Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Araşdırdığımız mövzu ilə əlaqədar yalnız bir sual qalır. Bə’zi rəvayətlərdə – sayca az da olsa – "və itrəti Əhli-beyti" (itrətim olan Əhli-beytim) ifadəsinin yerinə "və sünnəti" (mənim sünnəm) qeyd olunmuşdur. Bu "Sünəni-Beyhəqi" kitabında iki yerdə qələmə alınmışdır. Bir yerdə İbn Abbas Peyğəmbəri-əkrəmdən (s) nəql edir ki, həzrət sonuncu həcc mərasimindəki xütbəsində buyurdu: "Sizin aranızda iki ağır əmanət qoyuram. Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: "Kitabəllah və sünnətə nəbiyyihi" yə’ni "Allahın kitabı və Peyğəmbər sünnəsi!" Başqa bir yerdə isə eynilə bu məzmunda bir hədis Əbu Hüreyrədən nəql edilmişdir.
Əhli-beytin (ə) açıq-aşkar bəyanlarını, bə’zi hədislərdə bu sözün üç dəfə təkrar və tə’kid olunmasını, bə’zi hədislərdə imam Əlinin (ə) adının çəkilməsini, eləcə də Peyğəmbəri-əkrəmin (s) Əlini (ə) öz Əhli-beyti kimi tanıtdırdığı hədisləri kənara qoyub, təkcə belə nadir rəvayətə istinad etmək qətiyyən düzgün deyil. Görünür ki, dövrün hakim dairələri öz mənafelərini qorumaq üçün bu hədisdə bir sıra dəyişikliklərə əl atsalar da, onu tamamilə təhrif edə bilməmişlər. Bir də bu iki hədis (“sünnəti” sözünün düzgünlüyünü fərz etsək belə) bir-birilə heç bir ziddiyyət təşkil etmir: Peyğəmbəri-əkrəm (s) bir yerdə “kitab” və “sünnə”yə, digər bir yerdə isə “kitab” və “Əhli-beyt”ə (ə) işarə etmişdir. Öncə qeyd etdiyimiz kimi, həzrət bu hədisi (əhli-sünnənin məşhur mənbələrindəki çoxlu rəvayətlərə əsasən) müxtəlif məntəqələrdə – “Vida” həccində, “Xif” məscidində, “Ərəfə”də, “Cöhfə”də, “Qədir-Xum”da, Taifdən qayıdanda, Mədinədə minbərdə və vəfatına səbəb olan xəstəliyi zamanı bəyan etmişdir. Beləliklə, Həzrətin bir yerdə “Əhli-beyt”, digər bir yerdə isə “sünnəti” deyə buyurmasında heç bir ziddiyyət yoxdur.
Əsas e’tibarilə heç kim Peyğəmbərin (s) sünnəsinin mühüm bir yadigar və əmanət olduğunu inkar etmir. Mümkündür, müsəlman bir şəxs Qur’ani-kərimin “ma atakumur-Rəsul fə-xuzuhu və ma nəhakum ənhu fəntəhu” (Peyğəmbərin sizə gətirdiklərinə əməl edin, qadağan etdiklərindən isə çəkinin), ayəsilə təsdiq olunan Peyğəmbər sünnəsinə əməl etməsin. Lakin bu mə’na Əhli-beytə (ə) tabe olmağa və onlardan yapışmağa çağıran hədislərlə heç bir ziddiyyət təşkil etmir. Başqa sözlə, iki rəvayətdən birinə o zaman üstünlük verilir ki, onlar bir-birilə ziddiyyət təşkil etsin. Halbuki geniş mə’na ifadə edən bu iki rəvayət arasında heç bir ziddiyyət yoxdur. Ümumiyyətlə, Əhli-beytə (ə) tabe olmağın özü Peyğəmbər (s) sünnəsinə tapınmağın bariz nümunələrindəndir. Hər kim Əhli-beytə (ə) itaət etsə, sünnəyə əməl etmiş, hər kim itaət etməyib, onlardan üz çevirsə öz nəzərini Peyğəmbərin (s) əmrindən üstün tutsa, sünnəni tərk etmiş və Allahın Rəsuluna (s) itaətdən boyun qaçırmışdır.
Doğrusu, bu bəhanələrlə “səqəleyn” hədisinin biz müsəlmanların üzərinə qoyduğu mühüm vəzifələrdən boyun qaçıra bilmərik. Şübhəsiz, bu hədislər “təvatür” həddindədir, onların sənədinə heç bir irad yoxdur.
Qeydlərimizi Şafeinin (şafei məzhəbinin banisi) bu barədəki mədhi ilə sona çatdırırıq:
Və ləmma rəəytun-nasə qəd zəhəbət bihim,
Məzahibuhum fi əbhuril-ğəyyi vəl-cəhli.
Rəkibtu əla ismillahi fi sufunin-nəcati,
Və-hum alu-bəytil-Mustəfa xatəmir-rəsuli.
Və əmsəktu həbləllahi və huvə vilauhum,
Kəma qəd umirna bit-təməssuki fil-həbli...
“Camaatın məzhəb və təriqətlərilə azğınlıq və nadanlıq dəryasında batdığını görüb, Allahın adı ilə “nicat gəmisi”nə sığındım. O gəmi sonuncu Peyğəmbərin Əhli-beytidir. İlahinin (uzatdığı) vilayət ipindən yapışmışam. Necə ki Allahın ipindən (Qur’ani-kərimdən) yapışmağa əmr olunub. Nə yaxşı olar ki, hamı hər işdə onlara sığınıb, haqqı onlarda arasın!”
Ötən rəvayətlərin çoxunda “Kövsər” hovuzunun adının çəkilməsindən belə mə’lum olur ki, bu hovuz behişt qapılarının arxasında və behiştin girişində yerləşir. Mö’minlər, əməlisalehlər və pərhizkarlar Peyğəmbəri-əkrəm (s) və Əhli-beytlə (ə) orada görüşəcəklər.
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |