Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Məhəmməd” (s) surəsinin 30-cu ayəsində buyurulur:
وَلَوْ نَشَاء لَأَرَيْنَاكَهُمْ فَلَعَرَفْتَهُم بِسِيمَاهُمْ وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ
“Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərərdik, sən də onları mütləq tanıyardın. Sən onsuz da onları danışıq tərzlərindən tanıyacaqsan!”
Bu ayədə isə düşmənçiliyə işarə olunur. Allah-taala münafiqlər və onların nişanələri haqda söz açaraq buyurur: “Əgər Biz istəsək, onları sənə göstərər, hətta onların çöhrələrinə əlamət və nişanə qoyarıq. Bununla da bir baxışla onları tanıyarsan.” Sonra əlavə edərək buyurur: “Sən onsuz da onları danışıq tərzlərindən tanıyacaqsan!” Çünki hər vaxt cihad və müharibədən söz düşəndə, onlar bu işdən boyun qaçırmağa və camaatı ruhdan salmağa cəhd göstərəcək, yaxşı və pak insanlardan söz düşdükdə isə onları ləkələməyə çalışacaqlar.
Əbu Səid Xudridən nəql olunan məşhur bir hədisdə “Onsuz da onları danışıq tərzlərindən tanıyacaqsan” cümləsinin təfsiri ilə bağlı belə deyilir: “Onlar Əli ibn Əbi Talibə olan kin-küdurət və ədavətləri ilə tanınarlar.”
Hakim Həskani “Şəvahidut-tənzil” kitabında bu hədisi üç sənədlə, Süyuti isə “Əd-durrul-mənsur” təfsirində İbn Mərdəveyh və İbn Əsakirdən (onlar da Əbu Səid Xudridən) nəql etmişlər.
Süyuti İbn Abbasdan başqa bir rəvayət nəql edir: “Biz Peyğəmbəri-əkrəmin (s) dövründə münafiqləri yalnız Əli ibn Əbi Talibə (ə) kin-küdurət və ədavətləri ilə tanıyırdıq!”
Bu hədisi nəql edən ravilər və kitablar yuxarıdakılarla bitmir. Onu Cabir ibn Abdullah Ənsari və Əbuzər Qifari də nəql etmişdir.
İbn Əbdül-Bir “İstiyab” kitabında Cabir ibn Abdullah Ənsaridən, Muhibbuddin Təbəri isə “Ər-riyazun-nuzrə” kitabında Əbuzər Qifaridən belə nəql etmişdir: “Biz Peyğəmbəri-əkrəmin (s) dövründə münafiqləri ancaq üç yolla tanıyırdıq: Allahı və Peyğəmbəri (s) təkzib etdikdə, namazdan (camaat namazından) boyun qaçırdıqda və Əli ibn Əbi Talibə (ə) ədavət bəslədikdə.”
İbn Əsakir “Tarixud-Dəməşq” kitabında Əbu Səid Xudridən, Cabir ibn Abdullah Ənsaridən, İbadət ibn Samitdən və Məhbub ibn Əbiz-Zənaddan bu məzmunda və buna oxşar bir neçə hədis nəql etmişdir.
İbadət ibn Samitin rəvayətində belə deyilir: “Biz övladlarımızı Əli ibn Əbi Talibin (s) məhəbbəti ilə tanıyırıq. Kimin Əli ibn Əbi Talibi (ə) sevmədiyini görsək, bilirik ki, bizdən deyil!”
Məhbub ibn Əbiz-Zənadın hədisində ənsarın dili ilə deyilir: “Nə vaxt bir kəs Əli ibn Əbi Talibə (ə) qarşı kin-küdurət və ədavət göstərsəydi, başa düşürdük ki, o, öz atasının oğlu deyil!”
Bu məzmunda rəvayətlər çoxdur və bəhsimizi Peyğəmbəri-əkrəmin (s) buyurduğu bir hədislə sona yetiririk. Peyğəmbəri-əkrəm “Xeybər” günü imam Əli (ə) haqqında geniş söhbəti əsnasında belə buyurmuşdur:
يا اَيُّهَا النّاسُ اِمْتَحِنُوا اَوْلادَكُمْ بِحُبِّهِ، فَاِنَّ عَلِيّاً لا يَدْعُو اِلى ضَلالَةٍ وَلا يُبْعِدُ عَنْ هُدىً، فَمَنْ اَحَبَّهُ فَهُوَ مِنْكُمْ وَمَنْ اَبْغَضَهُ فَلَيْسَ مِنْكُم!:
“Ey camaat! Övladlarınızı Əli məhəbbəti ilə sınaqdan keçirin. Həqiqətən, Əli (heç kimi) azğınlığa də’vət etməz və hidayətdən uzaqlaşdırmaz. Onu sevən sizdəndir, ona kin-küdurət və ədavət bəsləyən isə sizdən deyil!”
Bu rəvayətləri diqqətlə araşdırdıqda, elə bir şəxsiyyətlə üzləşirik ki, ona eşq və məhəbbət iman, onunla ədavət küfr və münafiqlik nişanəsidir. Bu rəvayətlər imam Əlinin (ə) tərəfdarlarına ağır işkəncələr verən, düşmənlərini isə vəzifə kürsüsündə əyləşdirən “əməvilər” kimi azğın sülaləni ötüb-keçmiş, həmin dövrün insanlarının dilində dolanmışdır. Hətta ümumi məclislərdə o həzrəti söymək və lə’nətləmək vəzifəyə çatmaq üçün bir vasitə sayılırdı. Doğrudan da, dünyanın şərqini qərbini bürüyən, tarix, təfsir və hədis kitablarında tez-tez xatırlanan fəzilətlərin inadkar düşmənlərin nəzarətindən yayınıb, bu gün bizim əlimizə çatması təəccüblüdür. Bu bütün əsrlərdə haqq nurunun qorunmasının Əli ibn Əbi Talibin (ə) imamət və xilafətinin bütün nəsillərə çatdırılmasının yalnız ilahi yardımlarla mümkün olduğunu göstərir!
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |