» » "Sadiqin" (Doğruçular) ayəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    "Sadiqin" (Doğruçular) ayəsi
    0
    Müəllif: Huseynci Medine | 1-10-2016, 16:00 | Baxılıb: 674

    "Sadiqin" (Doğruçular) ayəsi

    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَكُونُواْ مَعَ الصَّادِقِينَ

    Bu ayədə mö’minlər təqvaya, Allahın əmrindən çıxmamağa çağırılır və onlara göstəriş verilir ki, (azğınlığa düşməsinlər deyə,) sadiqlər və doğru danışanlarla birgə olsunlar.

    Ayədə qeyd olunan "sadiqin" sözünün kimlərə işarə olması barədə müxtəlif təfsirlər mövcuddur:

    Bə’zi ehtimallara görə, məqsəd Peyğəmbəri-əkrəmdir (s) və bu ayə həzrətin öz dövrünə aiddir. Halbuki Qur’ani-kərimin digər xitabları kimi bu ayənin də ümumiliyi, hər bir dövrə və hər bir məntəqədə yaşayan mö’minlərə aid olması aydındır.

    Bə’ziləri isə belə deyir: Ayədə qeyd olunan "məə" )birgə) "min" (dan, dən) mə’nasındadır. Yə’ni siz sadiqlərdən və doğru danışlardan olun! Halbuki belə yozumlara heç bir zərurət yoxdur və ərəb ədəbiyyatında, ədiblərin kəlamlarında "məə"nin "min" mə’nasında işlənməsi görünməmişdir.

    Ayənin zahiri mə’nasına əsasən, bütün müsəlmanlar hər bir dövr və əsrdə sadiqlərin sırasında və onlarla birlikdə olmağa çağırılırlar. Mə’lum olur ki, hər dövrdə sadiq, yaxud sadiqlər var və camaat təqva və pərhizkarlıq yolunu tutmaq üçün mütləq onlarla birlikdə olmalıdırlar.

    Yaxşı olar ki, "sadiqin" sözünün mə’nasını və onların hansı xislətlərə malik olduğunu bilmək üçün Qur’ani-kərimin özünə müraciət edək. Qur’ani-kərimin "Hücurat" surəsində buyurulur:

    إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ أُوْلَئِكَ هُمُ الصَّادِقُونَ

    "Mö’minlər yalnız Allaha və Onun peyğəmbərinə iman gətirən, sonra isə heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir. Məhz belələri sadiq olanlardır!"

    Bu ayədə "sidq" sözü hər növ şəkk-şübhə və tərəddüddən uzaq iman və əməldən ibarətdir.

    Bu ayələrdən, eləcə də, bəhs etdiyimiz ayənin ümumi mə’nasından – sadiqlərlə birgə olmağın qeyd-şərtsiz zəruri sayılmasından nəticə çıxarırıq ki, müsəlmanlar iman və təqva, elm və əməl, səbir və dözüm baxımından ən yüksək dərəcəli kəslərlə birgə olmağa məs’uldurlar. (Diqqət yetirmək lazımdır ki, ayədə "sadiqlər zümrəsindən olun" yox “onlarla birgə olun” deyilir. Bu da insanların nail ola biləcəyi ən yüksək mərhələni göstərir. (Mə’sumlar isə onlara nümunə və örnəkdirlər.)

    Digər tərəfdən, sadiqlərlə birgə olmaq əmrinin ümumi, mütləq və qeyd-şərtsiz sayılması onların (sadiqlərin) mə’sumlığına başqa bir dəlildir. Çünki mə’sum olmayanlara qeyd-şərtsiz tabe olmaq əmri düzgün deyil.

    Diqqəti cəlb edən məsələ budur ki, Fəxri-Razi burada bir müqəddimədən sonra ayənin məqsədini belə açıqlayır: "Səhv və xətaya yol verən kəsin mə’sum şəxsə itaət etməsi vacibdir. Allah-taala da sadiqləri mə’sum hesab etmişdir. Buna əsasən, səhv və xətaya yol verən kəslərin mə’sumlarla birgə olması vacibdir və mə’sumlar onların xəta və səhvlərinin qarşısını alırlar. Bu əmr hər bir zamana aiddir və danılmazdır. Deməli, hər dövrdə mə’sum insanın varlığı zəruridir."

    Sonra əlavə edir: "Biz hər dövrdə mə’sum və günahsız şəxsin olmasını qəbul edirik. Lakin biz mə’sum dedikdə bütün ümməti nəzərdə tuturuq. Halbuki siz (şiələr) deyirsiniz ki, mə’sum yalnız bir nəfər olmalıdır."

    Fəxri-Razi ayənin məzmunca çox aydın olmasına baxmayaraq, Əhli-beyt (ə) məktəbi ardıcıllarının əqidəsini danmaqla bütün ümmətin mə’sum olmasından, yaxud "ümmət icması"ndan söz açmışdır. Halbuki bütün ümmət az məsələdə yekdildir. Sadiqlərlə birgə olmaq məsələsi isə ümumi bir vəzifəni göstərir. Hətta bu ayə nazil olan zaman heç bir ərəbdilli şəxs "sadiqin" dedikdə bütün ümməti nəzərdə tutmurdu. Belə isə onu bu mə’naya yozmaq mümkündürmü? E’tiraf etməliyik ki, hər bir dövrdə sözlərində əsla xilaf olmayan, səhv və xətaya yol verməyən sadiq şəxsin olması zəruridir və insanlar ona itaət etməlidirlər.

