وَأمّا حَقُّ الصَّغِيرِ فَرَحْمتُهُ وتَثقِيفُهُ وتَعْلِيمُهُ وَالعَفْوُ عَنْهُ وَالسِّترُ عَلَيهِ وَالرِّفْقُ بهِ وَالمَعُونَةُ لهُ وَالسِّترُ عَلَى جَرَائِرِ حَدَاثتِهِ فَإنّهُ سَبَبٌ لِلتَّوبَةِ وَالْمُدَارَاةُ لَهُ وتَرْكُ مُمَاحَكَتِهِ، فَإنَّ ذَلِكَ أَدنى لِرُشْدِهِ.
"Kiçik yaşlının haqqı budur ki, ona mehribançılıq göstərəsən. Tərbiyə və təlim verib xətalarına göz yumasan. Onunla yumuşaq rəftar edəsən. Ona kömk edib uşaqcasına etdiyi səhvləri bağışlayasan. Çünki, bu tövbəyə səbəb olar. Həmçinin, onu bir daha bu işə tərəf gəlməməyə məcbur edər. Çünki, bu əməl, onun inkişafına daha yaxındır. "
İmam Səccad (əleyhissalam)-ın kiçiklərin haqqı barəsində sözünün qısası budur ki, təlim və tərbiyə zamanı uşaqlarla mehriban olub, eyblərini örtməli və həmişə onlara kömək etmək lazımdır.
Şübhəsiz ki, uşaqların tərbiyə olunmasında xoşrəftarlıq ən mühüm təsiredici yollardan biridir. Bu hissiyyat, uşaqda düzgün şəkildə istifadə olunarsa, sadət və xoşbəxtliyin qaynağıdır. Uşaqların şəxsiyyətlərinin formalaşması və tərbiyələrinin möhkəm olma yollarından biri də uşaqa şəxsiyyət kimi diqqət edib, mərhəmətlə yanaşmaqdır. Mehribançılıq olmayan ailədə böyümüş uşaq, özündə bir növ həqarət və xarlıq hiss edəcək. Belə uşaqın ruhiyyəsi sınmış və hər cür inhiraf yollarına düşmək təhlükəsində var. Ona görə də İmam Səccad (əleyhissalam) uşaqın xətalarını görməməzliyə vurub, onun şəxsiyyətinin hər şeydən ötrü alçadılmasına yol verilməməsinə işarə edir.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) öz tərbiyət məktəbində xırda uşaqlar barəsində belə buyurur:
"Övladlarınıza ehtiram göstərin və onların yanınıda öz rəftar və ədəblərinizi islah edin!”(Qoftar fəlsəfi.c.2.səh.479 )
İmam Səccad (əleyhissalam) uşaqın böyüklərin boynunda olan hüquqlarından, təlim-tərbiyət və pərvərişnə işarə edir. Bu barədə məsum İmamların (əleyhimussalam)-ın yolunu nümunə kimi göstərə bilərik.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi