Quran və imanı gücləndirmə amilləri
İnsanın həqiqəti tanıdıqdan sonra ona əməl etməməsi, hətta ilahi göstərişlərə qarşı çıxması onun üçün bir bəladır. Bu imanın zəifliyindən irəli gəlir. Belə insanlar doğru iş görmədiyini anlayır. İnsan ilahi hökmlərin doğruluğunu bilsə də imanı zəif olduğundan öz bildiyinə əməl etmir. Elə bir iman dərəcəsi var ki, bu dərəcəyə çatmış insan günah etmir. Mə`sumların və övliyaların günahdan uzaqlığı-nın səbəbi məhz güclü imandır. Bəs necə edək ki, imanımızı gücləndirməklə ilahi əmrlərə tabe olaq? Bu suala cavab vermək üçün əvvəlcə Qur`an ayələrinə müraciət edəcək, sonra isə əqli araşdırmalar aparacağıq.
Birinci hal
“Ali-İmran” surəsinin 173-cü ayəsində buyuru-lur: “Onlara deyəndə ki, sizə qarşı cəm olublar, onlardan qorxun, bu söz onların imanını artırdı və dedi: Allah sizə yetər, O necə də gözəl vəkildir”. “Əhzab” surəsinin 22-ci ayəsində oxuyuruq: “Mö`minlər müşriklərin ordu birləşmələrini gördükdə dedilər: Bu, Allahın və Onun rəsulunun verdiyi və`ddir, Allah və Onun rəsulu düz demişlər. Bu, təkcə onların imanlarını və itaətlərini artır-dı”. Bu ayə Əhzab döyüşü barəsində nazil olub. İslamın zühurundan sonra düşmənlər bu dini məhv etmək üçün bütün vasitələrdən istifadə edirdilər. Onların ən böyük fitnələrindən biri Əhzab döyüşünə rəvac vermələri oldu. Bu döyüşdə müşriklər, bütpərəstlər, yəhudilər, məsihilər, münafiqlər, bir sözlə bütün müxalif qüvvələr İslama qarşı bir araya gəlmişdilər. Onlar güclü hərbi hazırlıqdan əlavə, müsəlmanlara psixi tə’sir göstərməkdən ötrü müəyyən planlar da hazırlamışdılar. Onlar müsəlmanlarda ruh düşgünlüyü yaratmaq üçün şayiə yaymışdılar ki, bu dəfə düşmən qoşunu olduqca güclüdür və müsəlmanlar heç şübhəsiz məğlub olacaq. Bu üsuldan bu günkü dünyamızda daha ustalıqla və elmi şəkildə istifadə olunur. Hətta bu sahədə doktorluq adı alanlar da var. Nə isə ... Düşmənlərin şayiəsi ağızdan-ağıza dolandı, hay düşdü ki, tezliklə peyğəmbər öldürüləcək və İslam məhv olacaq. Bu şayiə zəif imanlı insanları asanlıqla süstləşdirdi. Amma elə mö`minlər də var idi ki, dağ tək əzəmətli dayanmışdılar. Hamı onlara düşmənin üstünlüyündən danışsa da, onlar həvəsdən düşmür, əksinə, daha da imanlı olurdular. Bu döyüşün nəticəsi haqqında “Ali–İmran” surəsinin 174-cü ayəsində belə buyurulur: “Sonra da Allahın ne`mətləri və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan döyüş meydanından geri qayıtdılar və Allahın razılığını qazanmış oldular. Allah, həqiqətən, böyük mərhəmət sahibidir”.
Bu cür fitnələrlə yaşadığımız dövrdə də tez-tez rastlaşırıq. İlahi dəyərlər uğrunda mübarizəyə qalxmış millətləri düşmənin gücü ilə qorxudurlar. Təbliğat maşınları gecə-gündüz işləyir, azadlıqsevərləri həvəsdən salacaq şayiələr uydururlar. Bu psixoloji mübarizədə Allahı qüdrətli tanıyıb Ona sığınanlar qalib çıxırlar.
Hər halda, Qur`ani-kərim Əhzab səhnələrini təsvir etməklə mö`minləri imana çağırır. Ayələr düşmənlə üz-üzə dayanmış və psixoloji hücum-lara mə`ruz qalmış müsəlmanlara ruh yüksəkliyi verir. Sözsüz ki, belə bir ruh yüksəkliyinə yalnız möhkəm iman sayəsində çatmaq olar.
İkinci hal
“Fəth” surəsinin 4-cü ayəsini xatırlayaq: “Mö`minlərin imanlarının üstünə iman artırmaq üçün onların qəlblərinə arxayınlıq nazil edən Odur”. Bu ayəyə əsasən Allah-təala doğru imana malik olanların qəlblərinə aramlıq verməklə onların imanını daha da artırır. Artırılmış iman “səkinə” adlanır. Sevimli rəhbər öz sözlərinin birində səkinə məqamı haqqında maraqlı açıqlamalar vermişdir. “Səkinə” sözünün lüğəti mə`nası “sakitlik” deməkdir. Qur`ani-kərimdə buyurulur ki, Allah-təala bu halı bə`zi həqiqi bəndələrinə əta edir. Allah-təala torpağa yağış nazil etdiyi kimi mö`minlərin də qəlbinə böyük mə`nəvi ne`mət olan bu sakitliyi nazil edər. Bu ne`mətin necə nazil olması və onun mahiyyəti hamı tərəfindən dərk oluna bilməz. Allah-təala və`d verib ki, Ona tərəf bir addım atana O özü on addım yaxınlaşacaq. “Muhəmməd” surəsinin 17-ci ayəsində buyurulur: “Allah hidayətə olunanların hidayətini artırar və onlara təqva əta edər”. Deyilənlər azğınlıq yolunu seçənlərə də aiddir. “Tövbə” surəsinin 125-ci ayəsində oxuyuruq: “Qəlbində xəstəlik olanlara gəldikdə isə (hər bir surə) onların alçaqlığının üstünə alçaqlıq gətirər”. Bəli, elə insanlar var ki, Qur`an onları nəinki hidayət etmir, hətta azğınlıqlarını artırır. Allah-təala zəlalət yolunu seçənlərin süqutunu labüd etmişdir. “Səff” surəsinin 5-ci ayəsində buyurulur: “Haqqdan döndükləri üzündən Allah da onların qəlblərini döndərdi. Allah itaətsiz qövmü hidayət etməz”. Unutmayaq ki, Allahın lütfündən kənarda qalmış insanı kimsə doğru yola yönəldə bilməz: “Allahın azdırdığı-na hidayət yoxdur.” Əlbəttə ki, bu məhrumiyyətin səbəbkarı yalnız insanın özüdür. “İsra” surəsinin 18-19-cu ayələrində oxuyuruq: “Hər kəs fani dünyanı istəsə, orada olan istənilən ne’məti dilədiyimiz şəxsə verərik, sonra da onu cəhənnəmə göndərərik... Hər kəs mö`min olub axirəti istəsə onun üçün və sə`y göstərsə, bilsin ki, öz zəhmətinin əvəzinə alacaqdır.” Demək, Allah-təala hər iki dəstənin istəyinə yardım göstərir. Behişt istəyən behiştə, cəhənnəm istəyən isə cəhənnəmə qovuşdurulur.
Deyildi ki, Allah “səkinə” halını nazil etməklə bə`zi mö`minlərin qəlbində imanı gücləndirir. Əlbəttə ki, bu təsadüfi deyil və mö`minlərdən asılı olan bir işdir. “Səkinə” halına o insanlar layiq görülür ki, öz imanlarında sədaqət-lidirlər. Bu insanlar iman gətirdikdən sonra bütün varlıqları ilə dinə xidmət edirlər. Onların bu sədaqətinin əvəzi bütün insanların düçar olduğu iztirab və nigarançılıqdan amanda qalmalarıdır. Onlar zərrə qədər də olsun qorxu və tərəddüd duymadan Allah yolunda canlarında keçir. Allahın yardımı olmadan belə bir ruhiyyə əldə etmək qeyri–mümkündür.
Üçüncü hal
“Ənfal” surəsinin 2-ci ayəsində oxuyuruq: “Mö`minlər yalnız o şəxslərdir ki, Allahı xatırladıqları zaman ürəkləri titrəyər, Allahın ayələri oxunduqda imanları artar və öz Rəbblərinə təvəkkül edərlər”. Allahı yad edərkən qəlb nə üçün titrəməlidir? Məgər Allah qorxuludurmu? Xeyr, Allah qorxulu deyil. İnsan Allahdan yox öz günahlarından qorxur. Günahkar insan Allahı xatırlayarkən öz itaətsizliklərini yadına salıb həyəcan keçirir. Böyük imana malik şəxslər isə Allahın adı çəkilərkən Onun əzəmətindən riqqətə gəlirlər. İnsan böyük bir şəxsiyyətin qarşısında dayanarkən özünü itirir, dili topuq vurur. Bu həyacanı doğuran həmin şəxsin əzəmətidir. Yə`ni həmin şəxs tərəfindən heç bir qorxu olmasa da Onun əzəməti qarşısında sakit dayanmaq olmur. Əgər insan insanın qabağında bu cür həyəcanlanırsa, Allahın qarşı-sında necə sakit dayana bilər? Əgər bu həyacanı duymuruqsa, demək, imanımız zəifdir.
Qur`ani-kərimdə həqiqi iman və həqiqi mö`minin bir çox xüsusiyyətləri sadalanır. Bu xüsusiyyətlərdən biri odur ki, Allahın ayələrini eşidərkən onların imanı artır. Mö`minlərin digər bir xüsusiyyəti Allaha təvəkkül etmələri-dir. Bütun bunlardan mə`lum olur ki, imanı gücləndirən amillərdən biri Qur`an ayələrini dinləməkdir. Əlbəttə ki, bu ayələr həqiqət qarşısında təslim olmuş insanlara müsbət tə`sir göstərir.
Kitabın adı: Allaha doğru (əxlaq dərsləri)
Müəllif: Ustad Misbah Yəzdi