Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Bu rəvayətlərin ifadələri müxtəlif olduğundan, bə’zilərində “isna əşərə xəlifətən” (on iki xəlifə), bə’zilərində “isna əşərə əmirən” (on iki əmir) və bə’zilərində isə on iki nəfərin vilayət və hökumətindən söz açan “ma vəlahum isna əşərə rəculən” (on iki nəfərin vilayəti) ifadələri qeyd olunmuşdur. Bu rəvayətlərin əksəriyyətində on iki nəfərin xəlifəliyindən söz açılır. Bə’zi rəvayətlərdə təkcə onların neçə nəfərdən ibarət olduğuna işarə edilərək buyurulur: “İsna əşərə kə-iddəti nuqəbai Bəni-İsrail!” (Onlar Bəri-İsrail tayfasının (saleh) rəhbərlərinin sayı qədər, on iki nəfərdirlər!) Bə’zilərində isə, “on iki başçı” ifadəsi işlədilmişdir.
Mə’lum olduğu kimi, bütün bunlar xilafət, vilayət və hökumət işlərinə aid olub, nəticə e’tibarilə eyni mə’nanı ifadə edir.
Digər tərəfdən, bə’zi rəvayətlərdə “Bu din həmişə qüdrətli və yenilməz olacaqdır...!”, bə’zilərində “Mənim ümmətimin işi həmişə məsləhət üzündəndir...”, bə’zilərində “Bu ümmətin işi həmişə uğurlu olacaqdır, əgər...!”, bə’zilərində “Bu ümmətin işi yaxşılığa doğru olacaqdır, əgər...”, bə’zilərində də “Heç kəs bu ümmətə zərər yetirə və onları xar edə bilməz” kimi ifadələr verilmişdir. Bu qəbildən digər rəvayətlər də vardır. Onlarda da bir növ bu həqiqətə toxunulmuş və İslam ümmətinin qüdrəti, qələbə və uğurundan söhbət açılmışdır. Bundan əlavə, bu rəvayətlərin əksər ravi silsilələri fərqlidir.
Üçüncüsü isə bu rəvayətlərdə “kulluhum min Qureyş” (Onların hamısı Qüreyş tayfasındandır) ifadəsi gözə çarpır. Yalnız Qunduzi Hənəfinin “Yənabiul-məvəddət” kitabında nəql etdiyi bir rəvayətdə Peyğəmbər (s) belə buyurmuşdur: “Kulluhum min Bəni-Haşim!” (Onların hamısı Bəni-Haşimdəndir!) O da bunu “Məvəddətül-qurba” kitabından Cabir ibn Səmərədən nəql etmişdir.
Bu hədislərin çoxunda göründüyü kimi, Peyğəmbəri-əkrəm (s) sonuncu cümləni bəyan edərkən səsini alçaldaraq onu məhrəmanə buyurmuşdur. Aydın olur ki, həmin vaxt orada Peyğəmbərin (s) Qüreyş, yaxud Haşimi tayfasından olan on iki nəfər canişinin e’lanı ilə müxalif olanlar varmış. Bu səbəbdən həzrət sonuncu cümləsini məxfiyanə, astadan bəyan etmişdir!
Ümumiyyətlə, bu hədis məşhur, birinci dərəcəli mənbələrdə nəql olunmuşdur və bütün İslam alimləri onu qəbul etmişlər. Bu hədisin mə’nası Əhli-beyt (ə) məktəbi ardıcıllarına tam aydındır. Onun məfhumunu yalnız on iki mə’sum, günahsız imama aid edirlər. Amma onun izahı digər İslam məzhəbləri ardıcılları üçün qaranlıq məsələyə çevrilmişdir. Belə ki, digər məzhəblərin alimləri bu haqda aydın bir söz deməmişlər. Bunun səbəbi də mə’lumdur; çünki ilk xəlifələrin sayı dörd, Əməvi xəlifələrinin sayı on dörd, Abbasi xəlifələrinin sayı otuz yeddi nəfərdir. Bu rəqəmlərin heç biri Peyğəmbərin (s) buyurduğu on iki nəfər xəlifə ilə uyğun gəlmir. Burada biz Hafiz ibn Süleyman ibn İbrahim Qunduzi Hənəfinin e’tirafını həqiqətə uyğun bilməliyik. Belə ki, o, “Yənabiul-məvəddət” adlı məşhur kitabında yazır:
“Bə’zi tədqiqatçılar Peyğəmbərdən (s) sonrakı on iki nəfərdən danışan hədislərin məşhur, eyni zamanda çoxsaylı vasitələrlə nəql olunduğunu bildirmişlər. Zaman ötdükcə mə’lum olacaq ki, Allahın Rəsulunun (s) bu hədisdə məqsədi on iki nəfərdən ibarət Əhli-beyt imamlarıdır. Bunu o həzrətdən sonrakı xəlifələrə tətbiq etmək olmaz və səbəbi də aydındır (çünki onların sayı dörd nəfərdir). Həmçinin onu Əməvi hakimlərinə aid etmək olmaz. Çünki onların sayı on iki nəfərdən çoxdur. Digər tərəfdən Ömər bin Əbdül-Əziz istisna olmaqla, onların hamısı aşkar zülm və haqsızlıqla tanınmışlar. Həm də onlar Bəni-Haşim tayfasından deyillər. Halbuki bu hədisin bə’zi mətnlərində on iki xəlifənin Bəni-Haşim tayfasından olduğu nəql edilir. Bu rəvayət (on iki nəfərin Bəni-Haşim tayfasından olması) xüsusilə sonuncu cümlənin Peyğəmbəri-əkrəm (s) tərəfindən yavaş söylənilməsi ilə daha uyğundur. Peyğəmbəri-əkrəmin (s) sonuncu cümləni astadan söyləməsinin səbəbi bir çoxlarının Bəni-Haşimin xilafətə gəlişi ilə razılaşmamaları olmuşdur.
Əvvəlcə əhli-sünnə olub, sonra şiəliyi qəbul edən doktor Məhəmməd Ticani Səmavi şiə olmasının səbəbi barədə yazdığı “Lə əkunə məəs-sadiqin” (“Düz danışanlarla birgə olam”) adlı kitabında bu məsələ ilə bağlı qısa və eyni zamanda dolğun qeydlərini qələmə alır: “On iki imam barəsində olan hədisləri imamiyyə şilərinin qəbul etdikləri on iki nəfərdən ibarət Əhli-beyt imamlarından başqasına aid etmək düzgün deyil. Əhli-sünnə alimləri və şəxsiyyətləri bu müəmmanı həll etməlidirlər. Çünki onların səhih kitablarında nəql olunan on iki imamın kimliyi indiyədək müəmmalı qalmış və ona heç bir cavab tapmamışlar.”
Maraqlıdır ki, bə’ziləri bu hədisi Əhli-beytdən (ə) başqalarına aid etmək istədikdə, qəribə yollara əl atmışlar; biri Yezid və onun kimilərini guya İslamı qüdrətli və izzətli etdiyinə görə on iki nəfərdən hesab etmiş, digəri on iki nəfər sayı düzəltmək üçün bə’zi xəlifələrin adını özbaşınalıqla silmişdir.
Bizim nəzərimizcə, onlar sakit qalıb bu hədis barəsində bir söz deməsəydilər, daha yaxşı olardı. Maraqlıdır ki, həcc səfərlərinin birində Məscidül-Həramda Məkkə alimlərinin birindən bu hədislə əlaqədar belə bir fikir eşitdim: “On iki imamın dörd nəfəri ilk dörd xəlifədir, səkkiz nəfəri isə gələcəkdə zühur edəcək!”
Halbuki bu hədisi oxuyan hər kəs on iki imamın varlığının hər bir zamanda, ardıcıl olduğunu başa düşür. “Bu din aradan getməyəcək, həmişə izzətli və yenilməz olacaqdır”, yaxud “Bu din aradan getməyəcək və qiyamət gününə qədər duracaqdır” kimi ifadələr açıq-aşkar göstərir ki, Peyğəmbəri-əkrəmin (s) on iki nəfərdən ibarət xəlifələr silsiləsi dünyanın sonuna qədər davam edəcəkdir.
Bu bəhsimizi də Hafiz Əbu Nəim İsfahaninin “Hilyətül-övliya” adlı kitabında nəql olunan bir hədislə sona yetiririk. İbn Abbas Peyğəmbəri-əkrəmdən (s) belə nəql etmişdir: “Hər kim mənim kimi yaşayıb, mənim kimi ölmək və Rəbbimin saldığı “Ədn” bağında məskunlaşmaq istəyirsə, məndən sonra Əlini, onun vəlisini (dostunu) sevsin və məndən sonra gələn imamlara tabe olsun. Çünki onlar mənim Əhli-beytimdirlər!”
Burada mühüm bir məsələyə də qısaca işarə edir, onun geniş izahını gələn bəhslərə saxlayırıq. Şiə və sünni mənbələrində nəql olunan rəvayətlərin çoxunda on iki imamın adı Əhli-beyt məktəbinin qəbul etdiyi kimi göstərilmişdir. Bə’zisində isə yalnız onların birincisi (imam Əli (ə) və axırıncısının (imam Mehdinin (ə)); “Əvvəluhum Əliyyun və axiruhum Məhdiyy!” “Onların birincisi Əli, sonuncusu isə Mehdidir!”) adları çəkilmiş, bə’zilərində də üçüncü imam həzrət Hüseynin (ə) adına işarə olunmuşdur. O həzrət barəsində Peyğəmbəri-əkrəmdən (s) belə nəql olunmuşdur:
هذا اِبْنِى اِمامٌ، اِبْنُ اِمامٍ، اَخُ اِمامٍ، اَبُوا اَئِمَّةٍ تِسْعَةٍ:
“Mənim bu övladım (Hüseyn (ə)) imam, imam övladı, imam qardaşı və doqquz imamın atasıdır!”
Hətta bu hədisdə də on iki imama işarə edilmişdir.
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |