Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Diqqət yetirmək lazımdır ki, Peyğəmbəri-əkrəm (s) bu hədisi yalnız bir dəfə deyil (buna Peyğəmbərin (s) yalnız bir dəfə buyurduğu "Qədir-Xum" hədisini misal göstərmək olar ki, onu müsəlmanlar o həzrətin dilindən eşitmiş və nəql etmişlər), həm də müxtəlif zaman və münasibətlərdə bəyan etmişdir.
Əhli-sünnə mənbələrinə görə, bu hədisin Peyğəmbəri-əkrəmdən (s) nəql olunduğu məntəqələr aşağadakılardan ibarətdir:
1. "Qədir-Xum": Peyğəmbəri-əkrəm (s) sonuncu həcc mərasimindən qayıdarkən "Qədir-Xum"da geniş söhbətdən sonra "səqəleyn" hədisini buyurmuşdur.
2. "Ərəfat": Peyğəmbəri-əkrəm (s) həcdə olarkən "Ərəfə" günü dəvəsinin belində bir xütbə söylədikdən sonra bu hədisi buyurmuşdur. Ötən səhifələrdə qeyd etdiyimiz kimi, "Səhihi-Termizi"də Cabir ibn Abdullah Ənsaridən nəql olunan hədis (2-ci hədis) Ərəfə gününə aid idi.
3. "Cöhfə": Peyğəmbəri-əkrəm (s) həccin “miqat”larından sayılan, Məkkə ilə Mədinə arasında yerləşən "Cöhfə" adlı məntəqədə "səqəleyn" hədisini buyurmuşdur. Bunu İbn Əsir "Usdul-ğabə" kitabında Abdullah ibn Hintəbin tərcümeyi-halında nəql etmişdir.
4. Peyğəmbəri-əkrəm (s) vəfatına səbəb olan xəstəliyi zamanı son vəsiyyətində belə buyurmuşdur: "Ey camaat! Mən tezliklə sizin aranızdan gedəcəyəm və artıq sizə höccətim tamamlandı. Agah olun! Mən sizin aranızda böyük Allahın kitabını və itrətim olan Əhli-beytimi yadigar qoyuram." Sonra Əliyə (ə) işarə ilə buyurdu: " Əli Qur’anla, Qur’an da Əli ilədir. Onlar (Kövsər) hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmazlar. Bu iki əmanətdə yadigar qoyduqlarımdan soruşun!"
Düşünənlər üçün bu hədisdə bir sıra incəliklər var.
5. "Həccətül-vida" (“Vida” həcci): Peyğəmbəri-əkrəm (s) “Vida” həccində "Xif" məscidində belə buyurmuşdur: "Agah olun! Mən sizdən iki ağır əmanət haqda soruşacağam." O həzrətdən "Ey Allahın Rəsulu! İki ağır əmanət nədir?" – deyə soruşulduqda, buyurdu: "Böyük və ağır əmanət Qur’ani-kərimdir. Onun bir tərəfi Allahın əlində (ixtiyarında), digəri isə sizin əlinizdədir. Belə isə, ondan yapışsanız, heç vaxt azğınlığa düşməz və həlak olmazsınız. Kiçik ağır əmanət isə mənim itrətim və Əhli-beytimdir. Hər şeyi bilən Allah mənə xəbər vermişdir ki, bu iki əmanət eynilə mənim iki yanaşı üzüyüm kimi “Kövsər” hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmayacaq."
6. Peyğəmbəri-əkrəm (s) (Məkkənin fəthindən sonra) Taifdən qayıdan zaman bu hədisi buyuraraq mühüm bir məsələni açıqlamışdır.
Peyğəmbəri-əkrəmin (s) Səqəleyn hədisini müxtəlif yerlərdə – Mədinədə, həcc mərasimində, "Ərəfə" günündə, "Xif" məscidində ("Mina"da), Məkkə ilə Mədinə arasında və digər məntəqələrdə müsəlmanların zəlalətə düşməmələri üçün tə’kidlə təkrarlaması o iki əmanətin yüksək əhəmiyyət daşımasına bir sübutdur. Doğrudan da, bu qədər tə’kid və təkrardan sonra Peyğəmbərin (s) yadigar qoyduğu Qur’an və Əhli-beytdən uzaqlaşmağımız, yaxud yanlış yozumlara əl atmağımız aşkar zəlalət və azğınlıq deyilmi?! Peyğəmbərin (s) iyirmidən artıq səhabəsindən iki yüzə yaxın məşhur və birinci dərəcəli İslam mənbəyində nəql olunan, sənədində heç bir şəkk-şübhə olmayan belə hədisin üzərindən asanlıqla keçmək olarmı?! Şübhəsiz, belə bir inadkarlığın ağır nəticələri var.
İslam peyğəmbərini (s) Allahın rəsulu, peyğəmbərlərin sonuncusu, ilahi vəhyin əmanətdarı kimi tanıyan şəxs bilməlidir ki, o həzrətin iki böyük və ağır əmanətə sarılmağın vacibliyini, eləcə də, onlardan uzaqlaşanların azğınlığa düşdüklərini tə’kidlə vurğulamasında mühüm bir sirr, İslamın əsası ilə bağlı danılmaz bir həqiqət var.
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |