dedirtdimi?
    O çətinliklə də olsa şəhadət kəlmələrini təkrarladı*
    -Əşhədu ənla ilahə illəllah, və əşhədu ənnə Muhəmmədən rasuləllah, və əşhədu ənnə Əliyyən vəliyyullah...
    Daha onu narahat etmədim. Düşündüm ki, istirahət etsə yaxşı olar. Sübh hərəmə getmək üçün oyananda o da oyandı:
    -Hara gedirsən?
    -Əli ibn Musa Rizanın görüşünə.
    -Gözlə, mən də gedirəm.
    -Axı sən gecə onunla danışdın...
    -Deyiləsi sözüm çoxddur. Bu tezlikə başa çatmaz.
    Hərəmə çatdıq. Zirehə yaxınlaşanda halı dəyişdi, İmamla söhbətə başladı. Sözünü başa çatdırıb dəstəmaz aldı, namaza dayandı. Ona kimsə namazı öyrətməmişdi. Ərəbcə namaza başladı.
    Sonda mənə dedi:
    -İmama dedim ki, yenə də onun görüşünə gəlmək istəyirəm!

     

     
     
    Bölmə: Hekayələr
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 18 Şubat 2014 17:08 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 7 Şubat 2014 22:23 | Redaktor | Şərh yazdı
    Allahın Salamı Rəhməti və Bərəkəti üzərinizə olsun.Çox təsirli hekayədi,Allah hər birimizə o mübarək yeri görməyi nəsib edər İNŞALLAH.Allah Razı olsun.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: gulsum | Status: İstifadəçi Offline | 6 Şubat 2014 23:13 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun,men nece ildir dua edirem agalarim meni cagirmir,ola biler gunahlarimin coglugundandir,hher ziyaret avtobusu qalgdiqda arxalariyca hesretle baxmisam,Allah tez zamanda agamin ziyaretini istiyenlere qismet etsin,Insallah

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 6 Şubat 2014 22:52 | Administrator | Şərh yazdı
    Cox tesir etdi
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.