    Sual: Burada belə bir sual yaranır ki, "sadiqin" (sadiqlər) sözünün cəm formasında olması hər dövrdə mə’sumun hüzurunumu göstərir? Bu, Əhli-beyt (ə) məktəbi ardıcıllarının əqidəsinə uyğun gəlmir. Bu sualın cavabını necə vermək olar?

    Cavab: Burada bir incə nöqtəyə diqqət yetirməklə şübhənin cavabı aydınlaşır. O da budur ki, cəm formasını bütün zamanlara aid etmək olar və burada "sadiqlər" başqa-başqa zamanlarda yaşamış müəyyən bir qrupu təşkil edir. Bu, eynilə belə bir ifadəyə bənzəyir: "Hər dövrün camaatı ilahi peyğəmbərlərə tabe olmalıdır." Bu o demək deyil ki, bir zamanda bir neçə peyğəmbər yaşamalıdır. Əksinə, hər dövrün insanları öz zamanının peyğəmbərinə tabe olmalıdır. Yaxud "insanlar öz vəzifələrini alim və mərcəi-təqlidlərdən öyrənməlidir" cümləsinin mə’nası hər kəsin öz zamanında yaşayan alim və mərcəi-təqlidə itaət etməsindən ibarətdir.

    Bunun canlı şahidi Peyğəmbəri-əkrəmin (s) özüdür. Belə ki, onun dövründə itaəti vacib olan başqa bir kəs yox idi və ayədəki hökm qəti şəkildə o həzrətə də aiddir. Mə’lum olur ki, "sadiqlər" sözünün cəm forması təkcə bir zamana aid deyil, bütün zamanları əhatə edir. Bu təhlil ayənin məzmununa daha çox uyğundur.

    Bir çox sünni təfsirçi və mühəddisləri İbn Abbasdan nəql etmişlər ki, yuxarıda qeyd olunan ayə Əli ibn Əbi Talibə (ə) aiddir. O cümlədən, Əllamə Sə’ləbi öz təfsirində İbn Abbasın bu ayə barəsində belə dediyini nəql edir:

    مَعَ الصّا دِقِينَ يَعْنى مَعَ عَلِىِّ بْنِ اَبِيطالِبٍ وَ اَصْحابِهِ

    “(Ayədə buyurulan) "Sadiqlərlə birgə olun" ifadəsində məqsəd Əli ibn Əbi Talib və onun səhabələrilə birgə olmaqdır!"

    Həmçinin Əllamə Gənci "Kifayətut-talib" və Əllamə Sibt ibn Cövzi "Təzkirə" kitabında bir qrup alimdən belə nəql etmişlər: "Alimlərin dediklərinə görə, bu ayədə Əli (ə) və onun xanədanı ilə birgə olmaq nəzərdə tutulur." İbn Abbas əlavə edir: "Əli (ə) sadiqlərin rəhbəri, sərvəridir."

    Əhli-beytdən (ə) bizə gəlib çatan müxtəlif rəvayətlərdə də bu mə’na eynilə təkrarlanır. O cümlədən, Cabir ibn Abdullah Ənsarinin imam Baqirdən (ə) nəql etdiyi bir rəvayətdə deyilir ki, o həzrət “Sadiqlərlə birgə olun” ayəsinin təfsirində belə buyurdu: (اى آلُ مُحَمَّدٍ)"Məqsəd, Məhəmmədin (s) övladlarıdır!"

    Başqa bir rəvayətdə Büreyd ibn Müaviyə həmin ayənin təfsiri ilə əlaqədar o həzrətdən belə nəql edir: "Məqsəd bizik!"

    "Bürhan" təfsirində "Nəhcül-bəyan" kitabından belə nəql edilir: "Rəvayət olunmuşdur ki, Peyğəmbəri-əkrəmdən (s) “sadiqlər” barəsində sual olunduqda, "Onlar qiyamətə qədər Əli, Fatimə, Həsən, Hüseyn və onların mə’sum, günahsız övladlarıdır", buyurmuşdur.

    Mə’lum olduğu kimi bütün bu rəvayətlər həqiqətdə (sadiqlərin) xaricdəki fərdlərini tanıtdırır və ayənin ümumi məfhumu ilə heç bir ziddiyyət təşkil etmir. Çünki bu qrupa ilk növbədə Peyğəmbəri-əkrəmin (s) özü, sonra isə müxtəlif zamanlarda yaşayan mə’sum imamlar aiddir. Beləliklə, bu ayə həm ümumi, həm də xüsusi imamət və vilayəti sübut etmək üçün aydın dəlildir.

     

    Kitabın adı: İmamət haqqın dili ilə

    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.