Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İşarə:
Şiə məzhəblilər arasında dörd imamı qəbul edən “zeydiyyə”, yeddi imamı qəbul edən “ismailiyyə” kimi firqələr olsa da şübhəsiz, ən məşhur məzhəb olaraq dünya müsəlmanlarının mühüm bir hissəsini təşkil edən “imamiyyə” şiələridir. Onlar İraqda, İranda, Azərbaycanda və Bəhreyndə çoxluq, bə’zi ölkələrdə isə cəmiyyətin bir qismini təşkil edirlər. İmamiyyə şiələrinin on minlərlə tələbənin təhsil aldığı və İslam maarifini öyrəndiyi böyük elmi mərkəzləri var. Şiə alimləri tərəfindən “İslam əqidələri”, “fiqh”, “üsul”, “təfsir”, “hədis”, “fəlsəfə”, “rical”, “dirayə” və “İslam tarixi” mövzusunda on minlərlə kitab yazılmış və çap olunmuşdur. Böyük və görkəmli alim Şeyx Ağabozorg Tehraninin son zamanlar iyirmi altı cilddə çap olunan “Əz-zəriətu ila təsanifiş-şiə” adlı kitabında şiə alimlərinin on mindən artıq əsəri qısa şərh edilmişdir. Mə’lum olur ki, şiə alimləri İslama və elmə nə qədər böyük xidmət göstərmişlər.
Yaxşı olar ki, maraqlananlar dünyanın müxtəlif məntəqələrində yerləşən şiə elmi mərkəzlərinə baş vurub, böyük alim və tələbələrlə yaxından tanış olsunlar, onların əsərlərini araşdırsınlar.
Təəssüf ki, bir çox müsəlman ölkələrində informasiyaya ciddi nəzarət və senzuralar səbəb olub ki, indiyə qədər əhli-sünnənin insaflı təhqiqatçıları Əhli-beyt məktəbinin ardıcılları, alimləri və onların elmi əsərləri ilə yaxından tanış ola bilməsinlər. Halbuki bizim kitabxanalarımızda şiə alimlərinin əsərləri ilə yanaşı əhli-sünnə alimlərinin də kitabları var. Kitabxanalarda bu kitablar arasında əsla fərq qoyulmur və kimsə məzhəb təhlükəsi hiss etmir. Əhli-sünnə qardaşlarımızın kitabxanalarında isə şiələrin məşhur elmi əsərləri gözə dəymir ya da çətin tapılır. Arzumuz budur ki, insaflı təhqiqatçılar bu nöqtəni nəzərə alıb imamiyyə şiələrini düşmənlərin, yaxud hakim təbəqənin təbliğat vasitələri ilə yox, obyektiv şəkildə tanısınlar. Bu isə heç şübhəsiz, İslam aləmində yeni üfüqlər açılmasına, vəhdət yaranmasına zəmin olacaq.
Əsl bəhsimizə qayıdaraq deyirik ki, Qur’an ayələrində imam Əlidən (ə) əlavə, Əhli-beyt imamlarına bir sıra işarələr mövcuddur. Bunları təfsir kitablarında nəql olunan rəvayətlərdə axtarmaq lazımdır.
Biz isə həmin ayələrin bir neçəsinə işarə etməklə kifayətlənirik. Onların bir qismi kitabın əvvəlində imam Əlinin (ə) imamət və vilayəti ilə əlaqədar bəhslərdə nəzərdən keçirildi. Aşağıdakı ayələrə nəzər salaq:
“Təthir” ayəsi: “Həqiqətən, Allah siz Əhli-beytdən hər bir çirkinliyi təmizləyib, sizi pak-pakizə etmək istəyir!” Bu ayənin məzmununa, eləcə də, məşhur İslam mənbələrində Peyğəmbəri-əkrəmdən (s) nəql olunan rəvayətlərə əsasən, əhatəsi ümumi olan bu ayə imam Əli (ə) və digər mə’sum imamlara, xüsusilə imam Həsən və imam Hüseynə (ə) də aiddir.
“Qurba” (məvəddət) ayəsi: “(Ya Peyğəmbər!) De: “Sizdən (risalət və peyğəmbərliyim müqabilində) ən yaxınlarıma sevgidən başqa bir mükafat istəmirəm!” Bu ayədə də mə’sum imamlara qısa şəkildə işarə edilmişdir. Səid ibn Cübeyr və İbn Abbasın Peyğəmbəri-əkrəmdən (s) nəql etdikləri müxtəlif rəvayətlərdə açıq-aydın göstərilir ki, ondakı “qurba” (ən yaxınlar) sözündə məqsəd Əli (ə), Fatimə (ə.s) və onların övladlarıdır. Bə’zi rəvayətlərdə imam Həsən və imam Hüseynin (ə) adları da çəkilmişdir. Əlavə mə’lumat üçün “Şəvahidut-tənzil” və s. kitablara müraciət edə bilərsiniz.
“Ulil-əmr” (əmr sahibləri) ayəsi: “Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!” Bu ayənin də məfhumu ümumidir və hər bir dövrdəki əmr sahibinə aiddir. Buna əsasən, hər əsrdə pak bir şəxsin hüzuru zəruridir. Bundan əlavə, əhli-sünnənin bir çox mənbələrində nəql olunan məşhur rəvayətlərdə aydın şəkildə imam Həsən və imam Hüseynin (ə) adları çəkilmişdir.
“Sadiqin” (sadiq olanlar) ayəsi: “Sadiqlərlə birgə olun!” Əvvəldə şərh etdiyimiz kimi, bu ayənin də məfhumu ümumidir və hər əsrə aiddir. Çünki hər bir dövrdə sözü və əməli doğru olan mə’sum bir imamın varlığı zərurətdir (qeyd-şərtsiz və mütləq tabeçilik yalnız mə’sum imamların haqqıdır). Bu ayənin şərhində nəql olunan bir sıra rəvayətlərdə “sadiqin” sözü Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) aid edilmişdir.
Əvvəlki bəhslərdə bu ayələr və onları şərh edən rəvayətləri geniş şəkildə araşdırdığımız üçün bir daha onları təkrarlamır və fəzilət ayələrini nəzərdən keçiririk. Yenə də tə’kidlə deyirik ki, bu ayələr Əhli-beyt imamlarının vilayət və imamətini dolayısı ilə sübuta yeririr, onların yaşadıqları dövrün ən üstün şəxsi olduğunu açıqlayır. Ötən ayələrdə hər dövrdə mə’sum imam və əmr sahibinin olmasının zəruriliyindən söz açdıq. Bunu əsaslandırmaq üçün bir sıra ayələri qeyd edirik:
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |