Həzrəti-Seyyiduş-Şühəda
Mahi Muhərrəm oldu, şəfəqdən çıxıb hilal,
Qılmış əza, töküb üzə xun birlə əşki-al.
Övladi-Mustəfayə mədəd qılmamış Fərat,
Keçirməsinmi yerlərə ani bu infi al?
Çoxdur hekayəti-ələşi-şahi-Kərbəla,
Əlbətdə, çox hekayət olub məvcibi-məlala.
İbrətlə bax qəmi-şühəda şərhin etməyə,
Hər səbzə Kərbəladə açıbdır zəbani-hal.
Təəcdidi-matəmi-şühəda qıldı ruzigar,
Zar ağla, ey könül, bu gün olduqca ehtimal.
Meydani-çərxi cilvəgahi-dudu-ah qıl,
Görduni-duni güneyi-matəmsiyah qıl.
Mahi Muhərrəm old, musərrət hərəmdir,
Matəm bu gün şəriətə bir ehtiramdır.
Təcdidi-matəmi-şühəda nəfsiz degil,
Qəflətsərayi-dəhrdə tənbihi-amdir.
Qovğayi-Kərbəla xəbərin səhl sanma kim,
Nəfsi-vəfayi-dəhrə dəlili-təmamdir.
Hər zərrə əşk kim, tökülür zikri-al ilə,
Səyyrəyi-sipəhri-uluvvi-məqamdır.
Hər məddi-ah kimi, çəkilir əhli-beyt üçün,
Miftahi-rövzeyi-dəri-darus-səlamdır.