» » "Ulil-əmr" (əmr sahibləri) ayəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    "Ulil-əmr" (əmr sahibləri) ayəsi
    0
    Müəllif: Huseynci Medine | 2-10-2016, 10:00 | Baxılıb: 891

    "Ulil-əmr" (əmr sahibləri) ayəsi

    Bu ayədə Allaha, Peyğəmbərə və əmr sahiblərinə tabe olmağın vacibliyi vurğulanır:

    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ

    "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə tabe olun!"

    Allah və Peyğəmbərə (s) tabe olmağın vacibliyi mə’lum məsələdir. Amma bu tabeçilikdə Allah və Peyğəmbərlə (s) yanaşı "ulil-əmr" kimdir? (əmr sahibləri) Bu barədə təfsirçilər arasında fikir ayrılığı mövcuddur.

    Şiə və Əhli-beyt (ə) məktəbinin bütün alim və təfsirçilərinin yekdil nəzərinə əsasən, "əmr sahibləri" İslam ümmətinin maddi və mə’nəvi rəhbərləri olan mə’sum imamlara aiddir. Çünki Allah və Peyğəmbərə (s) itaətlə eyni səviyyədə zəruri sayılan itaət yalnız mə’sum imamlara itaət ola bilər. Lakin digərlərinə itaət həmişə müəyyən qeyd-şərtlə məhdudlaşır və onlara mütləq itaət əsla mövcud deyil.

    Halbuki sünni alim və təfsirçilər arasında "əmr sahibləri"nin kimliyi ilə bağlı böyük fikir ayrılığı mövcuddur. Bə’ziləri "səhabə"lərin, bə’ziləri "ordu sərkərdələri"nin, bə’ziləri də "dörd xəlifə"nin (raşidi xəlifələrin) nəzərdə tutulduğunu iddia edir, amma tutarlı bir dəlil göstərmirlər.

    Başqa bir qrup isə "əmr sahibləri"ni alimlər mə’nasında yozmuş və "Nisa" surəsinin 83-cü ayəsinə istinad etmişlər:

    وَإِذَا جَاءهُمْ أَمْرٌ مِّنَ الأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُواْ بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُوْلِي الأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنبِطُونَهُ مِنْهُمْ

    "Onlara qələbə və ya məğlubiyyət xəbəri çatdıqda, dərhal (araşdırmadan) onu yayarlar. Halbuki bunu Peyğəmbərə və ya özlərindən olan əmr sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varanlar bilərdilər."

    Hazırkı ayədə itaətin qeyd-şərtsiz göstərilməsi və "Nisa" surəsinin 83-cü ayəsinin hər hansı bir xəbərin araşdırılması barədə nazil olmasına diqqət yetirməklə iki fərqli məsələ qarşıya çıxır. Onları bir mə’naya yozmaq olmaz. Bir şeyi araşdırmaq qeyd-şərtsiz itaətdən tam fərqlənir. İkinci yalnız mə’sumlar barədə təsəvvür olunur. Birinci isə daha geniş mə’naya malikdir.

    Bə’zi sünni təfsirçiləri beşinci bir ehtimalla çıxış edirlər: "Əmr sahibləri"ndə məqsəd xalq nümayəndələri, hakimlər, rəislər, alimlər və müxtəlif vəzifə sahibləridir. Başqa sözlə, "sadiqlər"də məqsəd ixtilafları aradan qaldıran və camaatın işlərini tənzim edənlərdir. Onlar müəyyən bir məsələdə yekdil fikrə gəlsələr, onlara qeyd-şərtsiz itaət vacibdir, (bu şərtlə ki, ayədə "minkum" ifadəsinə əsasən, onlar bizdən olsun, Peyğəmbər (s) sünnəsinə qarşı çıxmasın, başqaları tərəfindən məcbur edilməsin, hamısı bir fikirdə olsun və həll olunan məsələ də ümumi məsələlərdən olsun). Onlara tabe olmaq müqəddəs şəriət tərəfindən dəlil göstərilənədək vacibdir. Bu zümrə mə’sum və günahsız olduğundan onlara qeyd-şərtsiz itaət etmək əmr olunmuşdur.

    Bütün bu təfsirlərə əsasən, "əmr sahibləri" beş şərtə malik alim, hakim və vəzifə sahiblərinə aid edilmişdir: 1) müsəlman olsun; 2) Peyğəmbər (s) sünnəsinə qarşı çıxmasın; 3) rə’yində məcbur olmasın; 4) şəriətdə onların nəzərinə qarşı bir hökm olmasın; 5) yekdil qənaətə gəlsinlər. Onlar bu şərtlərə malik şuranı mə’sum və günahsız hesab edirlər.

    Doğrudanmı, ayədə qeyd olunan "əmr sahibləri"ndə məqsəd budur? Görəsən, müsəlmanlar və Peyğəmbər (s) səhabələri bu ayəni eşitdikdə, yuxarıdakı mə’nanımı başa düşürdülər? Yoxsa bu mə’na xeyli zəhmətdən sonra ayəyə zorla qəbul etdirilmişdir ki, şiələrin qəlbən inandıqları mə’sum imamlar nəzərdə tutulmasın?!

    Zahirən, "Əl-mənar" kitabının müəllifi bu ehtimalı Fəxri-Razidən götürmüşdür. Belə ki, Fəxri-Razi yazır: "Bizim nəzərimizcə, bu ayə («özünüzdən olan əmr sahibləri») ümmətin (yekdil fikrinin) höccət, mö’təbər olmasına dəlildir! Allah-taala əmr sahiblərinə itaəti qeyd-şərtsiz əmr etdiyindən, onlar günahsız və xətadan uzaqdırlar. Əgər belə olmasaydı, xətaya yol verə biləcəkləri təqdirdə mütləq itaət əmrinə şübhə yaranardı. Xəta etdikləri zaman harama düşdükləri üçün bir işdə həm əmr, həm də qadağa qarşıya çıxı. Bu isə qeyri-mümkündür. Mə’lum olur ki, əmr sahiblərinə itaətin mütləq şəkildə qeyd edilməsi onların mə’sum və günahsız olduğunu göstərir."

    Sonra əlavə edərək belə yazır: "Bu mə’sumlar ya ümmətin hamısı, ya da onların bir qismidir. İkinci ehtimal düzgün deyildir, çünki biz mütləq o qismi tanımalı və onlardan faydalanmalıyıq. Halbuki mə’sum imamı tanımaqda acizik. Buna əsasən, qeyd-şərtsiz itaəti vacib olan mə’sum şəxs bir fərd, yaxud müəyyən bir qrup yox, bütün ümmətdir."

    Fəxri-Razi, "Əl-mənar" kitabının müəllifi kimi şəxslərin bu ayəni heç bir səhabənin qəbul etmədiyi şəkildə təfsir etməsinin səbəbi onun Əhli-beyt mə’sumlarına aid edilməsilə əlaqədardır. Onlar əmr sahiblərinin mə’sum və günahsız olması aydın ikən müəyyən bir şəxsi mə’sum imam kimi qəbul etmək istəmir, səhabələrdən fərqli təfsirlərə əl atırlar.

    Qəribədir ki, bə’zi sünni təfsirçilərinin əqidəsinə görə, “əmr sahibləri”ndə məqsəd padşahlar, hakimlər və əmirlərdir. Müsəlmanlara hökmranlıq edən hər bir hakimə (istər ədalətli, istərsə də zülmkar, istər doğru, istərsə də azğın yolda olsun, istər Allaha itaətə də’vət etsin, istərsə də Ona qarşı çıxsın) itaət etmək vacibdir. Necə ki, "Əl-mənar" kitabının müəllifi üstüörtülü şəkildə belə yazır: "Bə’ziləri bu ayəyə görə, bütün hakimlərə itaəti vacib bilirlər."

    Bundan da qəbahətlisi yuxarıdakı təfsirin sübutu üçün Peyğəmbəri-əkrəmə (s) aid edilən şübhəli və saxta rəvayətlərdir. Guya, bu rəvayətlərin birində Yezid Co’fi Peyğəmbəri-Əkrəmdən (s) "Ya Peyğəmbər, əgər haqqımızı əlimizdən alan, onu bizə qaytarmayan (zalım) hakimlər bizə rəhbərlik etsə, onda nə edək" soruşduqda, o həzrət buyurmuşdur: "Onların əmrinə qulaq asın və itaət edin!"

    Həmin kitabda qeyd olunan başqa bir rəvayətdə Əbuzərin belə dediyi nəql olunur:

    اِنَّ خَلِيلِى اَوصانِى اَنْ اَسْمَعَ وَاَطِيعَ وَاِنْ كانَ عَبْداً مُجَدَّعُ الاَطْرافِ

    "Mənim dostum (Peyğəmbər) mənə (hakim və əmirlər) əl-ayaq kəsən olsalar belə, tabe olmağı tövsiyə etdi." (Bə’ziləri hədisdə göstərilən “mücəddəul-ətraf” ifadəsini “əl-ayaq kəsən şəxs” deyil, “alçaq və çirkin ailədə dünyaya gələn şəxs” mə’nasında təfsir etmişlər.)

    Şübhəsiz, əziz İslam peyğəmbərinin (s) əql və şəriətlə uyğun gəlməyən belə bir göstəriş verməsi qeyri-mümkündür. Halbuki o həzrətdən belə bir hədis nəql olunmuşdur:

    لا طاعَة لِمَخْلوُقٍ فِى مَعْصِيَةِ الْخالِقِ

    "Xaliqə qarşı günah edən məxluqa itaət etmək caiz deyil!"

    Əbuzərin adından Peyğəmbərə (s) aid edilən hədislərin saxtalığına ən tutarlı dəlil Əbuzərin öz həyat tərzidir. O, həyatı boyu zülmkar, azğın hakim və əmirlərlə mübarizə aparmış, elə bu yolda da ömrünü başa vurmuşdur. Halbuki Peyğəmbərin (s) məqamı daha üstündür. Heç bir ağıllı insan xilafkar və zülmkar hakimə itaətin vacibliyini dilinə gətirməz. Xüsusilə, bu hədis həm şiə, həm də sünni alimləri arasında məşhurdur: "Xaliqə qarşı günah edən məxluqa itaət etmək caiz deyil!"

    Beləliklə, bu ayəni hər hansı mə’naya yozmağa bir bəhanə yoxdur.

    Burada daha iki irad qalır:

    1. Əgər "əmr sahibləri"nin məfhumu mə’sum imamlara şamildirsə, bu cəm formasında işlənən "uli" (sahiblər) sözü ilə uyğun gəlmir. Çünki şiələrin əqidəsinə əsasən, mə’sum imam eyni dövrdə bir nəfərdən çox ola bilməz.

    Cavab: Bu irada ötən bəhslərdə cavab verildi. Belə ki, eyni zamanda mə’sum imamın bir nəfərdən artıq olmaması doğrudur. Lakin ayə bütün zamanlara aid edildikdə mə’sum imamlar bir qrup təşkil edirlər. Ərəb dilində buna bənzər ifadələr çoxdur. Məsələn, "Əssəlamu əleykum və əla ərvahikum və əcsadikum" (Sizə, sizin ruh və cismlərinizə salam olsun!) deyən, kimsə bu salama irad tutub, “insan bir ruh və bir cisimdən ibarət olduğu halda, nə üçün ruh və cisim cəm formada işlənmişdir” demir. Çünki buradakı cəm forması onların məcmusuna işarədir.

    Deməli, Peyğəmbəri-əkrəmin (s) hər dövrdə bir mə’sum canişini olmasına baxmayaraq, bütün zamanları nəzərə almaqla (onların sayı çox olduğundan) ayədə "əmr sahibləri" cəm formada işlədilmişdir.

    2. Peyğəmbəri-əkrəmin (s) dövründə mə’sum imam olmadığından, ona itaət əmri necə mümkündür?

    Cavab: Əgər bu ayə yalnız Peyğəmbəri-əkrəmin (s) öz dövrünə aid olsaydı, belə bir irad mümkün idi. Lakin onun bütün müsəlmanlar üçün qiyamət gününə qədər ümumi bir göstəriş olduğuna diqqət yetirdikdə bu şübhə aradan qalxır. Peyğəmbəri-əkrəmin (s) dövründə əmr sahibi o həzrətin özü, sonrakı dövrlərdə isə mə’sum imamlardır. Bu belə bir ifadəyə bənzəyir: "Peyğəmbər və onun canişinlərinə itaət etmək müsəlmanların vəzifəsidir!" Bu əmr canişinlərin məhz o həzrətin dövründə olduğunu göstərmir.

    Qeydlərimizi şiə və sünni kitablarında bu ayənin təfsirində həzrət Əli (ə) və digər mə’sum imamlara aid gələn bir neçə hədisə qısa şəkildə işarə etməklə yekunlaşdırırıq.

    Şeyx Süleyman Qunduzi Hənəfi "Yənabiul-məvəddət" kitabında Mücahidin təfsir kitabından belə nəql edir: “Allaha, Peyğəmbərə və sizlərdən olan əmr sahiblərinə itaət edin” ayəsi Əli (ə) barəsində nazil olmuşdur. Bu ayə nazil olarkən Peyğəmbəri-əkrəm (s) onu ("Təbuk" müharibəsində) Mədinədə öz canişini tə’yin etmişdi.

    Həmçinin imam Əlidən (ə) belə nəql edir ki, o həzrət mühacir və ənsar qrupları ilə söhbət zamanı bu ayəni onlara dəlil gətirdikdə, onlar heç bir e’tiraz etməyib susdular.

    "Şəvahidut-tənzil" kitabında Hakim Həskaninin "əmr sahibləri"nin təfsiri ilə əlaqədar imam Əlidən (ə) belə bir hədis nəql olunmuşdur:

    يا نَبِىَّ اللهِ مَنْ هُمْ؟ قالَ اَنْتَ اَوَّلُهُمْ

    "Mən Peyğəmbəri-əkrəmdən (s) "Ya Peyğəmbər, onlar kimlərdir," deyə soruşduqda, o həzrət buyurdu: "Sən onların birincisisən!"

    Bu ayənin mə’sum imamlara aid olması ilə əlaqədar Əhli-beytdən (ə) çoxlu rəvayət nəql olunmuş, onların hər birində "əmr sahibləri"nin mə’sum imamlardan ibarət olduğu açıqlanmışdır.

     

    Kitabın adı: İmamət haqqın dili ilə

    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.